Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1535/2024 22.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-na qarşı işə bərpa tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində yaşının 65-ə catdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsi-nin 70-ci maddəsinin e bəndi; -“dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda”- əsası ilə, işinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi ilə, 1 il müddətinə əvvəlki vəzifəsinə bərpa edilməsi; və məcburi işburaxma ilə əlaqədar, işburaxma müddəti üçün, əmək haqqının tam ödənilməsi öhdəliyinin, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələbinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməlidir. Mediyasiya sessiaysında mübahisə məhkəmədən kənar öz həllini tapmadığı halda, bunu təsdiq edən sənəd əlavə olunmaqla, tərəflərdən biri iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə izah edir ki, ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Tərəfin mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-na qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon məhkəməsinə verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1535/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1535/2024
22.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver