Məhkəmə qərarları › İş №e-2(075)-1582/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1582/2025

06.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1582/2025 06.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fəhad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxslər Maraqlı şəxs1 və X8 iştirakı ilə İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X16 qarşı “mirasın qəbul edilməsinin müəyyən edilməsi” tələbinə dair iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 miras qalmış Şəki şəhəri X50 küçəsi ev 8 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0509 ha həyətanı torpaq sahəsindən ibarət mirası qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri X50 küçəsi ev 8 ünvanında olan fərdi yaşayış evi mərhum X17 tam mülkiyyətində olmuşdur. X29 xx.xx.2023-cü ildə rəhmətə getmiş, onun vərəsələri -həyat yoldaşı İddiaçı, qızları Maraqlı şəxs1, Maraqlı şəxs2 və X16 qalmışdır. Miras əmlak olan Şəki şəhəri X50 küçəsi ev 8 ünvanında olan fərdi yaşayış evində X29 rəhmətə gedəndən sonra o, özü yaşamışdır. Maraqlı şəxs1 evi, təsərrüfatı ayrı olsa da, anasının tək qalmaması üçün onunla yaşayır. Mərhumun yasını iddiaçı olan o, özü yola salmışdır. Bu günə kimi miras əmlakını təkbaşına idarə etmişdir. Son vaxtlar miras əmlakını ərinin adından özünün adına keçirilməsi üçün Notariat ofisində vərəsəlik açdırmışdır. Burada bir sıra sənədlərin toplanmasına zərurət yaranmışdır. Bütün sənədləri həll etdikdən sonra qızlarının imtina barədə ərizələri tələb olunmuşdur. Yalnız qızı Maraqlı şəxs2 **********184 nömrəli ərizə verərək mirasdan pay istəmədiyini bəyan etmişdir. Digər qızı Maraqlı şəxs1 anası ilə yaşasa da o, da miras əmlakından pay istəməmişdi. Lakin qızlarından biri X16 miras əmlakına vərəsəlik açılaraq onun adına keçirilməsinə razı olmadığını bildirmişdir. Buna görə də Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisi xx.xx.2025-ci il tarixli qərarı ilə notariat hərəkətlərindən imtina etmişdir. Hesab edir ki, miras qoyanın ölümündən sonra miras qalmış evdə yalnız özü yaşayaraq idarə etdiyi üçün mirası tam olaraq özü qəbul etmişdir. Buna görə də həmin fərdi yaşayış evi vərəsə kimi tam onun mülkiyyətinə keçməlidir. Onun adına keçməsinə razılıq verməyən qızı X16 həmin ünvanda qeydiyyatda olsa da ərə getdiyi gündən bu günə kimi həmin miras əmlakında yaşamamışdır. Ər evinə qeydiyyata düşmədiyi üçün ər evində yaşamaqla qeydiyyatı miras yerləşdiyi ünvanda qalmışdır. Bir şəxsin bir evə qeydiyyatı olması onun həmin əmlakı idarə, sahiblik etməsi anlamına gəlmir. Əmlaka sahiblik, idarə etmək üçün həmin əmlakda yaşayaraq, orada təsərrüfat aparmalı, evlə bağlı bütün sahiblik hüquqlarını keçirmək lazımdır. İddiaçı olan o, əri ölən gündən bu günə kimi həmin evdə yaşamaqla, sahiblik etməklə, yıxılanı, dağılanı bərpa etməklə miras əmlakın faktiki qəbul etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, qızı X18 ailə həyatı qurduqdan sonra mübahisə predmeti olan evdə yaşamamış, hər hansı pay sahibi olmamış, mirası faktiki qəbul etməmişdır. X15 xx.xx.2023-cü ildə vəfat etdikdən sonra həmin evdə o özü yaşamış və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin qızı həmin miras əmlakdan pay istəməsə də miras əmlakın mərhum atasının adında qalmasını istəməsini əsas gətirərək miras əmlakı rəsmiləşdirməsinə mane olub imkan verməmişdir. Ona görə də iddiasının təmin olunmasını, mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa və iddiaçının izahatına uyğun izahat verərək bildirmişdir ki, mirasla bağlı digər vərəsələr heç bir pay tələb etmədiyindən, miras əmlakına vərəsəlik açılaraq, iddiaçının adına keçirilməsi təmin olunmalıdır. Ona görə ki, mirası faktiki qəbul edən yeganə vərəsə iddiaçı olmuşdur. Mirasın vəfat etmiş şəxsin adında qalması istəyi ilə iddiaçının adına rəsmiləşməsinə etiraz edib mane olma heç bir məntiqə və qanuna uyğun deyildir. Nə pay, nə hüquq istəmədiyi halda mirasın vəfat etmiş şəxsin adında qalmasını istəmək qəbul edilməz və mümkünsüzdür. Eyni zamanda mirası qəbul edən vərəsə də etiraz edən vərəsənin anası olmaqla, miras qoyub vəfat etmiş atası ilə eyni statusa malikdir və etiraz edən vərəsənin etirazı qanuna söykənməməklə əsassızdır. Məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edən X25 izahat verərək bildirmişdir ki, hal-hazırda şəxsiyyət vəsiqəsində qeyd olunan ünvanda qeydiyyatda olsa da, əri və qızı qeydiyyatda olduqları Bakıda şəhərində yaşamış, o, özü və oğlu isə tək qalmaması üçün anası ilə birgə Şəki şəhəri X50 küçəsi ev 8 ünvanında yaşamışdır. O, gimnaziyada müəllimə işləmiş, miras əmlakdan pay tələb etmək niyyəti olmamışdır. Mübahisə predimeti olmuş mirası o, özü də daxil olmaqla anasından başqa digər heç vərəsə faktiki qəbul etməmiş, miras qoyan atası və anası bir yerdə bir evdə birgə yaşamış, atası vəfat edəndən sonra da anası miras mülkdə yaşayıb mirası idarə etməkdə davam etməklə faktiki olaraq mirası qəbul etmişdir. O, miras mülkün anasının adına rəsmiləşməsinə etiraz etməmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edən X16 izahat verərək bildirmişdir ki, vərəsəliyin açılması ilə bağlı notariat ofisinə getməməsi və atasından miras qalmış mülkün anasının adına rəsmiləşməsi pay tələb etməsi ilə bağlı olmamış, onun məqsədi və istəyi yalnız miras mülkün atasının adından çıxarılmasını istəməməsi, atasının adında qalasını istəməsi olmuşdur. Onun qeydiyyatı mübahisə predimeti olmuş mülkün yerləşdiyi ünvanda olsa da həqiqətən də ərə getdikdən sonra ər evində yaşamışdır. Atasının yas mərasimində bir övladı kimi iştirak etmiş, anası miras mülkdə yaşamaqda davam etmiş, o da anasına baş çəkmək üçün gəlmiş, lakin anasının yanında digər bacısı Qəmər qalıb yaşamışdır. İddia üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən 6 sentyabr 2023-cü il tarixdə verilmiş 364224 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X30, “mədəaltı vəzi başının bədxassəli yeni törəməsi” səbəbindən 7 avqust 2023-cü il tarixdə Şəki şəhərində vəfat etmişdir. Bu barədə 5 sentyabr 2023-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 561 nömrəli qeyd edilmişdir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Şərbablar” məhəllə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 34 nömrəli arayışda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yaşamış X30 7 avqust 2023-cü ildə vəfat etmişdir və onun məlum olan varisləri aşağıdakılardır. Həyat yoldaşı – İddiaçı, qızı – X26, qızı – X18, qız – X27. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 14 aprel 2025-ci il tarixli qərarından görünür ki, Ş.İ.Xətai küçəsi ev 8 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüş X13 qalmış miras əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X5 məxsus olmuş Ş.İ.Xətai küçəsi ev 8 ünvanında 0,0509 ha torpaq sahəsi üzərində yerləşən 205.30 kv.m sahədən ibarət olan fərdi yaşayış evi əldə edilən məqamda həmin əmlaka hansı hissənin arvadı İddiaçı ilə birgə nikah dövründə əldə edildiyini müəyyən etməyə imkan verən təsdiqedici sübutların olmadığı aşkar olunduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Maraqlı şəxs2 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X13 miras qalmış bütün əmlakların ona düşən hissəsindən imtina etmişdir. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 7 dekabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, X30 və İddiaçı nikahı haqqında Şəki rayon Qeydiyyat Şöbəsində 12 avqust 1971-ci il tarixdə 133 №-li akt qeydi tərtib olunmuşdur. X4 xx.xx.2023-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2023-cü ildə 561 №-li akt qeydi ilə Şəki rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 1 mart 2024-cü il tarixli arayışın surətindən görünür ki, X30 və İddiaçı birgə nikahından anadan olmuş övladları X24 barəsində Şəki rayon Qeydiyyat Şöbəsinin arxivində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydi aşkar olunsa da, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. 11 fevral 1972-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X17, ½ hissəsi isə X9 adına qeydiyyata alınmışdır. xx.xx.2001-ci il tarixli, 4Ə-207 saylı alqı-satqı müqaviləsinə əsasən X6 və X7 şəhəri, Ş.İ.Xətai küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini X1. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 530 nömrəli məktubuna cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2001-ci il tarixdə ½ hissə X17, ½ hissə X3 və X14 adlarına qeydiyyata alınmışdır. Şəki rayon 3 saylı DNK-nin xx.xx.2001-ci il tarixli 4Ə-207 saylı alqı-satqı müqaviləsinə əsasən X6 və X28 fərdi yaşayış evinin ½ hissəsini X1. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə X17 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə X17 adına ********** qeydiyyat nömrəli, **********86 nömrəli dövlət reyetsrindən çıxarış və 4375 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X48 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə X17 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə məxsus 4375 inventar nömrəli texniki pasportda hüquq subyekti kimi X17 adı qeyd edilmişdir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Şərbablar” məhəllə icra nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli 125 nömrəli arayışda qeyd edilmişdir ki, o, həqiqətən də Ş.İ.Xətai küçəsi ev 8 ünvanında qeydiyyatda olmaqla yaşayır. Onun mərhum əri ,X30 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və o, həmin tarixdən hal-hazıra kimi həmin ünvanda yaşamaqdadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, Ş.İ.Xətai küçəsi ev 8 ünvanında 0,0509 ha torpaq sahəsi üzərində yerləşən 205.30 kv.m sahədən ibarət olan fərdi yaşayış evi X19 adına qeydiyyata alınmışdır. X20 məxsus 21 yanvar 1982-ci il tarixli 47 №-li doğum haqqında akt qeydində onun 2 noyabr 1981-ci ildə Şəki şəhərində anadan olması, atası qrafasında X30, anası qrafasında İddiaçı qeyd edilmişdir. X11 məxsus 15 avqust 1976-cı il tarixli 621 №-li doğum haqqında akt qeydində onun xx xxxx 1976-ci ildə Şəki şəhərində anadan olması, atası qrafasında X30, anası qrafasında İddiaçı qeyd edilmişdir. X21 məxsus 21 sentyabr 1972-ci il tarixli 713 №-li doğum haqqında akt qeydində onun 17 sentyabr 1972-ci ildə Şəki şəhərində anadan olması, atası qrafasında X30, anası qrafasında İddiaçı qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 3 ünvanında 0,0509 ha torpaq sahəsi üzərində yerləşən 205.30 kv.m sahədən ibarət olan fərdi yaşayış evi xx.xx.2023-cü ildə vəfat etmiş X19 mülkiyyətindədir. Onun İddiaçı ilə birgə nikahından Maraqlı şəxs1, Maraqlı şəxs2 və X16 adlı övladları olmuşdur. Göstərilən şəxslərdən Maraqlı şəxs2 anasına münasibətdə miras əmlakdan imtina etməsi barədə notarial qaydada ərizə yazmışdır. Maraqlı şəxs1 məhkəmə iclasında verdiyi izahatında, hazırda şəxsiyyət vəsiqəsində qeyd olunan ünvanda qeydiyyatda olsa da, anası xəstə olduğu üçün oğlu ilə birgə anası ilə yaşadığını və miras əmlakdan pay istəmədiyini bildirmişdir. Digər maraqlı şəxs X16 məhkəmə iclasında mürasdan pay istəməmiş, yalnız mirasın iddiaçı olan anasının adına keçirilməməsinin səbəbini mirasın mərhum atasının adında qalmasını istəməsi ilə izah etmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, mərhum xx.xx.2023-cü ildə vəfat etmiş X13 miras qalmış fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı sahiblik etmiş, həmin əmlakı faktik idarə etmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, digər vərəsələrdən heç biri vərəsəlik şəhadətnaməsi almaqdan ötrü müraciət etməmiş və mirası faktiki qəbul etməyib bunu nümayiş etdirməmişlər, heç birinin miras əmlaklarla bağlı hər hansı tələbləri mövcud deyil. Qeyd edilənlərə, göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X10 qarşı “mirası faktiki qəbul edilməsinin müəyyən edilməsi” barədə iddiası təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X2 miras qalmış ünvan 3 ünvanında 0,0509 ha torpaq sahəsi və üzərində yerləşən 205.30 kv.m sahədən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar