Məhkəmə qərarları › İş №e-2(075)-1510/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1510/2022

28.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1510/2022 28.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “vəzifəsində çalışdığı dövr ərzində görülən işlərin təhvil-təslimi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı BOKT MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT MMC-də Baş mühasib vəzifəsində çalışdığı dövr ərzində vəzifə səlahiyyətlərini yerinə yetirərkən görülən işlərin digər əməkdaşa təhvil-təslim olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göründüyü kimi İddiaçı BOKT MMC tələbi Cavabdeh İddiaçı BOKT MMC-də baş mühasib vəzifəsində çalışdığı dövr ərzində vəzifə səlahiyyətlərini yerinə yetirərkən görülən işlərin digər əməkdaşa təhvil-təslim olunmasından ibarətir. Məhkəmə qeyd edir ki, hüquqi nəzəriyyəsinə görə hüquqi məsuliyyətin 3 növü fərqləndirilir. 1) intizam məsuliyyəti, 2) inzibati məsuliyyət və 3) cinayət məsuliyyəti. İddia ərizəsindən aydın olur ki, Cavabdeh İddiaçı BOKT MMC-də baş mühasib vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçı qeyd edilən cavabdehi işdən çıxarmamış vəzifə səlahiyyətlərini yerinə yetirərkən görülən işlərin digər əməkdaşa təhvil-təslim ilə bağlı onu intizam məsuliyyətinə cəlb edə bilərdi. Lakin artıq iddiaçı 16 iyul 2021-ci il tarixli, 124 nömrəli əmrə əsasən Cavabdeh tutuduğu vəzifəsindən azad etmişdir. Belə olan halda iddiaçı digər iki məsuliyyət növü üzrə cavabdeh barəsində müvafiq tədbir görülməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının tələbi aydın və dəqiq deyil. Belə ki, görülən işlərin digər əməkdaşa təhvil-təslim edilməsi dedikdə “digər əməkdaşın” kim olması qeyri-müəyyəndir. Bütün bunlara görə də məhkəmə belə hesab edir ki, iddiaçının hazırki tələbinə Şəki Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılması yorverilməzdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı BOKT İddiaçı MMC-nə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “vəzifəsində çalışdığı dövr ərzində görülən işlərin təhvil-təslimi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı BOKT İddiaçı MMC-nə qaytarılsın Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar