Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1352/2024 25.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı doğum və qohum olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi; İddia tələbinin dəlilləri; Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olması, X6 atasının X13, anasının isə Rəsulova Çiçək olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, X6 xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olması, X6 atasının X13, anasının isə X7 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Onun mərhum babası X4 miras əmlak olaraq fərdi yaşayış evi qalmışdır. Mərhum babası 1945-ci ilin dekabr ayında vəfat etmişdir. Mərhum atası X14 isə 18 mart 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda o mərhum babasından miras qalmış əmlaka dair vərəsəliyi qəbul etmək istəsə də sənədləri toplayarkən məlum olmuşdur ki, mərhum atası X6 doğum haqqında şəhadətnaməsi yoxdur. O bununla bağlı Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Şəki rayon qeydiyyat şöbəsindən ona 1948-ci ildən qabaq doğulmuş bütün şəxslər barədə sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X17 Filialına təhvil verildiyi bildirilmişdir. Buna görə də o Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X17 Filialına müraciət etmişdir. Lakin 09 fevral 2024-cü il tarixli məktubla ona Nuxa şəhər VVAQ Şöbəsinin 1929-cu ilin “Doğulanların qeydiyyat” kitablarına əsasən X6 doğumu barədə qeydiyyat aşkar edilmədiyi bildirilmişdir. Lakin mərhum atası X14 1929-cu ildə Şəki şəhərində anadan olmuş, onun atası X13, anası isə Rəsulova Çiçək olmuşdur. Mərhum babası X9 məxsus fərdi yaşayış evinin “Ev dəftəri”-ndə mərhum atası X6 17 fevral 1929-cu il tarixdə Şəki şəhərində doğulması qeyd edilmişdir. Beləliklə həmin sənəddən də görünür ki, mərhum atası X6 xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur. Bilindiyi kimi hazırkı mübahisənin məhkəmədən kənar həlli mövcud deyil. Ona görə də o hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən ərizəçi İddiaçı ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X11 bildirdi ki, ərizəçi İddiaçı onun qonşusudur. Qara dayı ayaqqabı ustası olmuşdur. Atası ilə yaxın münasibətləri olmuşdur. Əvvəlki məhkəmə iclasında faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X2 bildirdi ki, ərizəçi İddiaçı onun əmisi oğludur. Qara əmisi olub. Babası Bəkir, nənəsi isə Çiçək olmuşdur. Əvvəlki məhkəmə iclasında faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 bildirdi ki, ərizəçi İddiaçı onun qonşusudur. Qara dayını tanıyırdı. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: Evdə yaşayan vətəndaşların yazılışlarından ötrü “Ev dəftəri”ndən görünür ki, xx.xx.1929-cu il təvəllüdlü X1 Bəkir Paşa oğluna məxsus fərdi yaşayış evində yaşamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublikası X17 Filialının 09 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Nuxa şəhər VVAQ Şöbəsinin 1929-cu ilin "Doğulanların qeydiyyat" kitablarına əsasən X6 doğumu barədə qeydiyyat aşkar edilməmişdir. Şəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində və Respublika X17 filialında atası X6 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində doğumun qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədləri təqdim etmədiyinə görə doğum qeydiyyatının aparılması mümkun deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazırlər Kabinetinin 31 oktyabr 2003-cü il tarıxli 145 nömrəli qərarı ilə təsdiq edilmış «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kımi doğum akt qeydi əməliyyatının aparılması üçün doğum haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi təqdim edilməlidir. Qeyd edilənlərə əsasən, X6 qohumluq münasibətlərinin təsdiq edilməsi və ya doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Şəki şəhər VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 02 iyun 2004-cü il tarixdə vəfat etmişdir. Məzar daşının fotoşəkillərindən görünür ki, X14 1929-cu il il tarixdə anadan olmuş 2004-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Şəki şəhəri “Giləhli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur. X6 atası X13 anasının isə X3r. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Göründüyü kimi ərizəçi İddiaçı X6 xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olmasına və X6 atasının X13 olmasına dair sənədləri başqa qaydada əldə edə bilməmişdir. Yuxarıda qeyd edilənlərdən X6 xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olması və onun atasının X13 olması öz təsdiqini tapır. Lakin məhkəmə onu da qeyd edir ki, ərizəçi X6 anasının X7 olması faktının müəyyən edilməsini tələb etsə də, məhkəməyə bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, X6 xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olması və X8 onun atası olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə qismən təmin edilsin. X6 xx.xx.1929-cu il tarixdə Şəki şəhərində anadan olması və X8 onun atası olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1352/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1352/2024
25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver