Məhkəmə qərarları › İş №e-2(075)-1389/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1389/2025

24.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1389/2025 24.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxs X35) qarşı “mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras payın ayrılması” tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 və X3 miras qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,9254 ha həyətyanı torpaq sahəsi üzrə mirasın qəbul etmə faktının müəyyən edilməsi, X8 və X3 miras qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,9254 ha həyətyanı torpaq sahəsinə onun - İddiaçı tam miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi X10nun tam, həmin evin yerləşdiyi həyətyanı sahəsi isə X10nun və X1nın ümumi birgə mülkiyyətindədir. X10 xx.xx.2002-ci ildə rəhmətə getmişdir. X1 xx.xx.2018-ci il tarixində rəhmətə getmişdir. Onların aşağıdakı vərəsələri qalmışdır. 1. X15 - xx.xx.2019-cu ildə rəhmətə gedib. Onun aşağıdakı vərəsələri qalmışdır. - Həyat yoldaşı X21, X30, qızı X50, oğlu X35 2. X7 3. X16 4. Oğlu İddiaçı 5. X26 6. X17 7. X28 8. X51. Miras əmlakı olan ünvan 1 ünvanında olan fərdi yaşayış evində ailənin kiçik oğlu kimi o - İddiaçı yaşamaqdadır. Digər qardaş bacılarının hər birinin təsərrüfatı, evi ayrıdır. Atası, anası öləndən sonra onlardan miras qalmış fərdi yaşayış evinə və onun yerləşdiyi həyətyanı sahəyə vərəsəlik açılması üçün Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. Mirası faktiki olaraq o qəbul etməyinə baxmayaraq, digər vərəsələrin hər birini Notariat ofisinə apararaq ərizələrini almışdır. Miras əmlakı olan ünvan 1 ünvanında olan fərdi yaşayış evində o, ailəsi ilə yaşayır. Miras qoyanlar vəfat edəndən sonra da miras əmlakda yaşmaqla mirası faktiki qəbul etmişdir. Lakin buna baxmayaraq Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin Notariusu ona xx.xx.2025-ci il tarixli imtina qərarı vermişdir. Qərarını belə əsaslandırmışdır ki, mirasın qəbul edilməsi üçün nəzərdə tutulan müddət ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilir. Cavabdeh tərəfin imtinası ilə razılaşmadığı üçün, müddəti ötürmədiyi üçün və mirası faktiki qəbul etdiyi üçün hal-hazırk iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Miras qoyan X20 və X5 vərəsələri 1. X37 – xx.xx.2019-cu ildə rəhmətə gedib. Onun vərəsəsi - həyat yoldaşı X21 ərizələri - № **********522; № **********523, X30 ərizələri - № **********679; - № **********681, qızı X50 ərizələri - № **********817; - № **********816, oğlu X35- Rusiya-Ukrayna müharibəsində olduğu üçün ərizəsini almaq mümkün olmamışdır. Lakin video müraciət ünvanlamışdır. Öz iradə ifadəsini bildirmişdir. 2. X27 ərizələri - № **********819; **********821, 3. X38 ərizələri - № **********807; **********808, 4. X46 ərizələri -№ **********047; № **********048, 5. X39 ərizələri-№ **********814; № **********815, 6. X28 - ərizələri -№ **********860; № **********861, 7. X51 ərizələri -№ **********858; № **********859, Göründüyü kimi, mirası faktiki yalnız o, qəbul etməyinə baxmayaraq bütün qardaş bacılarının imtina ərizələri verilmişdir. Buna görə də həmin fərdi yaşayış evi və onun yerləşdiyi həyatyanı sahə vərəsə kimi tam onun mülkiyyətinə keçməlidir. Məhkəmə tərəfindən X35 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - Şəki rayonu Baltalı kənd icra nümayəndəliyi tərəfindən 18 yanvar 2003-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X36 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. - Şəki rayonu Baltalı kənd icra nümayəndəliyi tərəfindən 7 fevral 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baltalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 283 nömrəli arayışda qeyd edilmişdir ki, Baltalı kənd sakini, X8 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Onun nümayəndəliyə məlum olan varisləri aşağıdakılardır. Həyat yoldaşı – X12 – vəfat edib – xx.xx.2018, oğlu – X37 – vəfat edib – xx.xx.2019, oğlu – X27 – xx.xx.1961, X16 – xx.xx.1966, oğlu – İddiaçı – xx.xx.1972, qızı – Cumayeva (Məhərrəmova) Niyar Əvvəl qızı – xx.xx.1956, qızı – Eldarova (Məhərrəmova) Məhburə Əvvəl qızı – xx.xx.1960, qızı Süleymanova (Məhərrəmov) Ceyran Əvvəl qızı – xx.xx.1963, qızı – Məcidova (Məhərrəmova) Sona Əvvəl qızı – xx.xx.1970. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baltalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 281 nömrəli arayışda qeyd edilmişdir ki, Baltalı kənd sakini, mərhum X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun nümayəndəliyə məlum olan varisləri aşağıdakılardır. Həyat yoldaşı – X36 – vəfat edib – xx.xx.2002, oğlu – X37 – vəfat edib – xx.xx.2019, oğlu – X27 – xx.xx.1961, X16 – xx.xx.1966, oğlu – İddiaçı – xx.xx.1972, qızı – Cumayeva (Məhərrəmova) Niyar Əvvəl qızı – xx.xx.1956, qızı – Eldarova (Məhərrəmova) Məhburə Əvvəl qızı – xx.xx.1960, qızı Süleymanova (Məhərrəmov) Ceyran Əvvəl qızı – xx.xx.1963, qızı – Məcidova (Məhərrəmova) Sona Əvvəl qızı – xx.xx.1970. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı Şəki rayonu, Baltalı kəndində qeydiyyatdadır. - Şəki regional “ASAN Xidmət” Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən tərəfindən 5 sentyabr 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X37 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baltalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 87 nömrəli arayışda qeyd edilmişdir ki, Baltalı kənd sakini, mərhum X37 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun nümayəndəliyə məlum olan varisləri aşağıdakılardır. Həyat yoldaşı – X21 – xx.xx.1960, oğlu – X35 – xx.xx.1981, qızı – X50 – xx.xx.1981, qızı – X49 – xx.xx.1994. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X20 tam, 0.9254 ha torpaq sahəsi isə X36 və X5 ümumi paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 14 aprel 2025-ci il tarixli qərarından görünür ki, Şəki rayonu, Baltalı kəndi ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2018-ci il tarixdə ölmüş X3 qalmış miras əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mirasın qanunla müəyyən edilmiş müddəti ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 14 aprel 2025-ci il tarixli qərarından görünür ki, Şəki rayonu, Baltalı kəndi ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2002-ci il tarixdə ölmüş X18 qalmış miras əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mirasın qanunla müəyyən edilmiş müddəti ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - X13 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X10ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X13 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X22 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X10ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X22 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X31 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X10ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X31 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X23 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X10ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X23 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X14 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X10ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X14 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X40 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X10ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X40 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - X9 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, qaynX1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X19 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra ərinə düşən hissədə ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X41 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, nənəsi X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq atasından qalan miras əmlakdan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X42 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, nənəsi X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X11 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra atasına düşən hissədə ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X9 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, qaynX10 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X19 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra ərinə düşən hissədə ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X41 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, babası X36 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq atasından qalan miras əmlakdan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X42 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, babası X36 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X11 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra atasına düşən hissədə ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə vəfat etmiş X20 tam, 0.9254 ha həyətyanı torpaq sahəsi isə X36 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 ümumi birgə mülkiyyətindədir. Onların birgə nikahından X37, X27, X38, İddiaçı, Cumayeva (Məhərrəmova) Niyar Əvvəl qızı, Eldarova (Məhərrəmova) Məhburə Əvvəl qızı, Süleymanova (Məhərrəmov) Ceyran Əvvəl qızı və Məcidova (Məhərrəmova) Sona Əvvəl qızı adlı övladları olmuşdur. X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X24 ailə üzvləri həyat yoldaşı X21, oğlu X35, qızı X50 və X30ndan ibarətdir. Göstərilən şəxslərin hər biri həm X29, həm də X6 münasibətdə miras əmlakdan imtina etmələri barədə ərizələr yazmışlar. X2 oğlu X43 tərəfindən ərizə yazılmamışdır. Məhkəmə tərəfindən X35 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə bildiriş göndərilmiş, lakin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən X25 atasında qalmış miras əmlakla bağlı heç bir tələbinin olmaması barədə video görüntü təqdim edilmiş və həmin video görüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. İş materialarının araşdırılması zamanı müəyyən edilmişdir ki, X8 və X3 miras qalmış fərdi yaşyış evi və torpaq sahəsi yalnız iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, digər vərəsələrin heç birinin həmin əmlaklarla bağlı hər hansı tələbləri mövcud deyil. Qeyd edilənlərə, göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxs X35) qarşı “mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras payın ayrılması” barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X8 və X3 miras qalmış ünvan 6 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,9254 ha həyətyanı torpaq sahəsi üzrə İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilsin. X8 və X3 miras qalmış ünvan 7 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,9254 ha həyətyanı torpaq sahəsinə İddiaçı tam miras payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar