Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-14/2024 04.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı1, Cavabdehlər Cavabdeh7 və X1, həmçinin Cavabdeh5 nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “miras əmlak payının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda, 0.0085 hektar torpaq sahəsində yerləşən 30.4 kv.metr yaşayış sahəsi, 25.2 kv.metr yardımçı sahəsi, 55.6 kv.metr ümumi sahəsi olan 2 otaqdan ibarət fərdi yaşayış evinə nənəsi İddiaçı2 miras qalmış 5/7 hissə paya onların hər birinin ½ hissədə miras payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda 27 yanvar 2004-cü il tarixdə təsdiq edilmiş İddiaçı2 Abdulkərim qızının adından tərtib olunmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda, 0.0085 hektar torpaq sahəsində yerləşən 30.4 kv.metr yaşayış sahəsi, 25.2 kv.metr yardımçı sahəsi, 55.6 kv.metr ümumi sahəsi olan 2 otaqdan ibarət fərdi yaşayış evinə nənəsi İddiaçı2 miras qalmış 5/7 hissə paya onların hər birinin ½ hissədə miras payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin həcminin artırılması barədə ərizə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iş 03 oktyabr 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları 10 noyabr 2022-ci il, 24 noyabr 2022-ci il, 09 yanvar 2023-cü il, 17 yanvar 2023-cü il, 27 yanvar 2023-cü il və 21 fevral 2023-cü il tarixlərdə keçirilmiş, iş üzrə 21 fevral 2023-cü il tarix keçirilmiş məhkəmə hazırlıq iclasında Şəki Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(075)-98/2023 saylı qərardadı ilə iş üzrə icraat dayandırılmış, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyi 04 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(075)-98/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş, mülki işin məhkəmə hazırlıq iclası 01 noyabr 2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclasları 01 noyabr 2023-cü il, 14 fevral 2024-cü il tarixlərdə keçirilmiş, iş üzrə növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 04 mart 2024-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndələri (vəkilləri) Vəkil 04 mart 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində dəyişiklik etmək istəyir. İddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndələri (vəkilləri) Vəkil ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı2 və İddiaçı1 qaytarılmalıdır. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “miras əmlak payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı2 və İddiaçı1 qaytarılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-14/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-14/2024
04.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver