Məhkəmə qərarları › İş №e-2(075)-1308/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1308/2025

18.02.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1308/2025 18.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri F.X.Xoyski küçəsi ev 19 ünvanında qeydiyyatda olan, 20 iyul 1977-ci il təvəllüdlü qardaşı X10 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun qardaşı X15 20 iyul 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X28 2013-cü ildə Türkiyə Respublikasında işləmək adı ilə evdən getmişdir. Qardaşı subay olmuşdur. Daha sonra qardaşı evlə əlaqə saxlayaraq bildirmişdir ki, Suriya Respublikasındadır və orada dini radikal qruplaşmaya qoşulmuşdur. Qardaşı evlə 2016-cı ilin dekabr ayına kimi əlaqə saxlamışdır. Lakin həmin vaxtdan sonra qardaşı barədə heç bir məlumatı yoxdur. 2016-cı ilin dekabr ayından sonra qardaşı Samir onlara zəng etməmiş, onunla və yaxud ailə üzvləri ilə digər hər hansı bir şəkildə əlaqə saxlamamış və Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. Bir sözlə 2016-cı ilin dekabr ayından sonra qardaşı Samirdən heç bir məlumatı olmamışdır. Ona görə də o, ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan, 24 fevral 1983-cü il təvəllüdlü oğlu X12 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(075)- 195/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, 20 iyul 1977-ci il tarixdə Azərbaycan Respublikasının ünvan 2 ünvanında pasport qeydiyyatında olan X15 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Lakin hal-hazıradək qardaşı X8 bir xəbər yoxdur. Şəki şəhəri F.X.Xoyski küçəsi ev 19 ünvanında yerləşən fərdi yaşayış evi mərhum ataları X5 adınadır. X2 29 mart 2009-cu il tarixdə vəfat etmişdir. X7 isə 23 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Hazırda o, mərhum atadan miras qalmış Şəki şəhəri F.X.Xoyski küçəsi ev 19 ünvanında yerləşən fərdi yaşayış evinə mirası qəbul etmək istəyir. Lakin oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından bunu edə bilmir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X6 iş üzrə qanuni qərar çıxarılmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 364096 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 364097 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. - 10 may 1980-cı il tarixli Vİİ-ЖГ 293728 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Ərizəçi X2, anası isə X13r. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən daxil olmuş 05 dekabr 2023-cü il tarixli, 3-38-33/2-4574/23 saylı məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında “xx.xx.2014 çıxış” məlumatı qeydə alınmışdır. Bununla yanaşı, X11 xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Şəki Rayon Məhkəməsinin 2(075)-195/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, 20 iyul 1977-ci ildə Azərbaycan Respublikasının ünvan 3 ünvanında pasport qeydiyyatında olan X15 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. - Arxüstü məhəllə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 118 saylı arayışından görünür ki, ünvan 4 ünvanında yaşayır və X16 (qardaşı), X15 (qardaşı) ailə tərkibi vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsinin 18 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, X15 2014-cü ilin may ayının 27-də yaşadığı ünvan 4 ünvanından (ölkədən) naməlum istiqamətə çıxıb getmiş və geri qayıtması haqqında məlumat yoxdur. - 05 avqust 1977-ci il tarixli, 626 nömrəli doğum haqqında akt qeydindən görünür ki, 20 iyul 1977-ci il təvəllüdlü X10 X2, anası isə X13r. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Samir Cumayevin olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. - Şəki Rayon Prokurorluğundan daxil olmuş 10 oktyabr 2025-ci il tarixli, 466xid-25 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan, 20 iyul 1977-ci il təvəllüdlü X10 barəsində Şəki Rayon Prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Eyni zamanda X10 Azərbaycan Respublikasında və ya xarici dövlətdə hər hansı bir cinayət əməlinə qarışıb-qarışmaması barədə Şəki Rayon Prokurorluğunda məlumat yoxdur. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 2018-2024-cü illər ərzində, həmçinin cari ilin 13 oktyabr tarixinədək X10 Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə əlaqədar məhkəmə qətnaməsi qəbul edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin 05 fevral 2026-cı il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü, Şəki şəhər sakini olmuş X10 qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getməsi barədə əməliyyat məlumatları mövcuddur. S.Cumayevin Suriya ərazisində gedən döyüşlər zaman öldürülməsinə dair əməliyyat məlumatları mövcud olsa da, bu barədə rəsmi sənəd daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Şəki şəhərində anadan olmuş, xx.xx.1977ci il təvəllüdlü X15 barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsində hər hansı araşdırmanın aparılması qeydə alınmamışdır. - Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X20 izahatında bildirmişdir ki, Ərizəçi Elxan və Samir adlı qardaşları vardır. Cumayev Samir 2012-2013-cü il tarixində yoxa çıxıb. Sonra isə öldü xəbəri gəlmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X19 izahatında bildirmişdir ki, Ərizəçi anası Bahar, qardaşları isə Elxan və Samir olmuşdur. Samir 2013-cü ildən sonra görünməmişdir. O, X21 getdiyini bilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının MPM-in: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, ölmüş elan edilməsi xahiş edilən X15 ərizəçinin qardaşıdır. O, 2014-cü ildən sonra yaşayış yerində, habelə iş yerində görünməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, o, Suriya Respublikasına getmiş ə orada dini radikal qruplaşmalara qoşulmuşdur. Azərbaycan Respubliaksı ərazisini tərk etməsi barədə məlumat qeydə alınmasına baxmayaraq, sonradan onun Azərbaycan Respubliaksına geri qayıtması hazırda onun sağ olması və ya həlak olması barədə hər hansı bir rəsmi məlumat əldə edilməmişdir. Bu hal məhkəmə tərəfindən qiymətləndirilmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-195/2024 saylı qətnaməsi ilə X15 xəbərsiz itkin düşmüş elan edilmişdir. X3 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş məlumata əsasən S.Cumayev Suriya ərazisində gedən döyüşlər zamanı öldürülməsinə dair əməliyyat məlumatları mövcuddur. Uzun müddətdir ki, X10 harada olması, harada yaşaması barədə başqa məlumatın olmaması, ümumiyyətlə onun olduğu yerin məlum olmaması, onun yaşayış yerində görünməməsi X10 ölməsini güman etməyə əsas verir. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçi tələbində haqlıdır Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Şəki şəhəri F.X.Xoyski küçəsi ev 19 ünvanında qeydiyyatda olan, 20 iyul 1977-ci il təvəllüdlü X15 ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Şəki şəhəri F.X.Xoyski küçəsi ev 19 ünvanında qeydiyyatda olan, 20 iyul 1977-ci il təvəllüdlü X10 ölmüş elan edilsin. X10 ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar