Məhkəmə qərarları › İş №e-2(075)-1492/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1492/2023

09.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1492/2023 09.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçılar İddiaçı, X3 və X1 cavabdehlər Cavabdeh və Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçılar İddiaçı, X3 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Şəki Regional “Asan Xidmət“ Mərkəzində Notariat Ofisindən 22320 manat məbləğində dəymiş maddi ziyanın, 10.000 manat məbləğində dəymiş mənəvi ziyanın, 57838,56 manat məbləğində əldə çıxmış faydanın və dövlət rüsumu kimi ödənilmiş 361 manat pulun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla biler. İddiaçılarların və ya cavabdehlerin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. MPM-in 149.2.3-cü maddesinə əsasən iddia ərizəsində iddianın predmeti ve qiyməti, İddiaçılarnın və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki mülki işinin başlanmasına əsas olmuş iddia ərizəsindən görünür ki, İddiaçılarnın tələbi bir neçə müstəqil tələbdən ibarətdir və bir neçə cavabdehə qarşı irəli sürülmüşdür. İddiaçılarnın tələbi bir neçe müstəqil tələbdən ibarət olub bir neçə cavabdehə qarşı irəli sürülsə də, nə müştərək qaydada irəli sürülmiş, nə də cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilmişdir. Bu da iddia taləbində qeyri-müəyyənlik yaratmışdır. Belə ki, MPM-nin 4-cü, 5-ci, 149-cu, 151-ci maddələrinin mənasına görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada, yeni iddia ərizəsinin formasına və məzmununa riayət etməklə tərtib edilmiş va qanunvericilikle nəzərdə tutulmuş qaydada imza edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız bu halda məhkəmədə iş başlanılır və mahiyyəti üzrə baxılaraq sürülmüş tələb üzrə Azərbaycan Respublikası adından məhkəmə aktı qətnamə qəbul edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X3 və X1 cavabdehlər Cavabdeh və Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, İddiaçı, X3 və X1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra İddiaçı, X3 və X2 ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269, 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı, X3 və X1 cavabdehlər Cavabdeh və Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı, X3 və X2 izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar