Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1506/2023 21.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Maraqlı şəxslər Maraqlı şəxs1, X14 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçi “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi cavabdeh Şəki Regional Maraqlı şəxs2ndə Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətdə olan fərdi yaşayış evinin mərhum X1 miras qalmış ½ hissəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X12, anası X6 ilə 06 dekabr 1939-cu il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Onların birgə nikahından o, qardaşları Ələhməd, Yunus, Rafiq, bacıları Surə və Ruqiyyə olmaqla altı övladları olmuşdur. X22 1996-cı ildə anası Səyyarə xx.xx.2004-cü ildə, böyük qardaşı Əliəhməd 2021-ci ildə, digər qardaşı Rafiq xx.xx.2020-ci ildə, bacısı Surə 2019-cu ildə vəfat etmişlər. Atası öz sağlığında mülkiyyətində və hazırki mübahisə predmeti olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsini böyük qardaşı Ələhməd Yunusovun oğlu, yəni özünün nəvəsi olan İlham Yunusova bağışlamış və həmin bağışlama müqaviləsi əsasında evin ½ hissəsinin İlhamın qalan ½ hissəsinin isə atasının mülkiyyətində olması 09 aprel 1993-cü il tarixli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Digər qardaşları Yunus və Rafiq isə tamamilə başqa ünvanlarda yaşayır və özlərinə məxsus yaşayış evləri vardır. Atası vəfat etdikdə onun dəfn mərasimini o keçirmiş və həmin vaxtdan evin miras qalan ½ hissəsini o faktiki olaraq qəbul etmiş və hal-hazıradək ev onun tərəfindən idarə olunur. Hətta, atasının ölümündən sonra evi təmir etdirərək normal vəziyyətə gətirmişdir. Sözü gedən fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən faktiki olaraq qəbul edilməsini digər vərəsələr mübahisələndirmirlər. Belə ki, həmin yaşayış evindən başqa atasından iki yerdə olmaqla torpaq sahələri də miras qalmışdır, hansı ki, həmin torpaq sahələrindən biri qardaşı Yunus, digəri isə vəfat etmiş qardaşı Rafiq tərəfindən faktiki olaraq qəbul edilmişdir. Miras qalmış ½ hissədən ibarət ev onun tərəfindən faktiki qəbul edildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şəki Maraqlı şəxs2 notarius ofisinə müraciət etmişdir. Ona digər qardaşların torpaq sahəsini faktiki olaraq qəbul etdiyindən, hazırki qanunvericiliyin tələblərinə görə hesab olunur ki, onlar həmdə evə münasibətdə də mirası qəbul etmiş sayılırlar və belə olduğu təqdirdə hər üç (torpaq sahələri və evə) mirasdan üçünündə payı olmalıdır və hər üçünə hər üç mirasla bağlı birlikdə mülkiyyət hüququ verilə bildiyi izah edilmişdir. O buna da razı olmuş, lakin digər qardaşlar torpaq sahələri ilə bağlı sənədləri təqdim etməmişlər, yəni razılaşma əldə olunmamışdır. Vəkili vasitəsi ilə notariat ofisində sənədlər araşdırılmış və müəyyən olunmuşdur ki, atası 1996-cı ildə vəfat etmişdir. Həmin vaxt qüvvədə olan qanunvericiliyə görə mirası faktiki qəbul etmiş vərəsə ancaq qəbul etdiyi mirasa münasibətdə mirası qəbul etmiş sayılır. Yəni, mirasın bir hissəsinin qəbul edilməsi, harda olmasından asılı olmayaraq digər miras əmlaklara da şamil edilməsi xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin qəbul edilməsindən sonrakı dövrə aiddir. Bununla bağlı vəkili tərəfindən notariat ofisinə ərizə ilə müraciət olunmuşdur. Notariat ofisindən isə bildirilmişdir ki, notariat əmaliyyatları ancaq hazırki dövrdə qüvvədə olan qanunlarla tənzimlənir və ərizənin təmin olunmasının mümkün olmaması, miras şəriklərinin isə birgə olaraq hər iki əmlaka münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə razılığı olmaması əsası ilə notariat əməliyyatının aparılmasından imtina edilməsi və məhkəməyə müraciət olunmasına dair notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli X-N=1516 saylı qərar onlara təqdim edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, miras 1996-cı ildə açıldığından yəni xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş AR Mülki Məcəlləsinin qüvvəyə minməsindən əvvəl baş verdiyindən sözügedən məcəllə qüvvəyə minənədək qüvvədə olmuş mülki məcəllənin tələbləri hazırki mübahisələrə məhkəmə tərəfindən tətbiq edilməlidir. Maraqlı şəxs Şəki Regional Maraqlı şəxs2ndə Notariat Ofisinə və Cəfərova (Yunusova) Ruziye Sadəddin qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin Şəki Regional Maraqlı şəxs2ndə Notariat Ofisinin nümayəndəsi və Cəfərova (Yunusova) Ruziye Sadəddin qızı heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəm iclasında Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs1 Rfaiq oğlu, X14 və Maraqlı şəxs3 mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etirazları olmadığını bildirdilər. İşin halları Maraqlı şəxs1 Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etdiyi 31 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Ərizəçi mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı tələbinə dair ərizəsi əsasında açılmış 2(075)-1506/2023 nömrəli məhkəmə işi ilə əlaqədar bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən X7 məxsus 1/2 hissəsinin Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir. Gələcəkdə bununla əlaqədar hər-hansı bir şikayət və tələbi yoxdur. X2 Qax rayon notariat ofisinə müraciət etdiyi 13 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, 19 aprel 1996-cı il tarixdə vəfat etmiş X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayraq mirasın ona çatası hissəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişdir. X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın ona çatası pay hissəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. Şəki şəhər “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 105 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, X4 X8, Maraqlı şəxs3, Ərizəçi, X13, Abdullayeva (Yunusova) Surə Sadəddin qızı və Cəfərova (Yunusova) Ruziyə Sadəddin qızı adlı vərəsələri qalmışdır. Şəki şəhər “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, 54 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan Ərizəçi, atası X4 ölüm gününə qədər onunla birgə yaşamış, atasının 19 aprel 1996-cı il tarixdə vəfatından sonra dəfn xərclərini özü çəkmiş, atasından miras qalmış miras əmlakını faktiki olaraq qəbul etmiş, evə aid işıq, qaz, su və digər kommunal və təmir xərclərini özü ödəyir və halhazırda da həmin evdə yaşayır. Şəki regional Maraqlı şəxs2ndə notariat ofisinin “notariat hərəkətinin aparılmasından imtina haqqında” 29 aprel 2023-cü il tarixli, 1516 nömrəli qərardan görünür ki, Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Təcili və X11 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X13 18 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Şəki VVADQ tərəfindən verilmiş 15 fevral 2006-ci il tarixli, 460401 saylı arayışdan görünür ki, X12 19 aprel 1996-cı il tarixdə, Şəki şəhərində ölmüşdür. Ölüm səbəbi ürək damat çatmamazlığıdır. Şəki şəhər “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli aktdan görünür ki, Şəki şəhəri, keçmiş S.M.Əfəndiyev, indiki İ.Nəbiyev küçəsi, ev 2 saylı X7 məxsus fərdi yaşayış evini bütün təmiri və xərclərini Yunusov Sadəddin vəfat etdikdən sonra oğlu Ərizəçi qarşılamışdır və Həsənov Elşad və Səlimov Elxan usta qismində evin təmirində və bərpasında iştirak etmişlər. Aktın doğruluğunu X9, X15, Ərizəçi və X5 öz imzaları ilə təsdiq etmişlər. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 3, ev 2 (yeni qaydalarla: AZ5500, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 89.9 kv.m olan fərdi yaşayş evi və onun yerləşdiyi 0.0588 ha torpaq sahəsi X12 və X10 paylı mülkiyyətlərindədir və torpaq sahəsi üzərində hüquq xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Ərizəçi xx.xx.2022-cı il tarixli ********** nömrəli ərizəsinə və xx.xx.2022-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən onun paylı mülkiyyətində (icarəsində, istifadəsində) olan Fərdi yaşayış evinin qiymətləndirilməsi işi aparılmışdır. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 89.9 kv.m olan fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə bazar qiyməti 41500 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını, şahidin ifadəsini dinləyib, məhkəmə belə bir nəticəyə gəlir ki, iddia əsaslıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Şəki şəhəri, İzzət Nəbiyev küçəsi, dalan 3, ev 2 (yeni qaydalarla: AZ5500, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 89.9 kv.m olan fərdi yaşayş evi və onun yerləşdiyi 0.0588 ha torpaq sahəsi X12 və X10 paylı mülkiyyətlərindədir. Mülkiyyətçilərdən X12 isə 19 aprel 1996-cı il tarixdə vəfat etmiş və ölümündən sonra X8, Maraqlı şəxs3, Ərizəçi, X13, Abdullayeva (Yunusova) Surə Sadəddin qızı və Cəfərova (Yunusova) Ruziyə Sadəddin qızı vərəsələr olaraq qalmışlar. İddiaçı Ərizəçi atasının vəfatından sonra həmin fərdi yaşayış evə və torpaq sahəsinə sahiblik etmiş və idarə etmişdir. Bununla da atasından qalmış miras əmlakı qəbul etmişdir. İddiaçı Ərizəçi atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməsi nəzərə alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etdiyini, lakin hüquqi məlumatsızlığı səbəbindən vaxtında müraciət etməməsi nəzərə alınaraq müraciətindən imtina edildiyini göstərmiş, məhkəmədə qaldırdığı iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoymuş şəxslərdən X8, X13 və Abdullayeva (Yunusova) Surə Sadəddin qızı ölmüş, digər vərəsələrdən Cəfərova (Yunusova) Ruziyə Sadəddin qızı və Maraqlı şəxs1 isə miras əmlakdan onlara düşən payı qəbul etməkdən imtina etmişlər, Maraqlı şəxs3 Şükür oğlu isə məhkəmə iclasında mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etirazı olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı atasından qalmış miras əmlakda yaşamaqla mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, miras əmlakdan istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, hüquqi məlumatsızlığından notariat kontoruna vaxtında müraciət etməmişdir. Bununla da iddiaçı atasından qalmış mirası qəbul etmiş sayılsa da, o, həmin əmlakın adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə, tərəflərin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapır. Buna görə də məhkəmə iddiaçının atasından qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzürlü hal kimi qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi tərəfindən ünvan 1 ünvanda yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” əsasında mülkiyyətdə olan fərdi yaşayış evinin mərhum X1 miras qalmış ½ hissəsinin qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən ünvan 7 ünvanda yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” əsasında mülkiyyətdə olan fərdi yaşayış evinin mərhum X1 miras qalmış ½ hissəsinin qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1506/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1506/2023
21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver