Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1518/2022 21.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1 Törəmə ASC-nə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, X23 Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Musayevin 06 aprel 2022-ci il tarixi, 09 K nömrəli əmrini ləğv edib, onun X23 ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, cavabdeh, X23 Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Musayevin 06 aprel 2022-ci il tarixi, 09 K nömrəli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ƏM-nin 72-ci maddəsinin "xxxx" bəndinə müvafiq olaraq xitam verilmiş, bununla da o X23 ASC-də tutduğu “Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə mühəndis qrup rəhbəri” vəzifəsindən azad edilmişdir. Göstərmişdir ki, o, ilkin olaraq 08 Aprel 2022-ci il tarixində X13 Xidmətinə işə bərpa olunmağı ilə bağlı mürəciət etmişdir. Müraciəti ilə bağlı 05 May 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, onun əmək müqaviləsinə xitam verilməsi zamanı X23 ASC-nin direktoru X29 Məcəlləsinin 165-ci maddəsinin tələblərini pozaraq 2022-ci il Yanvar ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edildiyi 9 saata, mart ayında isə 2 saata görə əlavə əmək haqqının son haqq hesabı düzgün hesablanıb ödənilməsini təmin etməmişdir. Buna görə də ona əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bildirmişdir ki, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmişdir. Lakin mediasiya prosesində cavabdehin nümayəndəsi onun işə bərpa olunması ilə əlaqədar razılığa gəlmədiyi üçün ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək mümkün olmamış və ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Göstərmişdir ki, işdən azad edilməyinə dair əmr qanunsuz və əsassızdır. Belə ki, o, 08 oktyabr 2019-cu il tarixi, 76 K nömrəli əmrlə X23 ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. X24 Cəmiyyətinin müvafiq əmrinə əsasən struktur dəyişikliyi səbəbindən həmin müqaviləyə 01 Aprel 2021-ci il tarixində X23 ASC-nin direktoru Vüqar Musayevin 24 K nömrəli əmri ilə 69-cu maddənin 3-cü bəndinə əsasən xitam verilmişdir. X24 Cəmiyyətinin X18 İdarəsinin direktoru Eyvaz Hüseyinovun 02 Aprel 2021-ci il tarixli, 206 K nömrəli əmri ilə Fakturalamanın İcra Şöbəsinə Şəki Sukanal sahəsi üzrə Mühəndis Qrup rəhbəri vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. X24 Cəmiyyətinin müvafiq əmrinə əsasən yenidən struktur dəyişikliyi səbəbindən həmin müqaviləyə 18 Noyabr 2021-ci il tarixində X18 İdarəsinin direktoru Eyvaz Hüseyinovun 1124 K nömrəli əmri ilə 69-cu maddənin 3-cü bəndinə əsasən xitam verilmiş və 19 noyabr 2021-ci il tarixində 76 K nömrəli əmrlə X23 ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədə bir ay sınaq müddəti şərti qeyd edilmişdir. Sınaq müddəti ərzində ona 186-cı maddənin 3-cü hissəsinə əsasən X25 ASC-nin direktoru Vüqar Musayev tərəfindən Fakturalama əməliyyatlarının hər ayın 20-i tarixində tamamlanmasına dair 30 noyabr 2021-ci il tarixli, 88 saylı “intizam məsuliyyəti haqqında” xəbərdarlıq əmri verilmişdir. Lakin “intizam məsuliyyəti haqqında” xəbərdarlıq işçiyə sınaq müddətindən sonra Əmək və İcra intizamının pozulması zamanı verilə bilər. Bu halda o, öz əmək funksiyasını fakturalama əməliyyatlarını qanunvericiliyin tələblərinə uyğun olaraq bir ay ərzində yerinə yetirdiyinə görə heç bir Əmək və icra intizamının pozuntusuna yol verməmişdir. Verilmiş xəbərdarlıq əsassız olmuşdur. 10 Yanvar 2022-ci il tarixində X23 ASC-nin direktoru Vüqar Musayev tərəfindən ona və qrupun nəzarətçisi Elgün Sadıqova iş vaxtından sonra olan hadisəyə görə 186-cı maddənin 2-ci hissəsinə uyğun olaraq “intizam tənbehi haqqında” 02 saylı əmrlə töhmət verilmişdir. Bildirmişdir ki, qeyri iş saatlarında, istirahət və bayram günlərində Fakturalama qrupuna sayğacları oxuma əməliyyatlarını icra etmək tapşırığı idarə rəisi Vüqar Musayev və Abonentlərlə iş şöbəsinin rəisi Teymur Həmidov tərəfindən verilmişdir. İşə götürən X20 Məcəlləsinin 89-cu maddəsinin 1-ci və 3-cü maddələrinin tələblərinə uyğun olmayan, bağlanılmış müqavilənin 4.19-cu bəndinə zidd olaraq şənbə günü iş vaxtı 15:00-da bitdikdən sonra 17:00-da olan hadisəyə görə habelə 165-ci maddənin 1-ci hissəsinin pozulması ilə nəticələnən və iş vaxtından artıq görülən işə görə heç bir əmək haqqı ödənilmədən əsassız qaydada ona töhmət vermişdir. 01 mart 2022-ci il tarixində X23 ASC-nin direktoru Vüqar Musayev tərəfindən ona 186-cı maddənin 2-ci hissəsinə uyğun olaraq “intizam tənbehi haqqında” 32 saylı əmrlə şiddətli töhmət verilmişdir. Göstərmişdir ki, podratçı təşkilat tərəfindən beş ildən çoxdur ki, Şəki şəhərinin su və kanalizasiya şəbəkəsində yenilənmə və sayğaclaşma işləri aparılır. Su və kanalizasiya xəttlərinə yeni qoşulmuş abonentlərin Fakturalama qrupu tərəfindən qeydiyyata alınıb müvafiq iş əmrləri yaradılaraq sistemə yerləşdirilməsi üçün 2021-ci ildə İdarə rəisi Vüqar Musayev tərəfindən Birləşmiş MMC-nin X14 məktub ünvanlanmışdır. Həmin məktubun bir nüsxəsi ona göndərilmişdir. Həmin məktubun məzmununa uyğun olaraq İdarə rəisi Vüqar Musayevin və Fakturalamanın icrası şöbəsinin rəhbərliyinin tələblərinə görə sistem üzrə digər işləri olmadığından istifadəsi olan və olmayan abonentləri qeydiyyata almaq üçün 203 (qanunsuz istifadə haqqında məlumatın verilməsi) saylı iş əmrindən mütəmadi istifadə olunmuşdur. Vüqar Musayev tərəfindən 2022-ci ilin fevtral ayında ərazi üzrə yoxlamalar zamanı qeydiyyata alınmamış istifadəsi olmayan abonentlərə 203 iş əmrinin fakturalama qrupu tərəfindən təyin olunması aşkarlanmışdır və bu hal nöqsan kimi qiymətləndirilmişdir. Oxuma kodlarının və iş əmrlərinin onun tərəfindən nəzarətçilərə səhv tapşırıqlar verilməsi kimi qiymətləndirilərək ona şiddətli töhmət vermişdir. Cavabdeh2 ASC-nin xeyrinə qeyriqanuni halların tez bir zamanda aşkarlanması və göndərilmiş məktubun tələblərinin yerinə yetirilməsi üçün müvafiq iş əmrlərinin yaradılmasını nöqsan kimi qiymətləndirilərək Vüqar Musayev tərəfindən verilmiş şiddətli töhməti əsassızdır. 04 Aprel 2022-ci il tarixində İdarə rəisi Vüqar Musayevin müvafiq məktubuna əsasən Cavabdeh1 Törəmə ASC-nin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması üçün qərar qəbul olunmuşdur. Bildirmişdir ki, işçi tərəfindən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdikdə, əmək funksiyasını yerinə yetirmədikdə 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış müqaviləyə ƏM-nin 72-ci maddəsinin "xxxx" bəndinə müvafiq olaraq xitam verilir. Lakin o, iş vaxtı ərzində inzibati xəta və ya cinayət törətməmişdir. İşdə heç bir nöqsana yol verməmiş və nümunəvi işçi olmuşdur. Bildirmişdir ki, o, həqiqətən də qanunsuz və əsasız olaraq işdən çıxarılmışdır. Bunula belə öz vəzifə borcu ilə yanaşı işçi çatışmadığından əlavə bir nəzarətçinin vəzifə borcunu yerinə yetirərək ərazidə qeyri əhali abonentlərini də oxumuşdur. Öz işinə məsuliyyətlə dəqiq şəkildə yanaşmışdır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. O, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı müddəalarını qəbul etmədiyini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ASC "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı Cavabdeh1 Törəmə ASC-nə qarşı hazırki iddia ərizəsi ilə müraciət edərək cavabdeh, X23 Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Musayevin 06 aprel 2022-ci il tarixli, 09 K nömrəli əmrini ləğv edib X23 ASC-nin Abonentlərlə iş şöbəsinin Fakturalama qrupu üzrə Mühəndis Qrup rəhbəri vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini qanunsuz və əssasız hesab edirlər. Belə ki, İddiaçı 08 oktyabr 2019-cu il tarixli, 76 k saylı əmri ilə Cavabdeh1 Törəmə ASC-nin Abonentlərlə İş şöbəsinin Fakturəlama qrupu üzrə Mühəndis Qrup rəhbəri vəzifəsinə təyin olunmuş və onunla 21 saylı əmək müqaviləsi bağlanmışdır. “Azərsu" ASC-nin müvafiq əmrinə əsasən struktur dəyişikliyi səbəbindən həmin müqaviləyə 01 aprel 2021-ci il tarixində 24K saylı əmri ilə əmək müqaviləsinə xitam verilmiş, ASC-nin X18 İdarəsinin 02 aprel 2021-ci il tarixli, 206 K saylı əmri ilə o Fakturalamanın İcra Şöbəsinin Cavabdeh1 Törəmə ASC-nin mühəndis qrup rəhbəri vəzifəsinə təyin olunmuş, onunla əmək müqaviləsi bağlanmışdır. ASC-nin 19 noyabr 2021-ci il tarixli, 76K saylı əmri ilə Cavabdeh1 Törəmə ASC-nin Abonentlərlə iş şöbəsinin Fakturalama qrupu üzrə Mühəndis Qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur. İddiaçı Cavabdeh1 Törəmə ASC-nin 06 aprel 2022-ci il tarixli, 09 K saylı əmrinə əsasən, Əmək Məcəlləsinin 70-ci “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı əmək kitabçasını, əmrin surətini, sonuncu haqq hesabını elə həmin gün əldə etmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, İddiaçı işində yol verdiyi nöqsanlara, əmək funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Bunlardan nəticə çıxarmamasına görə işçinin işdən azad olunması barədə Həmkarlar İttifaqına müraciət olunmuşdur. Həmkarlar İttifaqının 13 saylı protokulana əsasən, işçinin özü dinlənilmiş və nəticədə baş verən nöqsanlar öz təsdiqini tapmışdır. Əmək qanunvericiliyinin prossesual qaydalarına əməl olunaraq işçi işdən azad olunmuşdur. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir. Göstərmişdir ki, rəsmi sənədlərdən məlum olur ki, İddiaçı iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Belə ki, iddiaçı aprel ayında işdən azad olunmasına baxmayaraq iyun ayında məhkəməyə müraciət etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutlara məcmuu halda hüquqi qiymət verərək hesab edir ki, iddia müddətinin keçməsi ilə əlaqədar iddia təmin edilməməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 Törəmə ASC-nin direktoru Vüqar Musayev tərəfindən qəbul edilmiş 06 aprel 2022-ci il tarixli, 09-K saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, Fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 Törəmə ASC-nin HİK-nin sədri Sevil Çələbiyevanın 05 aprel 2022-ci il tarixli, 02 saylı məktubunun təsdiq edilmiş surətində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 02/01/6-01/7-06-100 saylı məktub Həmkarlar İttifaqı Komitəsinə daxil olmuş və tərəflərindən araşdırılaraq, rəyasət heyətinin müzakirəsinə çıxarılmışdır. Araşdırma zamanı məktuba əlavə olunmuş xidməti məlumatlarda göstərilən nöqsanlar öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq aidiyyəti üzrə işçilər HİK-ə dəvət olunmuş və bu məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 Törəmə ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 04 mart 2022-ci il tarixli, 13 saylı protokolunun təsdiq edilmiş surətindən görünür ki, Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun su kəmərində nəzarətçisi X8 öz xahişi ilə işinin dəyişdirilməsinə müsbət rəy verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi nəzərə alınmaqla abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı işdən azad olunmasına etiraz edilməmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 06 aprel 2022-ci il tarixli, xxxxxxx0004X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 Törəmə ASC-nin direktoru Vüqar Musayevin 30 noyabr 2021-ci il tarixli, 88 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Törəmə ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı, su kəməri təsərrüfatında nəzarətçiləri X9, X2, X6, X5 şöbə rəisi X7 xx.xx.2021-ci il tarixli 94 nömrəli Xidmət məlumatını nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsi, 186-cı maddəsi, 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 25 noyabr 2021-ci il tarixli xidməti məlumatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Törəmə ASC-nin fakturalama şöbəsinin nəzarətçiləri işlərinə laqeyd yanaşmış, qoyulan öhdəliyi vaxtında oxunmanı etməmişlər. Bu da yığım planının vaxtında yığılmasına mane yaratmışdır. Ay sonunda hesab-faktura, bildiriş olan abonent nə vaxt pul keçirə bilər. Bildirişin gec vurulması, oxunmanın gecikməsi debitor yaranmasına səbəb olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 Törəmə ASC-nin direktoru Vüqar Musayevin 10 yanvar 2022-ci il tarixli, 02 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı su kəməri təsərrüfatında nəzarətçisi X15 icra intizamını pozaraq işlərinə məsuliyyətsiz yanaşdıqlarına eləcə də, onlara verilmiş intizam məsuliyyətinin qüvvədə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsi, 186-cı maddəsi 2 hissəsinin “A” bəndinə əsasən (əmək və icra intizamının pozuımasına görə) töhmət verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli xidməti məlumatın təsdiq edilmiş surətindən görünür ki, baş mühəndis Rövşən Əzizov xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Şəki şəhəri, M.Müşviq küçəsində çayxanada olan zaman qabağında oxuyanaparatı olmuşdur. X11 zəng edərək komputer vasitəsilə yoxladarkən həmin dəqiqədə abonent oxunması aşkar olunmuşdur. Səbuhi Əhmədov nəzarətçi ilə telefon əlaqəsi saxlamış və yaşayış olmayan abonentin oxuduğunu bildirmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş vətəndaş X12 tərəindən Cavabdeh1 Törəmə ASC-nin direktoru Vüqar Musayevə ünvanlanmış şikayət məktubunda qeyd edilmişdir ki, X12 4 gün qabaq evinin qapısının yanında dayanan zaman iki nəfər şəxsin evinin önündəki ona məxsus olan “Nur” gözəllik salonunun qapısını itələdiyini görmüşdür. Yaxınlaşaraq nə istədiklərini soruşmuşdur. Gələnlərdən Ramiz müəllimi tanımışdır. O, biri ondan sudan istifadə edib etmədiyini soruşmuşdur. O, bu şəxsin kim olduğunu soruşduqda həmin şəxs ona oxumanın rəisi olduğunu demişdir. O, salonun işləmədiyini və hal-hazırda işçi axtardığını bildirmişdir. Həmin şəxs isə onun sudan qeyri-qanuni istifadə etməsini bildirmişdir. O isə yenə salonun işləmədiyini dedikdə ona qarşı kobudluq etmişdir. O, İ Qarabağ Müharibəsi əlili olduğunu dedikdə həmin şəxs ona “mən əlil zad hərləşdirmirəm” demişdir. O isə həmin şəxsə “sənin böyüklərinin yanına məsələni aydınlaşdırmaq üçün gələcəyəm” dedikdə həmin şəxs ona “mən heç kim hərləşdirmirəm” demişdir. O, müharibə əlili olduğu üçün daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Dava dərmanla yaşayır. Hər iki əli və ayağı amputasiya olunmuşdur. Həmin gün o, çox pis vəziyyətə düşmüşdür. Hələ də özünə gələ bilmir. Ona görə də bu məsələ ilə bağlı həmin işçinin barəsində lazımi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 Törəmə ASC-nin direktoru Vüqar Musayevin 01 mart 2022-ci il tarixli, 32 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, rəhbəri olduğu qrup işçilərinin oxuma kodlarından düzgün istifadə edilməməsini, eləcə də, verilmiş töhmət intizam tənbehi əmrinin qüvvədə olduğunu nəzərə alaraq Cavabdeh1 Törəmə ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi, 2 hissəsinin “B” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli xidməti məlumatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Törəmə ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu iş əmrlərini düzgün icra etməmiş, (41 saylı iş əmri) tarif fərqi əvəzinə (203 saylı iş əmri) dən istifadə edərək qanunsuz istifadə vurmuşlar. Bu da abonentlərin haqlı narazılığına səbəb olmuşdur. Belə ki, ev sayğaclarından istifadə edirlər. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 fevral 2022-ci il tarixli xidməti məlumatın təsdiq edilmiş surətindən görünür ki, fakturalama qrupu oxuyucuları iş əmrlərindən düzgün istifadə etmirlər. Belə ki, qeyri-əhali kimi öz evlərinin su sayğaclarından istifadə edən (əhali sayğacından) obyektlərinə su verirlər və buda 41 saylı iş əmrinə uyğundur. 41 saylı iş əmri (tarif fərqi) əvəzinə 203 saylı iş əmri (qeyri qanuni istifadə) icra edib vururlar. Bu da abonentlərin haqlı narazılığına səbəb olur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh2 ASC-nin sədr müavini Köçərli Həsənovun 17 fevral 2022-ci il tarixli, 73 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Törəmə ASC-nin direktoru Vüqar Musayevə və "xxxx" Törəmə ASC-nin direktoru X3 Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən töhmət verilmiş, Cavabdeh2 ASC-nin "xxxx" MMC-nin direktoruna (Tural Abbasov) Cavabdeh1 Törəmə ASC-nin Abonentlərlə iş şöbəsinin rəisi Teymur Həmidov və "xxxx" Törəmə ASC-nin Abonentlərlə iş şöbəsinin rəisi Vüsal Əsgərov badəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi tətbiq edilməsi tapşırılmış, "xxxx" Törəmə ASC-nin direktoruna (Vüqar Musayev) nəzarətçilər Müslüm Kərimov, Ayaz Əndəlifov və Elgün Sadıqovun izahatlarının alınması və nəticəsinə uyğun olaraq zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmış, "xxxx" Törəmə ASC-nin direktoruna (Şöhrəddin Verdiyevə) nəzarətçilər Zəki Məmmədov, Cumalı Quluzadə, Orxan Məmmədov, Vüsal Əmiraslanov və Səyyaf Ələkbərovun izahatlarının alınması və nəticəsinə uyğun olaraq zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. "xxxx" MMC-nin direktoruna (Tural Abbasov), Cavabdeh1 Törəmə ASC-nin direktoruna (Vüqar Musayev) və "xxxx" Törəmə ASC-nin direktoruna (Şöhrəddin Verdiyevə) görülmüş tədbirlərlə bağlı müvafiq təsdiqedici sənədlərin qısa müddət ərzində cəmiyyətin Hüquq departamentinə təqdim etmələri tapşırılmış, işlər idarəsinin icraya nəzarət kargüzərlıq ve arxiv şöbəsinə (S.Qurbanova) əmrin surətinin cəmiyyətin aidiyəti struktur bölmələrinə, idarə, müəssisə və təşkilatlarına çatdırılmasının təmin edilməsi tapşırılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş X13 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, **********9 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 X27 Cəmiyyətindən daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 19 noyabr 2021ci il tarixli, 76-k saylı əmrlə mühəndis-qrup rəhbəri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada müddətli əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı qanunsuz olaraq işdən azad edilməyi iddiası ilə bağlı daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, işində yol verdiyi nöqsanlara görə İddiaçı müəssisə üzrə verilmiş xx.xx.2021ci il tarixli, 88 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun olaraq xəbərdarlıq, 10 yanvar 2022-ci il tarixli, 02 nömrəli əmrlə intizam tənbehi olaraq “töhmət” və 01 mart 2022-ci il tarixli, 32 nömrəli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Eyni zamanda İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə razılıq verilməsi üçün müəssisədə fəaliyyət göstərən X4 müraciət edilmişdir. Həmin müraciətlə bağlı Cavabdeh1 X27 Cəmiyyətinin Həmkarlar İttifaqı təşkilatında iddiaçının iştirakı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmkarlar İttifaqı təşkilatının xx.xx.2022-ci il tarixli qərarı əsas götürülərək müəssisə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 09-k saylı əmrlə sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 06 aprel 2022-ci il tarixdən xitam verilmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdən azad edilərkən İddiaçı 2022-ci ilin aprel ayında işlədiyi günlərə görə hesablanmış əmək haqqı və istifadə edilməmiş 11 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi də daxil olmaqla cəmi 372.69 manat son haqq-hesab hesablanaraq xx.xx.2022-ci il tarixdə də bankda olan əmək haqqı hesabınıza köçürülmüşdür. İddiaçı aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi iddiası ilə bağlı müəssisə tərəfindən təqdim olunmuş iş vaxtının uçotu tabellərinə və əmək haqqı hesablanılması cədvəllərinə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinin tələbi pozularaq 2022ci ilin yanvar ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi 9 saata və mart ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi 2 saata görə əlavə əmək haqqı hesablanıb ödənilməmişdir. Ona görə də tərəflərindən Cavabdeh1 X27 Cəmiyyətinin direktoru X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müvainət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tələbinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda aylıq iş vaxtı normasından artıq işə cəlb edildiyi saatlara görə əlavə əmək haqqının qanunamüvafiq qaydada hesablanaraq ödənilməsini təmin edərək nəticəsi barədə X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə məlumat verilməsi üçün Cavabdeh1 X27 Cəmiyyətinə 28 aprel 2022-ci il tarixli **********2 saylı rəsmi göstəriş məktubu göndərilmişdir. Cavabdeh1 X27 Cəmiyyəti rəhəbrliyi tərəfindən verilmiş töhmət və şiddətli töhmətlə bağlı müvafiq məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh1 Törəmə ASC-nin direktoru Vüqar Musayevin 11 fevral 2022-ci il tarixli, 01/01/6-01/7-06-49 saylı məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh2 ASC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 X27 Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində bitir. Həmin tarix qeyri-iş gününə düşdüyü üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü hissəsinə və 73-cü maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləcəkdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh2 ASC-nin işlər idarəsinin rəisi Möhsün Quliyevin 25 aprel 2022-ci il tarixli, 01/1/01-1/1/5861 saylı məktubundan görünür ki, müraciət əsasında aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 TSC-nin Abonentlərlə iş şöbəsinin Mühəndis-qrup rəhbəri işlədiyi zaman xidməti ərazilərində aparılan yoxlamalar zamanı müvafiq qanun pozuntuları aşkarlanmışdır. Bildirmişdir ki, qeyd olunanları və işdə yol verilmiş digər nöqsanlar nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 noyabr 2021-ci il tarixli, 21 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 Törəmə ASC-nin direktoru X16 arasında bağlanmış əmək müqaviləsinə əsasən Məmmədov X1 iş şöbəsi Fakturalama qrupuna 10-cu dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə işə təyin olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh1 Törəmə ASC-nin direktoru Vüqar Musayev tərəfindən qəbul edilmiş 23 may 2022-ci il tarixli, 63 saylı əmrdən görünür ki, Cavabdeh1 Törəmə ASC-nin xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş Abunentlərlə iş şöbəsinin Fakturalama qrupunun mühəndis-qrup rəhbəri İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 dekabr 2021-ci il tarixli **********4 nömrəli qərarı ilə 2022-ci il üçün təsdiq edilmiş iş vaxtı norması və istehsalat təqvimindəki illik normaya görə iş rejimi altıgünlük olduğunu nəzərə alaraq ona 2022-ci ilin yanvar ayı üzrə 9 saat və mart ayı üzrə 2 saat aylıq iş vaxtı normasından artıq işlənmiş saatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi təmin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 aprel 2022-ci il tarixli, 112 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 Törəmə ASC tərəfindən AZ37NABZ******************** saylı müxbir hesaba 372,69 manat pul vəsaiti köçürülmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 may 2022-ci il tarixli, 179 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 Törəmə ASC tərəfindən AZ37NABZ******************** saylı müxbir hesaba 110,21 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş hesblama cədvəlindən görünür ki, İddiaçı iş vaxtından artıq vaxtda görülən işə görə Cavabdeh2 ASC tərəfindən cəmi 110,21 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı əmək haqqı gəlirləri barədə son haqq-hesab barədə cədvəldən görünür ki, İddiaçı 2021 və 2022-ci illərdə hesabanmış vəzifə maaşı haqqında məlumat (aylar və illər göstərilməklə) aşağıdakı kimidir. Ay və il Əmək İndeks İndeksləşmiş Əlavə Cəmi Haqqı əmək haqqı ödəmələr 1 Aprel 2021 0 1,1628 0 0 0 2 May 2021 0 1,1628 0 0 0 3 İyun 2021 0 1,1628 0 0 0 4 İyul 2021 0 1,1628 0 0 0 5 Avqust 2021 0 1,1628 0 0 0 6 Sentyabr 2021 0 1,1628 0 0 0 7 Oktyabr 2021 0 1,1628 0 0 0 8 Noyabr 2021 0 1,1628 0 0 0 9 Dekabr 2021 645 1,1628 750,01 0 750,01 10 Yanvar 2022 750 1 750 0 750 11 Fevral 2022 750 1 750 0 750 12 Mart 2022 750 1 750 0 750 Cəmi : X 2.895 X 3000,01 0 3000,01 İş materiallarına əlavə edilmiş hesblama cədvəlindən görünür ki, İddiaçı Cavabdeh2 ASC tərəfindən 5 gün, 33 saat müddətinə 143,90 manat olmaqla vəzifə maaşı və iş vaxtından artıq vaxtda görülən işə görə 271,37 manat olmaqla cəmi 372,69 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 19 noyabr 2021-ci il tarixli, 76-k saylı əmrlə Cavabdeh2 ASC "xxxx" MMC-nin Cavabdeh1 Törəmə ASC-də mühəndis-qrup rəhbəri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada müddətli əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşində yol verdiyi nöqsanlara görə iddiaçıya müəssisə üzrə verilmiş xx.xx.2021ci il tarixli, 88 nömrəli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun olaraq xəbərdarlıq, 10 yanvar 2022-ci il tarixli, 02 nömrəli əmrlə intizam tənbehi olaraq “töhmət” və 01 mart 2022-ci il tarixli, 32 nömrəli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Bundan başqa iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə razılıq verilməsi üçün müəssisədə fəaliyyət göstərən X4 müraciət edilmişdir. Həmin müraciətlə bağlı Cavabdeh1 Törəmə ASC-nin Həmkarlar İttifaqı təşkilatında iddiaçının iştirakı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmkarlar İttifaqı təşkilatının xx.xx.2022-ci il tarixli qərarı əsas götürülərək müəssisə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 09-k saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 06 aprel 2022-ci il tarixdən xitam verilmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdən azad edilərkən iddiaçıya 2022-ci ilin aprel ayında işlədiyi günlərə görə hesablanmış əmək haqqı və istifadə edilməmiş 11 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi də daxil olmaqla cəmi 372.69 manat son haqq-hesab hesablanaraq elə xx.xx.2022-ci il tarixdə onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür. Lakin iddiaçıya Əmək Məcəlləsinin 165-ci maddəsinin tələbi pozularaq 2022-ci ilin yanvar ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi 9 saata görə və mart ayında aylıq iş vaxtı normasından artıq işə cəlb edilməsi 2 saata görə əlavə əmək haqqı hesablanıb ödənilməmişdir. Ona görə də Cavabdeh1 Törəmə ASC-nin direktoru X16 barəsində İXM-nin 192.4 maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin Cavabdeh1 Törəmə ASC-nin xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş Abunentlərlə iş şöbəsinin Fakturalama qrupunun mühəndisqrup rəhbəri olan iddiaçıya 2022-ci ilin yanvar ayı üzrə 9 saat və mart ayı üzrə 2 saat aylıq iş vaxtı normasından artıq işlənmiş saatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi təmin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyə müraciət etməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsini, işə mahiyyəti üzrə baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək həmin ərizəsində iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquq qiymət verərək hesab edir ki, iddaia tələbi üzrə iddia müddəti ötdüyündən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən üququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı onun işdən çıxarılmasını 04 aprel 2022-ci il tarixdə, ən dəqiqi isə 06 aprel 2022-ci il tarixdə bilməklə əmək hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, hüquqlarının pozulmasını xx.xx.2022-ci il tarixdə bilməsinə baxmayaraq öz hüquqlarının bərpa edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda o, məhkəməyə xx.xx.2022-ci il tarixədək müraciət etməli olduğu halda həmin 1 aylıq müddəti ötürməklə 1 ay 23 gün sonra, yəni 29 iyun 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi cavabdeh məhkəməyə belə bir ərizə təqdim etmişdir. Həmçinin iddiaçı məhkəməyə ötürmüş olduğu iddia müddətinin bərpa edilməsi ilə bağlı ərizə verməklə işə bərpa olunması üçün iddia ərizəsi verməkdə prosessual müddəti ötürməsini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə olamayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı onun Cavabdeh2 ASC "xxxx" MMC-nin X23 Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Musayevin 06 aprel 2022-ci il tarixi, 09 K nömrəli əmrini ləğv edib, onun X23 ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1518/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1518/2022
21.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver