Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-128/2023 08.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Şəki şəhəri, X16 prospekti, bina 13, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 49.1 kv.m olan mənzildən istifadə hüququ olduğundan azyaşlı övladı, 29 may 2015-ci il təvəllüdlü X6 ilə birlikdə həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X7 ilə nikahını 24 oktyabr 2010-cu il tarixdə rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 18 avqust 2011-ci ildə X8 və 29 may 2015-ci ildə X6 adlı uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(075)-1030/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə onun arasında 24 oktyabr 2010-cu il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 416 nömrəli nikahın pozulması, birgə nikahdan olan uşaqları 18 avqust 2011-ci il təvəllüdlü X1 atası Cavabdeh və 29 may 2015-ci il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir. Cavabdeh ilə birgə nikah dövründə Şəki şəhəri, X16 prospekti, bina 13, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 49.1 kv.m olan mənzili ailənin ümumi vəsaiti hesabına almışlar. Həmin mənzilə dair 19 mart 2018-ci ildə Cavabdeh adına **********39-093017 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra Cavabdeh ilə onun arasında olan münasibətlər pozulduğundan onun təklifi ilə birgə nikah dövründə aldıqları Şəki şəhəri, X16 prospekti, bina 13, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 49.1 kv.m olan mənzili oğlu X1 adına bağışlanılması barədə razılığa gəlmiş və bununla bağlı 08 may 2021-ci ildə Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisində Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi rəsmiləşdirilmişdir. Cavabdeh ilə arasında olan münasibətlər pozulduqdan sonra sonuncu, birgə nikah dövründə əldə etdikləri sözügedən mənzildən istifadəsinə imkan verməmiş, hər dəfə ona müxtəlif maneələr yaratmışdır. Halbuki həmin mənzil Cavabdeh ilə onun birgə nikah dövründə əldə edildiyindən onun həmin mənzildən istifadə hüququ mövcuddur. Buna görədə həmin mənzilə uşağı ilə birlikdə köçürülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, X7 ilə nikahını 24 oktyabr 2010-cu il tarixdə rəsmiləşdirməklə ailə qurmuşdur. 18 avqust 2011-ci ildə Sübhan və 29 may 2015-ci ildə Furkan adlı uşaqları anadan olmuşdur. Mübahisəli evi birgə nikah dövründə, yəni 19 mart 2018-ci il tarixdə alınmışdır. Cavabdeh ilə nikahı 08 iyun 2021-ci il tarixdə pozulmuş, Sübhan cavabdehin, Furkan isə onun himayəsində saxlanılmışdır. 08 may 2021-ci ildə mübahisə predmeti olan evi cavabdehin təklifi ilə oğlu Sübhana bağışlamışlar. Buna baxmayaraq cavabdeh yenidən ailə quraraq həmin evdə yaşayır, oğlu Sübhan isə nənəsi ilə, yəni atasının anası ilə yaşayır. Cavabdeh onu birgə nikah dövründə aldıqları mübahisəli evə buraxmır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə alınsa da, cavabdeh həmin evdə ikinci həyat yoldaşı ilə yaşamaqla iddiaçını evə buraxmır. İddiaçının həmin evədən istifadə hüququ vardır. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmdən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, tərəflərin birgə nikahı bankdan kredit götürülmüş və mübahisəli ev həmin pula alınmışdır. Hazırda tərəflərin həmin evdə birgə yaşamaları mümkünsüzdür. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(075)-1030/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24 oktyabr 2010-cu il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 416 nömrəli nikahın pozulması, birgə nikahdan olan uşaqları 18 avqust 2011-ci il təvəllüdlü X1 atası Cavabdeh və 29 may 2015-ci il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir İş materiallarına əlavə edilmiş 26 fevral 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10, mülkiyyətində olan Şəki şəhəri, X16 prospekti, bina 13, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 49.1 kv.m olan mənzili Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli 19 mart 2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X16 prospekti, bina 13, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 49.1 kv.m olan mənzil Cavabdeh tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 08 may 2021-ci il tarixli daşınmaz əmlakın bağlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh, mülkiyyətində olan Şəki şəhəri, X16 prospekti, bina 13, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 49.1 kv.m olan mənzili övladı X5 bağışlamışdır. Müqavilədə hədiyyə verən Cavabdeh, hədiyə alan X3 əvəzinə İddiaçı göstərilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 24 oktyabr 2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 18 avqust 2011-ci ildə X8 və 29 may 2015-ci ildə X6 anadan olmuşdur. Ailə münasibətləri korlandığından nikahları məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından anadan olmuş Sübhan cavabdehin, Furkan isə iddiaçının himayəsinə verilmişdir. 19 mart 2018-ci il tarixdə tərəflərin birgə nikahı dövründə Şəki şəhəri, X16 prospekti, bina 13, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 49.1 kv.m olan mənzil alınmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Tərəflərin nikahı pozulduqdan sonra 08 may 2021-ci il tarixdə cavabdeh həmin mənzili övladı X5 bağışlamışdır. İddiaçı sözügedən mənzilə köçərək orada yaşamaq istəyir, lakin cavabdeh buna maneçilik törədir. Ona görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin Məcəllənin 158.3-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericilik vətəndaşların mənzil hüquqlarının (istifadə hüquqlarının) müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzinlənməsinə xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun «V.O.Teryovinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 yanvar 2010-cu il tarixli qərarındakı mövqeyindən çıxış edərək, belə nəticəyə gəlir ki, Cavabdeh mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqları olduğundan, İddiaçı da eyni hüquqları cavabdehlə bərabər həddə müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı azyaşlı övladı, 29 may 2015-ci il təvəllüdlü X6 ilə birlikdə Şəki şəhəri, X16 prospekti, bina 13, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 49.1 kv.m olan mənzilə köçürülməli və həmin mənzildən istifadəsinə cavabdeh X7 tərəfindən yaradılan maneələrin aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladı, 29 may 2015-ci il təvəllüdlü X6 ilə birlikdə Şəki şəhəri, X16 prospekti, bina 13, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 49.1 kv.m olan mənzilə köçürülməli və həmin mənzildən istifadəsinə cavabdeh X7 tərəfindən yaradılan maneələrin aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-128/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-128/2023
08.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver