Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1493/2023 18.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ X2 Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçının İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İddia tələbinin dəlilləri : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi və həmin müqavilənin təmin edilməsiməqsədilə imzalanmış xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə əsasən118.567,84 (bir yüz on səkkiz min beş yüz altımış yeddi manat səksən dörd qəpik) manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında “20” fevral 2023-cü il tarixində Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsi İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında imzalanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsinə və Bakı Kommersiya Məhkəməsinin “16” fevral 2023-cü il tarixli e-2-2(113)-507/2023 saylı qətnaməsinə istinad edir. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən «Zamin», «Bоrclunun» «Kreditor» qarşısında “15” noyabr 2019-ci il tariхində bağlanmış 19-NWC-KBR-1330 saylı subpodrat müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün Bakı Kommersiya Məhkəməsinin “16” fevral 2023-cü il tarixli e-2-2(113)- 507/2023 saylı qətnaməsini icrası ilə əlaqədar «Kreditora» оlan borcun və оna hesablanmış faizlərin, bоrc tutulması üzrə məhkəmə хərclərinin və «Bоrclunun» öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində «Kreditora» dəyən digər zərərin (kоmisyоn, dəbbə pulu, məhkəmə хərcləri və s.) əvəzinin ödənilməsi də daхil оlmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün «Bоrclu ilə» eyni həcmdə məsuliyyət daşıyır. Bakı Kommersiya Məhkəməsinin “16” fevral 2023-cü il tarixlie-2-2(113)-507/2023 saylı qətnaməsi icra məqsədilə “28” mart 2023-cü il tarixində Yasamal Rayon İcra Şöbəsinə gönləndirilmiş, lakin borclu Maraqlı şəxs MMC məhkəmənin qət etdiyi borc vəsaitini ödəməkdən boyun qaçırmışdır. Qeyd edilməlidir ki, iddia ərizəsi məhkəməyə təqdim olunan tarixədək Maraqlı şəxs MMC borc ödəliyinin icrası ilə əlaqədar heç bir tutarlı addım atmamışdır. Yaranmış borc məbləğinin geri qaytarılması ilə bağlı Cavabdeh mediasiya barəsində təklif və pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən ona olan müraciətlərə heç bir cavab verilməmiş və işə cavabdeh qismində cəlb olunan Cavabdeh Şəki rayon 1 saylı Mediasiya Təşkilatı tərəfindən təşkiledilən iclasda iştirak etmiş, lakin heç bir müvafiq nəticə əldə edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, və Zaminlik müqaviləsi əsasında pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmır. Tərəflər arasında imzalanmış, yuxarıda adıçəkilən müqavilə predmetinə görə və mahiyyətcə Zaminlik müqaviləsi olmaqla göstərilənlərə əsasən cavabdehlə bağlanmış müqavilənin icrası əsasında yaranış borc məbləği, hüquqi yardım üçün ödənilmiş haqq, müqavilədən irəli gələn borcun vaxtında ödənilməməsi səbəbindən həmin borc məbləğinin bank uçot dərəcəsi ilə müəyyən edilmiş faizi cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Sonradan İddiaçı MMC-nin idarə heyətinin sədri Elçin Bədəlov tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, İddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi və həmin müqavilənin təmin edilməsiməqsədilə imzalanmış xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə əsasən118.567,84 (bir yüz on səkkiz min beş yüz altımış yeddi manat səksən dörd qəpik) manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizinin, Mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manatın, dövlət rüsumu kimi ödənilən 9 (doqquz) manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 200 (iki yüz) manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin həcminin artırılması barədə ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh izahat verərək bildirdi ki, Maraqlı şəxs MMC-nin rəhbəri olaraq uzun illərdir ki, İddiaçı MMC ilə aralarında ticarət əlaqəsi olmuşdur. Həmin şirkətə olan borcunu ödəyə bilmədiyindən Bakı Kommersiya Məhkəməsində rəhbərlik etdiyi şirkət olan Maraqlı şəxs MMC-yə qarşı hazırki iddia tələbi ilə iddia qaldırılmış və həmin məhkəmənin qərarı ilə Maraqlı şəxs MMC-dən 118.567.84 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə çıxdıqdan sonra İddiaçı MMC ilə onun arasında notariat kontorunda həmin borc əsasında zaminlik müqaviləsi bağlanmışdır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi üzrə olan borcunu inkar etmir və tez bir zamanda ödəyəcəkdir. Lakin eyni borc üzrə yenidən ondan həmin məbləğin tutulması düzgün olmadığından iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş. İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC-KBR-1330 nömrəli, 15.11. 2019-cu il tarixli Subpodrat müqaviləsindən görünür ki, Maraqlı şəxs MMC İddiaçı MMC-nin tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal işlərini (müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən) yerinə yetirməyi, iş başa çatdırmağı və iddiaçıya bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdələrinə götürmüşlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış 19- NWC-KBR-1330 nömrəli, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi əsasında yaranmış 118.567.84 manat məbləğində borc Maraqlı şəxs MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı MMC-nin Maraqlı şəxs MMC-yə və onun rəhbəri Cavabdeh ünvanlanmış xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC-KBR-1330 nömrəli, 15.11. 2019-cu il tarixli Subpodrat müqaviləsi əsasında yaranmış 118.567.84 manat məbləğində borc Maraqlı şəxs MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş və həmin qətnamə üzrə 20 fevral 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin öhdəliyin Maraqlı şəxs MMC tərəfindən ödənilmədiyi halda Cavabdeh tutulması üçün məhkəməyə müraciət ediləcəkdir. 20 fevral 2023-cü il tarixdə notariat kontorunda imzalanmış Zaminlik müqaviləsinin 3.1-ci bəndindən görünür ki, “Zamin” “Borclunun” qarşısında 19-NWC-KBR-1330 nömrəli, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar “Kreditora” olan borcun və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərtclərinin və “Borclunun” öhdəliyinin icra etməəsi lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin komisyon, dəbbə pulu, məhkəmə xərcləri və.s) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi üzrə yaranmış 118.567.84 manat məbləğində borc Maraqlı şəxs MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra öhdəliyin Maraqlı şəxs MMC tərəfindən ödənilmədiyi halda Cavabdeh tutulması məqsədi ilə 20 fevral 2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, tərəflər arasında işin mübahisəli halı ondan ibarətdir ki, 20 fevral 2023-cü il tarixli zaminlik müqaviləsi üzrə iddiaçı ilə cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi üzrə yaranmış 118.567.84 manat məbləğində borcun məhkəmə qətnaməsinin olmasına baxmayaraq ödənilmədiyi halda cavabdehdən tutulmasıdır. Yəni, işin mübahisəsiz halı odur ki, əslində məhkəmə qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC arasında olan 118.567.84 manat borc məbləğinin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli zaminlik müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC- KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi üzrə yaranmış 118.567.84 manat məbləğində borc Maraqlı şəxs MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilməsinə baxmayaraq yenidən eyni əsasla artıq məhkəmə tərtəfindən də hazırda qanuni qüvəsini almış öhdəlik üzrə eyni pul məbləğinin yenidən digər məhkəmə qətnaməsi ilə tutulması üçün zaminlik müqaviləsi bağlanmışdır. Belə olan vəziyyətdə, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən tərəflər arasındakı hüquq münasibətinə əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsinin qaydaları tətbiq olunmalıdır. Yəni, hazırda məhkəm qətnaməsi üzrə iddiaçının cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC-dən tələb etdiyi pulun alınması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, artıq qanuni qüvvəsini allmış məhkəmə qətnaməsi üzrə borc tələbinin yenidən digər məhkəmə aktı əsasında cavabdehdən tutulması qanunvericiliyə zidd olmaqla ədalətli hesab oluna bilməz. Bundan başqa mülki-prosessual qanunvericilik məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Hazırki iddia təmin edilməli olmadığından iddia nümayəndəyə (vəkilə) çəkilmiş xərcin tələb edilməsi hissəsində də təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1493/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1493/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver