Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1496/2023 05.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkinFikrət oğlunun katibliyi ilə, İddiaçının İddiaçı ASC-nin nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 may 2022-ci il tarixli 02/02258 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3 000,00 (üç min) manat borcun və 50,00 (əlli) manat dövlət rüsumunun, cəmi 3050 (üç min əlli) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 27 may tarixli 02/02258 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Claas Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 5 000,00 (beş min) manat öhdəlikdən 2000 (iki min) manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hazırda 3000 (üç min) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin ounmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. Müqavilə üzrə ödəməli olduğu 5000 manatın 3000 manatını İddiaçı ASC-yə ödəməmişdir. Üzərinə düşən öhdəliyi tez bir zamanda icra edəcəyini və borcunu ödəyəcəyini bildirmişdir. İşin halları 27 may 2022-ci il tarixli 02/02258 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh Class Dominator-130 markalı taxılyığan kombayn lizinqə verilmişdir. 04 aprel 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 27 may 2022-ci il tarixli 02/02258 nömrəli müqavilə üzrə 3000 manat ödəniş edilmiş, 1750 manat ödənilməmiş borc yaranmışdır. xx.xx.2022-ci il tarixli AKT-dan görünür ki, Class Dominator-130 markalı taxılyığan kombayn Cavabdeh təhvil verilmişdir. Cavabdeh tərəfindən verilmiş 27 may 2022-ci il tarixli iltizamdan görünür ki, o, 27 may 2022-ci il tarixli 02/02258 nömrəli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü Class Dominator-130 markalı taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığın müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi, yaxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil vərməməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazılıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətdə gətirilməsi çəkilən xərcdən asılı olmayaraq 5000 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi tam öhdəsinə götürmüşdür. Texnika rayon bölməsinə qaytarılarkən tərtib edilmiş 02 avqust 2023-cü il tarixli, 02/02258 nömrəli aktdan görünür ki, İddiaçı ASC-nin Yevlax RN-nin istifadəsində olan Class Dominator-130 markalı taxılyığan kombayn nasaz vəziyyətdə mexanizator Cavabdeh tərəfindən Yevlax RN-nin təhbəri X1 təhvil verilmişdir. Cavabdeh tərəfindən verilmiş 27 may 2022-ci il tarixli iltizamdan görünür ki, o, mexanizator Cavabdeh müqavilə asasında (xx.xx.2022 tarixli 02/02258 nömrəli) saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombayna (Class Dominator 130 markalı, 15611701 sassi nömrəli, 960882 mühərrik nömrəli, buraxılış ili 2014) 2022-ci il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də, biçin zamanı Cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda qeyd etmişdir ki, biçin başlamazdan əvvəl taxılyığan kombaynı istifadə etməkdən bu və ya digər səbəbdən imtina edəcəyi və texnikanı Cəmiyyətin parkına geri qaytaracağı halda: kombaynı parka saz və dəst halda təhvil verəcəyini; kombaynın daşınması, cari texniki qulluq üçün çəkdiyi xərclərin, eləcə də tərəfindən ödənmiş digər xərclərin geri qaytarılması ilə bağlı tələb irəli sürməyəcəyini; müqavilə öhdəliyi üçün ödədiyi vəsaiti geri tələb etməməyi, həmin kombaynı başqa mexanizator istifadəyə götürəcəyi halda müqavilənin və ödənilmiş vəsaitin digər mexanizatorun adına keçirilməsinə etiraz etməməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC tərəfindən Şəki rayonu, Turan qəsəbəsi sakini Cavabdeh göndərilmiş 18 aprel 2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 2022-ci il 27 may tarixli 02/02258 nömreli operativ lizinq müqaviləsinə əsasən 1 eded Claas Dominator-130 markalı taxılyığan kombayn istifadəyə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinin şərtinə əsasən texnikadan istifadəyə görə müəyyən edilmiş 5 000,00 (beş min) manat məbləği ödəməli olduğunuz halda, həmin texnikanın istifadəsinə görə tərəfindən 2 000,00 (iki min) manat ödəniş edilmiş və İddiaçı ASC qarşısında ümumilikdə 3 000,00 (üç min) manat yerinə yetirilməmiş öhdəliyi qalmışdır. Onunla bağlanmış müqavilələrin 2.2.3cü maddəsinə görə texnikaların istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikaları qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğlərinin ödənilməsinə dair öhdəlik daşıyır. Bu baxımdan, öhdəliyi vaxtında icra etmədiyinə görə Mülki Məcəllənin 427.3 ve 445.2.1-ci maddələrinin tələbləri tərəfindən pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq, onunla bağlanmış müqavilə üzrə ümumilikde 3 000,00 (üç min) manat məbləğində vəsaiti qısa zaman ərzində İddiaçı ASC-yə ödəməyi tələb olnumuşdur. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 747.1-ci maddəsinə əsasən güzəştli lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinqalana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verəməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli 02/02258 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh 2 aylıq müddətə 01 iyun 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək 5000 manat ödəmək şərti ilə icarəyə Class Dominator-130 markalı taxılyığan kombayn verilmişdir. Lakin cavabeh Cavabdeh İddiaçı ASC qarşısında olan öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək ödəməli olduğu 5000 manatın 3000 manatını ödəməmişdir. Buna görə də İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli operativ lizinq müqaviləsi üzrə 3000 manat borc Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2022-ci il tarixli, 02/02258 nömrəli operativ lizinq müqaviləsi üzrə 3000 manat borc və 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1496/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1496/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver