Məhkəmə qərarları › İş №e-2(075)-1452/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1452/2023

29.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1452/2023 29.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı fərdi yaşayış evindən çıxarılma və evin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 13 may 2022-ci il tarixli **********92-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan, Şəki rayonu İnçə kəndində yerləşən tərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması, həmin evin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi və 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Şəki rayonu İnçə kəndində yerləşən DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 fevral 2012-ci il tarixli **********518- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evini və 0,0654 hektar həyətyanı torpaq sahəsini 30 mart 2022-ci il tarixli AN-İ ******* nömrəli alqt-satqı müqaviləsi əsasında ona satmışdır. Bundan sonra o, həmin daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata aldırmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adına 13 may 2022-ci il tarixli **********92-10301 reyestr nömrəli çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh 30 sentyabr 2022-ci il tarixindən evi ona təhvil verərək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini yerinə yetirməyərək evi boşaldaraq ona təhvil verməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2022-ci ilin mart ayında mübahisəli evi cavabdehlə notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq 15000 manata almışdır. Evin pulunu ödəyib öz adına rəsmiləşdirsə də, cavabdeh evi boşaldaraq ona təhvil verməkdən yayınır və onu evə buraxmır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 14 fevral 2012-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu İnçə kəndində 0.30 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 150.2 m2 olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış 30 mart 2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən 0.30 hektar torpaq sahəsindən 0.0654 hektar hissəsini və həmin hissədə yerləşən ümumi sahəsi 150.2 m2 olmaqla, yaşayış sahəsi 68.6 m2, yardımçı sahəsi 81.6 m2 olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır. Satıcı daşınmaz əmlakı 15.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 may 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu İnçə kəndində 0.0654 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 150.2 m2 olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu İnçə kəndində yerləşən, yaşayış ümumi sahəsi 150.2 m2 olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,0654 hektar olan torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı bunun müqabilində Cavabdeh 15.000 manat məbləğində pul ödəmişdir. Sözügedən alqısatqı müqaviləsinin bağlanmasına və fərdi yaşayış evinin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək yaşayış evini tərk etməmiş və həmin evi iddiaçıya təhvil verməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Göründüyü kimi İddiaçı Cavabdeh ilə 30 mart 2022-ci il tarixdə aralarında bağlanan və notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilsi əsasında Şəki rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evini almış və hazırda həmin evin mülkiyətçisidir. İddiaçı alqı-satqı müqaviləsinə əsasən evin razılaşdırılmış dəyərini ödəmiş və bunula da üzərinə düşən öhdəliyi icra etmişdir. Bu səbəbdən də, İddiaçı öz əmlakından istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin Cavabdeh İddiaçı məxsus evdən çıxmamaqla iddiaçının mülkiyyətində olan öz mənzilindən istifadə etməsi ilə bağlı çətinliklər yaradır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Odur ki, məhkəmə hesab edir ki, Şəki rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılmasını və həmin evin tərəfindən təhvil verilməsini İddiaçı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Şəki rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar