Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1404/2022 16.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1374,30 manat borcu silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı ilə DNŞ Cavabdeh Zaqatala X4 İdarəsi arasında xx.xx.2017-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 6138 saylı müqavilə bağlanmışdır. Bir istehlakçı kimi təqdim olunmuş bildiriş üzrə istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh RQİİ Şəki Xidmət Sahəsinin əməkdaşları ona məxsus evə gələrək “sayğacdan kənar qeyri-qanuni xətt aşkar olunması” səbəbi ilə ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən ona 11448 m3 itirilmiş qazın bərpası üçün dəymiş 1373,76 manat ziyan hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunan akt və akt əsasında hesablanan dəymiş ziyan məbləği əsassız hesab edir. Belə ki, aşkar olunan həmin xətt köhnə istifadə olunan xətt olmuş və həmin xətt həyət divarının içində bağlı vəziyyətdə olmuşdur. Cavabdehin əməkdaşları divarın üstündəki sement örtüyü dağıdaraq İddiaçı kənar xətdən istifadə etməyi kimi sənədləşdirmişdir. Halbuki həmin xətt sayğac quraşdırılmamışdan əvvəl mövcud olmuş, hər dəfə Təmiz Qaz Xidmətinin və ərazi üzrə X5 nəzarətçisi tərəfindən sayğaca və xətlərə baxılarkən heç bir qüsur aşkar edilməmişdir. İndi belə bir halın baş verəməsi və yüksək həddə sərfiyyatın hesablanması qanunsuzdur. Cavabdehdən sayğaca qoyulan vaxtdan indiyədək ərazidə aparılan yoxlamalarla bağlı sənədlər tələb olunsa hər hansı qüsur aşkar olunmadığı müəyyən edilməlidir. Bundan başqa nəzarətçi də hər ay sayğacın göstəricisi üzrə bildiriş təqdim edərkən həmin qüsuru görə bilərdi. Həmçinin göstərmişdir ki, divarın içərisindəki boru aşkar edilən zaman Akt tərtib edilmiş və iddiaçı savadsızlığından həmin aktla razılaşaraq onu imzalamışdır. Bundan başqa qeyd etmişdir ki, iddiaçının İXM-nin 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 100 manat cərimə olunmasından xəbərdardırlar. Bildirmişdir ki, ümumiyyətlə iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması müəyyən olunmuş olsa idi belə hesab etmişdir ki, itirilmiş qaz sərfiyyatı kimi 90 günün götürülməsini əsassız hesab edir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq akt əsasında itirilmiş qaz sərfiyatı kimi hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X3 məhkəmədə iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 23 yanvar 2017-ci il tarixli, 6135 saylı müqavilə bağlanmışdır. İddiaçı **********00000 saylı abonent kodu ilə Cavabdehnə qeydiyyata düşmüşdür. Bildirmişdir ki, iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına kənar qeyri-qanuni xətt aşkar olunduğundan, evdə qazla işləyən işlək vəziyyətdə olan qurğulara uyğun 90 günlük itirilmiş qazın dəyəri hesablanmış və İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 1373,76 manat borc hesablanmışdır. Qeyd etmişdir ki, iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması video diki mövcuddur və onu məhkəməyə təqdim etmişdir. Göstərmişdir ki, iddiaçı qaz xəttinə qeyri-qanuni qoşulmanı təsdiq edən “AKT”-ı belə tərəddütsüz razılaşaraq imzalamışdır. Bundan başqa iddiaçı İXM-nin 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 100 manat cərimə olunmuşdur. Bildirmişdir ki, bütün bunlar iddiaçının qaz xəttinə qeyri-qanuni qoşulmasını təsdiq edir. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin etiraz ərizəsini təhlil edərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 mart 2022-ci il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, sayğacda kənar qeyri-qanuni xəttin olması müəyyən olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. İddiaçı da həmin AKT-ı imzaqlamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 10 mart 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evində qaz işlədicilərindən G4 markalı 40043004 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 0.8m3 orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 3024 m3 müəyyən edilərək onun dəyəri olan 1373,76 manat məbləğdə ziyan (3024 m3 x 0.12 man = 1373,76 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşə əlavə edilmiş İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, İddiaçı İXMnin 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 100 manat cərimə olunmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus ünvan 1 ünvanında yaşadığı evdə quraşdırılmış qaz sayğacına kənar qeyri-qanuni xəttin olması müəyyən olunduğundan iddiaçının barəsində 10 mart 2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunaraq 1373,76 manat məbləğində cərimə olunmuşdur. İddiaçı da həmin AKT-ı imzaqlamışdır. Bundan başqa sayğacdan kənar qeyri-qanuni xəttin olması işə əlavə edilmiş video ilə də təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi iddiaçı qaz xəttinə qanunsuz qoşulmaqla mülki hüquq pozuntusu, yəni delikt törətmişdir. Qanunvericiliyə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Lakin məhkəmə hesab edir ki, cavabdeh təşkilat vurulmuş ziyan məbləğini hesablayarkən 90 günü əsas götürməsi əsaslı deyil. Belə ki, “ işdə olan Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 10 mart 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən evində qaz işlədicilərindən G4 markalı 40043004 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 0.8m3 orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 3024 m3 müəyyən edilərək onun dəyəri olan 1373,76 manat məbləğdə ziyan (3024 m3 x 0.12 man = 1373,76 manat) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hesabat müddəti 30 gün qəbul edilməklə ziyanlıq hesablanmalıdır. Belə olduğu halda 1373,76/3=457.92 manat aylıq ziyan məbləğı iddiaçının üzərində saxlanılmaqla qalıq qalan 915.84 manat hissə iddiaçının hesabından silinməlidir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X5 əməkdaşları tərəfindən aşkar olunduğundan və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapdığından, məhkəmə hesab edir ki, iddia 10 mart 2022-ci il tarixli, ******* nömrəli akt əsasında G-4 markalı, 10038459 nömrəli sayğac üzrə hesablanmış 915,84 manat borcun silinməsi hissəsində əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı akt əsasında hesablanmış 1374.30 manat cərimə məbləğinin silinməsini xahiş etsə də akt, vətəndaşın saldosu və tərəflərin izahatı ilə müəyyən olundu ki, itirilmiş qaz sərfiyyatı kimi hesablanmış məbləğ 1373.76 manata bərabərdir. Odur ki, iddia qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 10 mart 2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1373,76 manat cərimə məbləğinin 915,84 manat hissəsi İddiaçı hesabından silinməli, iddia 457.92 manat hissəsinə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 10 mart 2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 1373,76 manat cərimə məbləğinin 915,84 manat hissəsi İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1404/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1404/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver