Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1573/2023 20.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6 sot torpağın dəyəri olan 5460 manatın və ona 14 il ərzində dəymiş maddi ziyanlığına görə 2500 manatın, həmçinin dövlət rüsumu olaraq ödədiyi 112 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildə X10 ona verdiyi etibarnamə ilə X5 Yeganə Fərrux qızına şəhərin 98-ci kvartalında 6 sot torpaq satmışdır. X14 özünə məxsus torpağını satmaq üçün alqı-satqı mərkəzinə yazdırmışdı. Sonradan işi ilə əlaqədər alıcıya torpağı göstərib satmaq üçün ona etibarnamə vermişdir. O da torpağı alıcılara Aslanova Xanım Hacı qızına və X3 göstərib onlara təhvil vermişdir. Satış zamanı məlum oldu ki, Müzəffər qızını Xanımın oğluna vermək üçün Xanıma şərt qoymuşdur ki, qızına şəhərdə torpaq al, sonra sənin oğluna qızını ərə versin. Torpağa baxıb ofisə qayıtmışlar. Alqı-satqı mərkəzində işləyən Abid Məsimov sənədlərə baxıb dedi ki, sənədlər hələ tam hazır deyil, çıxarış almaq üçün əlavə pul və vaxt lazımdır. Xanım pulunun az olmasını və toy etməyə tələsdiyini bildirdi. Xanım hələlik puluna qənaət etmək məqsədi ilə torpağa çıxarışın alınmasına aformot xərcini öz öhdəsinə götürmüş və birinci satış qiymətdən çıxılmışdır, qalan 5460 manata razılaşmışlar. Xanım yenə nağdı az pulu olduğunu, özünündə alacağı olduğunu, bir ay müddətə pulun hamsını verəcəyini bildirmişdir. Alqısatqı mərkəzinin rəhbəri 5 nəfər şahidlərin iştirakı ilə 27 mart 2008 ci ildə aralarında behləşmə müqaviləsi bağlanmışdır.. Həmin gün Xanım aldğı torpağa 1800 manat vermişdir. 31 mart 2008 ci ildə 1400 manat vermişdir. 11 aprel 2008-ci ildə 1600 manat, 21 apreldə 660 manat, cəmi 5460 manat pul vermişdir. Hər dəfə behləşmə müqaviləsində iştirak edən yoldaşlar pulun verilməsinə görə imza etmişlər. O da həmin pulu ona etibarnamə verən X11 pulu vermişdir. Xanımın göstərişi ilə 1-ci dəfə gələcək gəlini olası X4 adına Xanım etibarnamə vermişdir. Aradan 3 ay keçmiş, yenə ona alqı-satqı mərkəzinə çağırmış, lakin Xanım ilə Müzəffər gəlib qızın nişanı qaytardığını, Xanım gələcəkdə ona gəlini olası X6 pay aldığı 98-ci kvartalda yerləşən 6 sot torpağı geri qaytardığını bildirmişlər. X15 adına yazılan etibarnaməni ləğv etdirmiş və qızı Cavabdehın adına etibarnamə verməyini istəmişdir. Notariusa gedib Günay Müzəffər qızının adına olan etbarnaməni ləğv etmiş, yenidən Xanımın qızı X7 torpağı aldığına görə 2033-cü ilə qədər müddəti olan etibarnamə vermişdir. Qudası, Günayın atası Müzəffər, Xanıma çox əziyyət çəkdiyini, torağın ətrafını bağladığını, ondan heçnə istəmədiyini bildrmişdir. Müzəffərə qızının adına torpağa görə verilən torpağın qərarı, torpağın sxemi, Rəşidin şəxsiyyət vərəqəsinin surətini, arvadının razılığı, nikah kağızını və ödəniş qəbizlərini Günaydan alıb Xanımın qızı Yeganəyə vermişdir. 3-cü dəfə 10 il sonra Xanım alqı-satqı mərkəzinə gəlib ona satılam torpaqda Mübarik adlı qadının ev tikdirdiyini bildirmişdir. Alqı-satqıda işləyən Abid Məsimovda ona niyə ev tikməyə qoyduğunu, 1-2 gün ərzində ev tikmək olmur, o razılıq verməsə heç kim ətrafını sökə bilməz, ev tikə biməz deyərək, onun torpağının gözətçisi olmadığını bildirmişdir. Onun xahişi ilə Xanımın yerində ev tikən Mübarəki Abid məhkəməyə vermişdir ki, Mübarik evini söksün. Xanımın qohumu Şahinin vasitəsi ilə Xanım ilə Mübarik razılaşıb, tikdiyi evi sökməyib kənardan Mübarik Xanıma 6 sot torpaq verib, torpağı qohumu Şahin təhvil alıb. Şahinin dediyinə görə, Xanım torpağa sahiblik etməyib o da mənimsəyib, satmışdır. 14 il sonra Xanım 2008-ci ildə ondan satın aldığı torpağı qaytarmamışdır. Amma ona verdiyi pulu ondan məhkəmə vasitəsi ilə istəyir və bu barədə məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. X21 verən torpağı istəyəndə Şahin vaxt qazanmaq məqsədi ilə Xanımı məhkəməyə ondan pul istəməsi üçün yönəltmişdir. O da ondan məhkəmə vasitəsi ilə pul istəyir, torpağı geri vermir. Xanımın göstərişi ilə qızı Cavabdeh o bütün səlahiyətləri olan etibarnamə vermişdir. Etibarnamədə torpağa çıxarış almağa, ev tikməyə, torpağı satmağa, onun əvəzinə ərizə vermək, təşkilatlardan sənəd almaq uçün imza etmək, bütün səlahiyyətləri olan etibarnaməni izah edib vermişdir. Xanımın ondan alıb qızı Yeganənin adına etibarnamə yazdırdığı torpağı qaytarmır. Torpağa görə vediyi 5460 manatı istəyir. Qızı Yeganəyə verdiyi torpağı və ya pulu istəmir. Şahinlə rastlaşanda Şahin onlara Mübarikin kənardan torpaq verdiyini demişdir. Xanım o torpağa sahiblik etmir. Xanım qızı Yeganədən ona verdiyi Torpağı və ya torpağa görə verdiyi pulunu istəmir. Çox maraqlıdır. Yeganənin adına yazdırdığı torpağın pulunu məndən istəyir. Hazırda həmin torpaq sahəsi Cavabdehdır. Buna görə də 5460 və mənə 14 il ərzində dəymiş maddi mənəvi ziyanlıq Cavabdeh alınıb ona verilməlidir. Ona görəki Xanımın ondan tələb etdiyi 2008-ci ildə ondan torpaq alıb qızı Yeganənin adına yazdırıb onda verdiyi 5460 manatı Yeganədən alıb anası Xanıma verim. Göründüyü kimi Cavabdeh onun hesabına əsassız varlanmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh 2008-ci ildə etibarnamə əsasında 5460 manata torpaq vermişdir. Hazırda digər məhkəmə mübahisəsi üzrə cavabdehin anası Xanım Aslanova həmin 5460 manat pulun alınmasını məhkəmə qətnaməsi üzrə ondan tələb edir. Cavabdehin ya torpaq sahəsini ya da pulu qayatrmasını tələb edir. Buna görə də o, öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının tələbi üzrə Cavabdeh anası Xanım Aslanova ilə məhkəmə mübahisələri olmuş və İddiaçı Ali Məhkəmənin qərarına əsasən 5460 manat alınıb Xanım Aslanovaya verilməsi qərara alınmışdır. Həmin qərarda hazırki iddiada göstərilən məsələlər araşdırılaraq iddiaçının göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları 29 mart 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X14 öz adına olan 22 aprel 2006-cı il tarixli, 23 nömrəli qərar ilə 98 kvartaldan ev tikmək üçün aldığı 600 kv.m torpaqğı 5000 manata İddiaçı Şəfayət oğluna satmış və pulunu alıb vəkalətnamə vermişdir. Müqavilənin doğruluğunu İddiaçı, X14 və X23 öz imzalaı ilə təsdiq etmişlər. 27 mart 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata Aslanova Xanım Hacı qızına satmışdır. Aslanova Xanım Hacı qızı 1800 manat vermiş, qalan 3660 manatı 25 aprel 2008-ci ildə tam ödənəcəkdir. Torpaq alana razılaşmaya görə 25 illik vəkalət veriləcək. Vəkalətin pulunu torpaq satan ödəyəcək. 31 mart 2008-ci ildə 1440 manat, 11 aprel 2008-ci ildə 1600 manat vermiş, 21 aprel 2008-ci ildə isə qalıq puluda vermişdir. Heç bir borc qalmamışdır. Torpaqğın pullarını Aslanova Xanım Hacı qızı vermişdir. Vəkalətnamə gəlini X6 verilmişdir ki, gələcəkdə torpağı qeydiyyata aldırsın. Müqavilənin doğruluğunu İddiaçı, Aslanova Xanım Hacı qızı, X12, X9 və X23 öz imzaları ilə təsdiq etmişlər. Şəki şəhər İcra Hakimiyyəti Başçısının 12 sentyabr 1994-cü il tarixli, İ/482 nömrəli sərəncamından çıxarışdan görünür ki, Şəki şəhəri, 31-rayon, Lenin küçəsi 168, 26 nömrəli evdə yaşayan X10 istifadəsinə şəhərin 98-ci kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla 3 otaqlı yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (075)-872/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Aslanova Xanım Hacı qızının kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (075)-1105/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdeh İddiaçı 5460 (beş min dörd yüz altmış) manat və iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat pulun tutularaq Aslanova Xanım Hacı qızında verilməsi qərara alınmışdır. Şəki İ saylı notariat ofisinin 30 iyul 2008-ci il tarixli etibarnaməsindən görünür ki, X10 İddiaçı verdiyi etibarnamə əsasında Cavabdeh Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı iclası protokolundan çıxarışa əsasən Şəki şəhərinin 98-ci kvartalında yerləşən 600 kv metr torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsiilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin övəzini ödəməyə borcludur. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının və cavabdehin nümayəsndəsinin (vəkili) məhkəmə iclasında verdiyi izahatlardan, eləcə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(102)-872/2023 nömrəli qərarından müəyyən olunur ki, iddiaçı Nazim X1 tərəfindən həvalə edilmiş etibarnamə əsasında Şəki şəhərində yerləşən torpaq sahəsini (6500 ABŞ dollar) 5460 manata Aslanova Xanım Hacı qızına satmışdır. Aslanova Xanım Hacı qızı dörd dəfə olmaqla hissə-hissə 5460 manat pulu iddiaçıya ödəmişdir. İddiaçı 30 iyul 2008-ci il tarixli etibarnaməsi əsasında iddiaçı X2 Yeganə Fərrux qızına Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı iclası protokoludan çıxarışa əsasən Şəki şəhərin 98 kvartalında yerləşən 600 kv metr torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı və digər səlahiyyətləri etibar etmişdir. Lakin, iş materialları və Ali məhkəmənin qərarı ilə müəyyən olunur ki, hazırda mübahisəsi getdiyi torpaq sahəsinin cavabdehə təhvil verilməsi sübut edilmədiyindən İddiaçı 5460 (beş min dörd yüz altmış) manat pulun tutularaq Cavabdeh anası Aslanova Xanım Hacı qızına verilməsi qərara alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsinin cavabdehə satılmasını, təhvil verilməsini, eləcə də cavabdehin hal-hazırda ona torpaq sahəsinin dəyərinin 5460 manat olmasını, eyni zamanda borcu olduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilən qanunvericilik normasından da aydın olur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa məhkəmə iddianın “2500 manat məbləğində pulun maddi zərər kimi cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə də, təmin edilə bilməz. Belə ki, yuxarıda göstərilən qanunvericilik normasından da görünür ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə 5460 manat dəyərində olan torpaq sahəsinin verilməsi öz təsdiqini tapmadığından, eyni zamanda iddiaçı cavabdehin ona məxsus pulun qaytarılmasını gecikdirməsi nəticəsində gəlir əldə etməsini, həmin puldan faydalanmasını, ümumiyyətlə 2500 manat maddi ziyanın nədən ibarət olmasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir. Ona görə də, 2500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında torpaq sahəsinin satılması və cavabdehin hal-hazırda iddiaçıya 5460 (beş mi dörd yüz altmış) manat məbləğində borcunun və 2500 (iki min beş yüz) manat maddi ziyanın olması barədə lazımi sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından iddianın əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan tələbi” nə dair iddiası əsassız olduğundan rədd edilməlidir.. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 112 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan tələbi” barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 112 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1573/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1573/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver