Məhkəmə qərarları › İş №e-2(075)-1492/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1492/2025

03.06.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1492/2025 03.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixdə anadan olmuş və Şəki rayonu İnçə kəndində qeydiyyatda olmaqla yaşamış həyat yoldaşı X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı Rzayeva (Əzizova) Mahirə Kərim qızı xx.xx.1960-cı il il tarixdə Şəki rayonu Şorsu kəndində anadan olmuş və yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri H,Z,Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi həyət evi ünvanında yaşamış xx.xx.2023-cü il tarixdə X1 16:00 halı pisləşmiş Sumqayıt TTTYS bölməsinə müracət edilmişdir. Birqada ünvana çatan zaman X3 meyitini aşkar etmişdir. Ailə üzvülərinin deməsinə görə mərhum uzun müddət “Ağciyər vərəmi” ürək çatışmazlığı” ilə xəstə olub kəskin ürək çatmamazlığından dünyasını dəyişmişdir. Onun ölümü ilə əlaqədar çox gərgin bir vəziyyət keçirdiyindən lazimı sənədlər olsada həyat yoldaşının adına ölüm haqqında şəhadətnamə almaq ağlına belə gəlməmişdir. Artıq müəyyən müddət keçdikdən sonra lazımi sənədləri toplayaraq həyat yoldaşı X6 ölüm şəhadətnaməsinin alınması ilə bağlı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X9ə rəsmi müraciət etsə də həyat yoldaşının ölümündən xeyli vaxd keçdiyindən şəhadətnamənin verilməsinin mümkünsüzlüyü ilə bağlı rəsmi cavab verilmişdir. X6 ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki Rayon Qeydiyyat Şöbəsinədə müraciət etmişdir. Lakin, həyat yoldaşı X3 ölümü barədə hər-hansı qeyd aşkar edilməmişdir. Ona görə də həyat yoldaşı X3 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetnə Birliyi” X9 “Respublika Təcili və X4” X8 xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində RTTTYS PHŞ-nın Sumqayıt TTTY Stansiyasına Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi həyət evi ünvanından Rzayeva Mahirə adına halı pisdir çağırış daxil olmuş və çağırışı Sumqayıt TTTYS bölməsinin həkimi Nəzakət Məmmədova icra etmişdir. Briqada ünvana çatan zaman X3 meyidini aşkar etmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” X2 ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş, X3 ölümü haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilmədi. İş materiallarından göründüyü kimi, ərizəçinin mərhum həyat yoldaşı vəfat edən gün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetnə Birliyi” X9 “Sumqayıt TTTYS”na müraciət edilmiş, təcili yardım briqadası ölüm hadisəsinin baş verdiyi ünvanda olmuş, X3 meyidini aşkar etmiş və müvafiq qeydiyyat aparmışlar. Lakin ərizəçinin ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə müraciətindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda X3 hansı tarixdə, harada vəfat etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Belə olan halda Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetnə Birliyi” X9 “Respublika Təcili və X4” X8 Sumqayıt TTTYS bölməsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunduğundan ərizəçi həmin şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ona görə də, Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xitam verilməli, ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xitam verilsin. Ərizəçiyə izah edilsin ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilər. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar