Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-13/2024 08.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsində xx.xx.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli mülkiyyətlərində olan Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 0,1698 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması və torpaq sahəsindən istifadələrinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvlərinə Şəki rayonu, Baş Göynük kənd ərazisindən kənd təsərrüfatı təyinatlı 0,1698 ha pay torpaq sahəsi verilmişdir. Halhazırda həmin torpaq sahəsi üzrə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və onlara qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci olan çıxarış verilmişdir. Çıxarışa əsasən Şəki rayonu Baş Göynük kənd ərazisindən kənd təsərrüfatı təyinatlı 0,1698 ha torpaq sahəsi İddiaçı2, İddiaçı1, İddiaçı3, X2, X1 birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi onlara Aqrar İslahat Komissiyasının qərarı ilə pay torpaq kimi verilmişdir. Həmin dövrdən bu günə kimi torpaq sahəsi onların mülkiyyətlərində olmasına baxamayaraq bu günə kimi öz mülkiyyətlərində olan torpaqdan istifadə edə bilmirlər. Hər dəfə cavabdeh tərəfə deyəndə onun başına bir iş gəlsə onların cavabdeh olduğunu və bu barədə yazdığını bildirir. Məhz buna görədə onlara yaxın gedə bilmirlər və qorxurlar ki özlərinə nəsə edib onları şərləyərlər. Çünki bundan əvvəldə keçmiş ərini və onun oğlunun başına oyun açmışdılar. Uzun müddət mülk davaları olmuşdur. Məhz bu kimi səbəblərdən məhkəmənin ədalətinə güvənərək iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 izahat verərək bildirdilər ki, Şəki rayonu, Baş Göynük kəndində onlara məxsus 0,1698 ha torpaq sahəsi mövcuddur. Həmin sahə üzrə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bununla bağlı onlara **********74 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçıların torpaq sahəsi cavabdehlərin qanunsuz olaraq zəbt edərək istifadə etdikləri torpaq sahəsində yerləşir. Cavabdehlər onlara tam mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək, onların həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə etmələrinə imkan vermirlər. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********74 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,1698 hektar torpaq sahəsi İddiaçı2, İddiaçı1, İddiaçı3, X2 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 261 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Şəki rayon, Baş Göynük bələdiyyəsi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 36 nömrəli arayışdan görünür ki, **********74 saylı çıxarış sənədində göstərilən 0.1698 sot torpaq sahəsi də daxil olmaqla 1996 cı ildə kənddə aparılan torpaq islahatı zamanı İddiaçı2 adına 5 (beş) nəfərdən ibarət olan tərkibdə hər nəfərə mülkiyyət payı suvaqdan 0.37 ha, dəmyədən 0.10 ha, cəmi 0.47 ha hesabı ilə ümumilikdə mülkiyyətlərinə suvaqdan 1.48 ha, dəmyədən 0.41 ha olmaqla, cəmi 1.89 ha İİ (ikinci) keyfiyyət qrupuna malik pay torpağı verilmişdir. Azərbaycan Respublikası Şəki rayon, Baş Göynük bələdiyyəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, 38 nömrəli arayışdan görünür ki, İddiaçı2 **********74 saylı çıxarış sənədində göstərilən 0.1698 sot torpaq sahəsinə görə bələdiyyəyə torpaq vergi borcu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1129 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, İddiaçı1 naturada göstərdiyi torpaq sahəsi 2007 kv.m olub, döngə nöqtələri, koordinatları, həmin torpaq sahəsinin “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X3 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışda göstərilən 0.169 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi tərtib edilmiş yer quruluşu planında göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********74 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,1698 hektar torpaq sahəsi İddiaçı2, İddiaçı1, İddiaçı3, X2 və X1 adına qeydiyyata alınmışdır. İddiaçılar cavabdehlərin onların mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiklərini iddia edərək, Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada həmin torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsindən istifadələrinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından olan 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1129 saylı ekspert rəyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssis rəyindən, həmçinin torpaq sahəsinin yerquruluşu planından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 **********74 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan Şəki rayonu, Baş Göynük kənd yerləşən olan 0,1698 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş və qanunsuz olaraq həmin torpaq sahəsindən özbaşına istifadə olunur. İddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə hüququ olmasına baxmayaraq, cavabdehlər sözü gedən torpaq sahəsini zəbt edərək iddiaçılara istifadə etmələrinə müəyyən maneələr yaradırlar. Odur ki, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən istifadə etməsinə hər hansı maneələrin yaradılması onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə də, məhkəmə iddiaçıların torpaq sahəsindən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı tələblərini haqlı hesab edir və iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan Şəki rayonu, Baş Göynük kənd ərazisində yerləşən 0,1698 ha torpaq sahəsindən istifadə etmələrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın və cavabdehlər həmin torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-13/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-13/2024
08.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver