Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1360/2025 16.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.400 (iyirmi üç min dörd yüz) AZN məbləğində pul vəsaitinin və 160.20 AZN (yüz altmış manat iyirmi qəpik) məbləğində dövlət rüsumunun, ümumilikdə 23.560,20 AZN (iyirmi üç min beş yüz altmış manat iyirmi qəpik) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı QSCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə mülki Cavabdeh arasında Nizami rayon prokurorluğunun icraatında olan ********* saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixli, 3M-644 reyestr nömrəli Barışıq Sazişi imzalanmışdır. Sazişin 1-ci maddəsinə əsasən, Zərərvuran ********* saylı cinayət işi üzrə dəymiş ziyanın 30000 (otuz min) AZN məbləğində hər ay 6000 (altı min) AZN olmaqla, hər ayın 19-dan gec olmayaraq 5 ay ərzində xx.xx.2024-cü il tarixə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Sazişin 3cü maddəsinə əsasən, bu razılaşma üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. Həmçinin eyni sazişin 5-ci maddəsinə əsasən bu saziş zərərvuran tərəfindən icra edilmədiyi təqdirdə Şirkət tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görəcəkdir. Bundan sonra mülki cavabdeh barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli hökm çıxarılmış və hökm qanuni qüvvəyə minmişdir. Hökmə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 01 (bir) il müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaqla Cavabdeh qəti olaraq 02 il müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Sınaq müddəti ərzində o, daimi yaşayış yerində probasiya qeydiyyatına alınsın və onun üzərində nəzarəti həyata keçirən probasiya orqanının icazəsi olmadan yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. xx.xx.2024-cü il tarixli Sazişə əsasən, mülki cavabdeh tərəfindən aşağıdakı tarixlərdə və məbləğdə ödənişlər mülki iddiaçının kassasına nağd formada mədaxil edilmişdir: - xx.xx.2024-cü il tarixdə 6.000 (altı min) AZN - xx.xx.2024-cü il tarixdə 300 (üç yüz) AZN - xx.xx.2024-cü il tarixdə 300 (üç yüz) AZN Yuxarıda qeyd olunanlara əsasən, cəmi ödənilmiş məbləğ 6.600 (altı min altı yüz) AZN, qalıq borc isə 23.400 (iyirmi üç min dörd yüz) AZN təşkil etmişdir (Ödəniş qəbzləri qoşma ilə əlavə olunur). Belə ki, sözügedən saziş üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə mülki cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanmış, qalıq 23.400 (iyirmi üç min dörd yüz) AZN məbləğin 30 (otuz) gün müddətində ödənilməsi xahiş edilmiş, lakin pretenziya məktubu xx.xx.2025-ci il tarixdə mülki cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsinə baxmayaraq hazırki tarixədək heç bir ödəniş edilməmişdir (pretenziya məktubu və poçt qəbzi qoşma ilə əlavə olunur). İddianın verilməsinə görə mülki iddiaçı tərəfindən 160.20 AZN (yüz altmış manat iyirmi qəpik) məbləğində dövlət rüsumu Şəki rayon məhkəməsinin hesabına ödənilmişdir. İddiaçı elektron qaydada ərizə təqdim edərək, İddiaçı QSC-nin təştilati-hüquqi formasının dəyişərək İddiaçı MMC olduğunu bildirmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılması və iddia tələbinin tam olaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri Nizami Rayon Prokurorluğunun icraatında olan ********* saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixli barışıq sazişində qeyd edilmişdir ki, zərərvuran ********* saylı cinayət işi üzrə dəymiş ziyanın – 30000 (otuz min) AZN məbləğində hər ay 6000 (altı min) AZN olmaqla, hər ayın 19-dan gec olmayaraq 5 (beş) ay ərzində xx.xx.2024-cü il tarixə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən müvafiq olaraq 300 manat, 300 manat və 6000 manat ödəniş həyata keçirlmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1918/2024 saylı hökmündən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 179.3.2 və 313—cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona 2 il sınaq müddəti müəyyən edilmişdir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı 23400 manat məbləğin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - xx.xx.2025-ci il tarixli **********55 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 160,20 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Prokurorluğunun icraatında olan ********* saylı cinayət işi üzrə barışıq sazişinin surətindən göründüyü kimi, zərərvuran ********* saylı cinayət işi üzrə dəymiş ziyanın – 30000 (otuz min) AZN məbləğində hər ay 6000 (altı min) AZN olmaqla, hər ayın 19-dan gec olmayaraq 5 (beş) ay ərzində xx.xx.2024-cü il tarixə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən də iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. İş materiallarından, həmçinin cavabdehin xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, cavabdehin borcu 23400 manat təşkil edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 160,20 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 23400 (iyirmi üç min dörd yüz) manat pul vəsaiti, 160,20 (yüz altmış manat iyimi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev