Məhkəmə qərarları › İş №e-2(075)-1350/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1350/2022

19.07.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1350/2022 19.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusof Şücaət oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və əldən çıxmış” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 2100 manat pulun, əldən çıxmış faydanın əvəzi olaraq 300 manatın və dövlət büdcəsinə ödədiyi 45 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 izahat verərək göstərmişdir ki, İddiaçı onun oğludur. Oğlu İddiaçı Cavabdeh, onun fermasında işləməsi qarşılığında əvvəlcədən, yəni 15 avqust 2021-ci il tarixdə 2100 manat borc pul vermişdir. Bunun müqabilində Cavabdeh həmin pulun məbləği əvəz edilənədək onun fermasında işləməli idi. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, həmçinin, uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh İddiaçı verdiyi pulu geri qaytarmamışdır. Cavabdeh həmin pulu yaxın müddət ərzində qaytaracağına söz versə də, o, bu günədək İddiaçı pulunu qaytarmamışdır. Eyni zamanda İddiaçı cavabdehdən pulunu vaxtında ala bilmədiyindən onun bu qədər müddətdə qazana biləcəyi 300 manat fayda əlindən çıxmışdır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı 2021-ci ildə hissə-hissə olmaqla, ümumilikdə 2100 manat məbləğində borc pul almışdır. Qeyd edilən pul məbləğinin qarşılığında iddiaçının iddiaçıya məxsus fermada işləməli idi. Bunun bağlı Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd nümayəndəliyində yazılı ərizə yazıb qoymuşdur. Həmin ərizəsində İddiaçı 2100 manat borca pul aldığını qəbul etmiş və yaxın vaxtlarda qaytaracağını göstərmişdir. Bildirmişdir ki, atası xəstələndiyindən iddiaçının fermasına gedərək orada işləyə bilməmiş və verdiyi sözü tuta bilməmişdir. Maddi imkanı aşağı olduğu üçün bu günə qədər də borcunu qaytara bilməmişdir. Hal-hazırda onun daimi iş yeri yoxdur. İş olanda müxtəlif yerlərdə fəhləlik etməklə qazanc əldə edir. İddiaçının tələb etdiyi 2100 manat borcunu qəbul edir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Cavabdeh tərəfindən Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd nümayəndəliyində yazılmış 14 fevral 2022-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı 2100 manat məbləğində borc aldığını etiraf etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə olaraq, ümumilikdə 2100 manat borc pul vermişdir. Lakin cavabdeh bu günə kimi aldığı 2100 manatı ona qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə iddianın “əldən çıxmış faydanın əvəzi olaraq 300 manatın tutulması” hissəsinə münasibət bildirərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 2100 manat məbləğində borc pul və 45 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2100 (iki min bir yüz) manat borc pul və ödənilmiş 45 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar