Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1471/2022 10.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, ilk iddia üzrə iİddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İlk iddia üzrə iİddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və digər cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh4 ilk iddia üzrə iİddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasına Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, ********** qeydiyyat nömrəli, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh4 tərəfindən ona təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyalarla birlikdə həmin yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə onun mülkiyyətində olmuş Şəki şəhəri M.Maqomayev küçəsində 21 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Bundan sonra həmin yaşayış evini öz adına qeydiyyatdan keçirərək xx.xx.2020-ci il tarixli çıxarış əldə etmişdir. Aralarında alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh və onun ailə üzvləri olan digər cavabdehlər hər biri notarial razılıq verərək müqavilədə nəzərdə tutulan müddətdə (xx.xx.2021-ci ildən) evi tərk etməyi və qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdürlər. Lakin bu günə kimi cavabdehlər evi boşaldaraq ona təhvil verməmiş və evdən qeydiyyatdan çıxmamışdırlar. Nəticədə onun mülkiyyətində olan yaşayış evindən mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışdan göründüyü kimi Şəki şəhəri M.Maqomayev küçəsində 21 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyətindədir. Məhz buna görədə məhkəməyə müraciyət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, ********** qeydiyyat nömrəli, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh4 tərəfindən ona təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyalarla birlikdə həmin yaşayış evindən məcburi qaydada çıxarılması və cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə onun arasında xx.xx.2020-ci il tarixdə notarila qaydada bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən qarşılıqlı iddia barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona və ailə üzvlərinə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək fərdi yaşayış evinin təhvil verilməsini, onun və ailə üzvlərinin əşyalarla oradan çıxarılmasını xahiş etmişir. Cavabdehlə aralarında xx.xx.2020-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə o mülkiyyətində olan ünvan 3 ünvanındakı evi satmağı öhdəsinə götürmüşdür. Bunun müqabilində qarşılıqlı iddia üzrə cavabdeh evin dəyri 50.000 manat ödəməli idi. Müqvilə bağlanan vaxt ona 50.000 manat ödənilməmişdir. Bu səbəbdəndə, o, evi təhvil verməmiş, özü və ailə üzvləri həmin evdən çıxmamışdır. Odur ki, iddia ərizənin ləğv edilməsini və İddiaçı ilə onun arasında xx.xx.2020-ci il tarixdə notarila qaydada bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia ərizəsinin rədd olunmasını ilkin iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək bildirdi ki, alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq tərəf öz üzərinə düşən öhəlikləri yerinə yetirməmiş və cavabdehə vəsait ödənilməmişdir. Bankdan 50.000 manat ödənişin götürülməsi ilə bağlı bildirişi Cavabdeh4 təqdim etmiş və o, həmin imzanının onun olmadığını və pulu götürmədiyini bildirmişdir. Həmin evin dəyəri ödənilmədiyindən hesab edir ki, müqvilə ləğv edilməlidir. Odur ki, ilkin iddianın rədd olunmasını və qarşılıql iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2l Rahim qızı, Cavabdeh3, Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddianın cavabdehlərə məxsus əşyaların yaşayış evindən məcburi qaydada çıxarılması tələbi Şəki Rayon Məhkəməsinin qəradadı ilə baxılmamış saxlanılmışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 06 noyabr 2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 53,31 m2, yardımçı sahəsi 39,88 m2 olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini İddiaçı satmışdır. Satıcı daşınmaz əmlakı 50.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 06 noyabr 2020-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına razılıq vermiş, müqavilədə göstərilən müddətdə yaşayış evini tərk etməyi və evdən pasport qeydiyyatından çıxmağı öz öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 25 noyabr 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 93.19 m2 olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ünvan 4 ünvanlanmış 06 noyabr 2020-ci il tarixli, 1861 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 50.000 manat məbləğində pulun 180 manatı vergi öhdəliyi olaraq dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə əmlakın satış dəyərindən çıxıldıqdan sonra 49.820 manatının Cavabdeh4 verilməsi üçün həmin bankda olan müvafiq depozit hesabına qəbul olunması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, TT**********01150000 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən X1 (Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu) hesabına 50.000 manat pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş 28 sentyabr 2022-ci il tarixli, 49/76 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə 50 saylı notariat şöbəsində 12-38 saylı qəbzlə AZ94İİB******************** nömrəli hesaba köçürülmüş 50.000 (əlli min) maat vəsaitin məxaricinə dair sənəd (çək) təqdim olunmuşdur. Qəbzdən müəyyən olunur ki, 49 820 manat pul X2 tərəfindən 06 noyabr 2020-ci il tarixində qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 53,31 m2, yardımçı sahəsi 39,88 m2 olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı bunun müqabilində Cavabdeh4 50.000 manat məbləğində pul ödəmişdir. Sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına və fərdi yaşayış evinin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq cavabdehlər müqavilənin şərtlərinə əməl etməyərək yaşayış evini tərk etməmiş və həmin evi iddiaçıya təhvil verməkdən boyun qaçırmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi İddiaçı Cavabdeh4 ilə xx.xx.2020-ci il tarixdə aralarında bağlanan və notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilsi əsasında Şəki şəhəri M.Maqomayev küçəsində 21 ünvanında yerləşən fərdi yaşayış evini almış və hazırda həmin evin mülkiyətçisidir. İddiaçı alqı-satqı müqaviləsinə əsasən evin razılaşdırılmış dəyərini bankın müvafiq hesabına köçürmüş və bunula da üzərinə düşən öhdəliyi icra etmişdir. Bu səbəbdən də, İddiaçı öz əmlakından istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus evdən çıxmamaqla iddiaçının mülkiyyətində olan öz mənzilindən istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradırlar. Cavabdehlər həmin fərdi yaşayış evindən çıxmaqdan yayınırlar. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Cavabdehlərin həmin evdən istifadə hüquqlarının qalması üçün hər hansı bir hüquqi əsas yoxdur. Eyni zamanda cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına razılıq vermiş, müqavilədə göstərilən müddətdə yaşayış evini könüllü tərk etməyi və evdən pasport qeydiyyatından çıxmağı öz öhdələrinə götürmüşlər. Odur ki, məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh4 tərəfindən təhvil verilməsini, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin yaşayış evindən məcburi qaydada çıxarılması və cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsini İddiaçı tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh4 qarşılıqlı iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh4, iddia ərizəsində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılması müqabilində İddiaçı tərəfindən evin dəyəri olan 50.000 manat məbləğində pulun ona ödənilməməsini göstərmişdir. Lakin "xxxx" ASC tərəfindən təqdim edilmiş qəbzlə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə 50 saylı notariat şöbəsində 12-38 saylı qəbzlə AZ94İİB******************** nömrəli hesaba köçürülmüş 50.000 (əlli min) manat vəsaitin 49 820 manatı X2 tərəfindən 06 noyabr 2020-ci il tarixində qəbul edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər sözügedən məbləğ həqiqətən də Cavabdeh4 ödənilməmişdirsə, o zaman alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan, yəni 06 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək 2 ilə yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh4 bu barədə nə iddiaçıya, nə də məhkəməyə müraciət etməməsinin ağlabatan izahını verə bilməmişdir. Göründüyü kimi qarşılıqlı iddia ərizəsinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmuş, qarşılıqlı iddia ərizəsinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər müqavilə bağlayarkən artıq iradələrini ifadə etmiş, alıcı İddiaçı müqavilədən irəli gələn öhdəliyini, yəni muvafiq bank hesabına razılaşdırılmış evin dəyərini köçürməklə icra etmişdir. Cavabdeh4 bildirdiyi kimi, hesabdan pulu götürməsə belə bunda İddiaçı təqsirli hərəkəti müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdeh qarşılıqlı iddia tələbini əsaslandırdığı faktları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona təhvil verilməli, həmin evdən cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada çıxarılmalı və onların həmin evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh4 tərəfindən təhvil verilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada çıxarılsın və onların həmin evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İlkin iddianın cavabdehlərə məxsus əşyaların yaşayış evindən məcburi qaydada çıxarılması tələbi hissəsində baxılmamış saxlanılmasına dair Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardadı nəzərə alınsın. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh4 İddiaçı qarşı xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev İş № 2(075)-1471/2022 Azərbaycan Respublikası adından QƏRARDAD 10 oktyabr 2022-ci il Şəki şəhəri Şəki Rayon Məhkəməsi Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, ilk iddia üzrə iİddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İlk iddia üzrə iİddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və digər cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh4 ilk iddia üzrə iİddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasına Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, ********** qeydiyyat nömrəli, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh4 tərəfindən ona təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyalarla birlikdə həmin yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə onun mülkiyyətində olmuş Şəki şəhəri M.Maqomayev küçəsində 21 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Bundan sonra həmin yaşayış evini öz adına qeydiyyatdan keçirərək xx.xx.2020-ci il tarixli çıxarış əldə etmişdir. Aralarında alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh və onun ailə üzvləri olan digər cavabdehlər hər biri notarial razılıq verərək müqavilədə nəzərdə tutulan müddətdə (xx.xx.2021-ci ildən) evi tərk etməyi və qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdürlər. Lakin bu günə kimi cavabdehlər evi boşaldaraq ona təhvil verməmiş və evdən qeydiyyatdan çıxmamışdırlar. Nəticədə onun mülkiyyətində olan yaşayış evindən mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışdan göründüyü kimi Şəki şəhəri M.Maqomayev küçəsində 21 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyətindədir. Məhz buna görədə məhkəməyə müraciyət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, ********** qeydiyyat nömrəli, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh4 tərəfindən ona təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyalarla birlikdə həmin yaşayış evindən məcburi qaydada çıxarılması və cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə onun arasında xx.xx.2020-ci il tarixdə notarila qaydada bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən qarşılıqlı iddia barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona və ailə üzvlərinə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək fərdi yaşayış evinin təhvil verilməsini, onun və ailə üzvlərinin əşyalarla oradan çıxarılmasını xahiş etmişir. Cavabdehlə aralarında xx.xx.2020-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə o mülkiyyətində olan ünvan 3 ünvanındakı evi satmağı öhdəsinə götürmüşdür. Bunun müqabilində qarşılıqlı iddia üzrə cavabdeh evin dəyri 50.000 manat ödəməli idi. Müqvilə bağlanan vaxt ona 50.000 manat ödənilməmişdir. Bu səbəbdəndə, o, evi təhvil verməmiş, özü və ailə üzvləri həmin evdən çıxmamışdır. Odur ki, iddia ərizənin ləğv edilməsini və İddiaçı ilə onun arasında xx.xx.2020-ci il tarixdə notarila qaydada bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia ərizəsinin rədd olunmasını ilkin iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək bildirdi ki, alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq tərəf öz üzərinə düşən öhəlikləri yerinə yetirməmiş və cavabdehə vəsait ödənilməmişdir. Bankdan 50.000 manat ödənişin götürülməsi ilə bağlı bildirişi Cavabdeh4 təqdim etmiş və o, həmin imzanının onun olmadığını və pulu götürmədiyini bildirmişdir. Həmin evin dəyəri ödənilmədiyindən hesab edir ki, müqvilə ləğv edilməlidir. Odur ki, ilkin iddianın rədd olunmasını və qarşılıql iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması” tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı məhkəməyə göndərdiyi iddia tələbinin artırılması barədə ərizəsində cavabdehlər Cavabdeh4, Cavabdeh5 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyalarla birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını xahiş etsə də, iddiaçı çıxarılmalı olan əşyaların nədən ibarət olduğunu qeyd etməmiş, tələb qeyri-dəqiq olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasə məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması” tələb baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 149 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin əmlakları ilə birlikdə fərdi yaşayış evindən çıxarılma və istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə ilk və Cavabdeh4 İddiaçı qarşı müqavilənin ləğv edilməsinə dair qarşılıqlı iddiası üzrə mülki işdə ilkin iddianın ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması” tələbi baxılmamış saxlanılsın. Qərardaddan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1471/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1471/2022
10.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver