Məhkəmə qərarları › İş №e-2(075)-1481/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1481/2023

11.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1481/2023 11.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.07 ha torpaq sahəsindən ona məxsus 1/2 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə 23 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında mülki işin icraatının dayandırılması qərara alınmış, Şəki Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(075)-1481/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 08 avqust 2023-cü il tarixdə İddiaçı elektron qaydada ərizə ünvanlayaraq hazırki iş üzrə ekspertin baxış keçirmədən mülki iş ekspertizadan geri tələb edilməsi, iddia ərizəsinin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materialı 02 oktyabr 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(075)-1481/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş və mülki iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni 11 oktyabr 2023-cü il tarixə, saat 09:50-ə təyin edilmişdir. Cavabdeh X2 məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 100 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X1 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 100 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar