Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1555/2023 12.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Maraqlı şəxs2 iştirakları ilə, İddiaçı cavabdeh Şəki Regional Cavabdehndə Notariat Ofisinə qarşı “üçüncü şəxslərin razılığı olmadan notariat əməliyyatının aparılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şəki Regional Cavabdehndə Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,1383 ha torpaq sahəsinin xx.xx.2011-ci il tarixli **********50-10301 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyətində olan 1/5 hissəsinin ½ hissəsinin oğlu X2 bağışlanılması ilə bağlı notariat əməliyyatının həmin evdə qeydiyyatda olan Maraqlı şəxs2 və Calalova Zəhra-Bəyim Mahmud qızının razılıqları olmadan aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Şəki Regional Cavabdehndə Notariat Ofisinə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin Şəki Regional Cavabdehndə Notariat Ofisinin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayaış evinin və torpaq sahəsinin 1/5 hissəsinin ½ hissəsi vərəsəlik qaydasında iddiaçıya keçmiş və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli **********50- 10301 reyestr nömrəli çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdə o ərizə ilə Şəki Regional Cavabdehndə Notariat Ofisinə müraciət edərək xx.xx.2011-ci il tarixli **********50-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,1383 ha torpaq sahəsinin ona məxsus mülkiyyətində olan 1/5 hissəsinin ½ hissəsini oğlu X2 bağışlamaq istədiyini və bununla bağlı müvafiq notariat əməliyatının aparılmasını xahiş etmişdir. Lakin cavabdeh həmin evdə qeydiyyatda olan Maraqlı şəxs2 və Calalova Zəhra- Bəyim Mahmud qızının razılığının alınmaması səbəbindən bundan imtina etmiş və xx.xx.2022- ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, Forma 2 arayışında qeyd olunan yetkinlik yaşına çatmış bütün şəxslərin razılığı olmadan müvafiq notariat hərəkətlərinin aparılması mümkün deyildir. Ona görə də “üçüncü şəxslərin razılığı olmadan notariat əməliyyatının aparılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndindən görünür ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yuxarıda göstərilən təlimatdan da göründüyü kimi, daşınmaz əmlakın özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr bağlanarkən qeydiyyatda olan şəxslərin razılığının alınması nəzərdə tutulmuşdur. Əmlakın bağışlanması zamanı evdə qeydiyyatda olan şəxslərin razılığının alınması tələb edilmədən notariat hərəkətləri həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6 — 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı fərdi yaşayış evinin və torpaq sahəsinin evdə qeydiyyatda olan şəxslərin razılıqları olmadan aparılması barədə qərar qəbul edilməsinin məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Buna görə də iş üzrə icraata xitam verilməli, ərizəçiyə qeyd olunan sənədlər əsasında əmlakın bağışlama müqaviləsinin həyata keçirilməsi üçün əvvəlcə Notariat Ofisinə müraciət etməsi, bundan imtina edildikdə isə Notariat Ofisinə qarşı ümumi qaydada notariat orqanının hərəkətlərindən rayon məhkəməsində icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Şəki Regional Cavabdehndə Notariat Ofisinə qarşı “üçüncü şəxslərin razılığı olmadan notariat əməliyyatının aparılması” tələbinə dair mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1555/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1555/2023
12.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver