Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-159/2023 22.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Ağası oğlunun Cavabdeh qarşı onun ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı Ağası oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh doğma atasıdır. Bütün övladlarına, o cümlədən cavabdehə qarşı xüsusi diqqət və qayğı göstərmiş, onun təhsil valmasında və həyatda özünə mövqe tutmasında böyük əməyi olmuşdur. Cavabdeh uzun illərdir ki, ona qarşı həddən çox nifrət edir, ciddi ixtilaflar törədir, ona qarşı laqeyd münasibət bəsləməklə yanaşı, ona söz qaytarır. Cavabdeh ona qarşı qeyri-qanuni hərəkətlər edir, nalayiq ifadələr işlədərək onu təhqir edir. O, fermer təsərrüfatı başçısı olmaqla Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən özünə məxsus fermada mal-qara və arı saxlamaqla ailəsini dolandırırdı. Səhətində yaranmış problemlərlə bağlı Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən həyət evinə kömüş və mal-qara ferması, içərisində olan yaşayış evi və arı təhnələri müvəqqəti olaraq baxması üçün digər oğlu X1 ixtiyarında qalmışdır. Evində isə Cavabdeh ona ahıl yaşında illər boyu zəhməti ilə tikdirdiyi evimdə sakit yaşamağa imkan vermir. Cavabdeh bütün vasitələrdən və əlaqələrindən istifadə edərək, onun əmlakını (evimi) əlindən almaq istəyir, saxta və uydurma şahidlərlə onun evinə qanunsuz yollarla yaşamaq huququ əldə etmişdir. Ona heç bir köməklik etmir və eyni zamanda evin kommunal xərclərini belə qəsdən ödəmir və onu bu yolla bezdirir. Əgər qız övladları olmasalar o, dərman pulunu belə tapa bilməz və yataq xəstəsi olub acınacaqlı bir duruma düşə bilər. Hal-hazırda onun 87 yaşı var və ağır ürək xəstəliyindən əziyyət çəkirm. Dəfələrlə cavabdehin hərəkətləri ilə bağlı bütün hüquq mühafizə orqanlarına şikayət etmiş və bu barədə araşdırmalar aparılmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirak etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı Ağası oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh anadan olandan hazırkı vaxtadək nadinc, yararsız adam olmuşdur. Əvvəllər adam bıçaqlamış, başqa-qaşqa şəxslərə qarşı dələduzluq etmiş və o, həmin şəxslərin pullarını ödəmişdir. Cavabdeh onun evinə gələrək üzünə tüpürür, onu ölümlə hədələyir, təhqir edir. Adının onun üzərindən götürülməsini, Cavanşirin oğlu kimi tanınmamasını istəyir. Ona görə də, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Ağası oğlunun nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının izahatlarına uyğun izahat verərək bildirmişdir ki, cavabdeh Mingəçevir şəhərində yaşayır. Gecə saatlarında atasının evinə gələrək evin şiferlərini sındırır, qapını döyür, üzünə tüpürür, iddiaçını təhqir edir ki, yaşlı atasının ürəyi partlayıb ölsün. Maddi köməklik göstərmir. İddiaçı belə bir oğlunu8n olmasını istəmir. Tərflərin arasında dəfələrlə münaqişə olmuş, polis bölməsində araşdırma olmuşdur. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, atası əvvəllər əməliyyat olunmuş və o, atasına qulluq etmiş, kənd təsərrüfatını, o, idarə etmişdir. Evin açarını ona vermədiyindən evə gələrkən qapını döymək məcburiyyətində qalır. Atasını ona qarşı qoyan bacılarıdır. Ona görə də, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh, atasına qulluq etməyə hazırdır. Atasının yaşadığı evdə onun da payı var, ona görə də istədiyi vaxt həmin evə gələ bilər. Cavabdeh atasının üzünə qayıtmayıb, ona qarşı şiddət tətbiq etməyib. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının 12 sentyabr 2022-ci il tarixli, 512 nömrəli arayışının surətindən görünür ki, Məmmədov X2 rayonu Böyük Dəhnə kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon X4 Polis Bölməsinin 27 senyabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Ağası oğlunun müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Ağası oğlu Cavabdeh atasıdır. İddiaçı, oğlunun ona bir ata kimi hörmət qoymadığı, qayğısına qalmadığı, heç bir ehtiyacını qarşılamadığı, əksinə onu təhqir etdiyini, onu ölümlə hədələdiyini əsas gətirərək onun ölümündən sonra qalacaq olan bütün miras aktivindəki əmlakdan payına münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsini istəmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı işin faktiki halları araşdırılarkən eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı Ağası oğlu əmlakının vərəsələr arasında bölünməsinə dair hər hansı vəsiyyətnamə tərtib etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Hazırkı işdə İddiaçı Ağası oğlu Cavabdeh onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsinə, onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi barədə təqsirinin məhkəmə tərəfindən təsdiq olunmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Bundan başqa Mülki Məcəllənin 1143-cü maddəsinə görə şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi şəxsin ləyaqətsiz vərəsə hesab olunması barədə iddia miras açıldıqdan sonra ləyaqətsiz vərəsə hesab olunacaq şəxs mirasa yiyələndikdə maraqlı şəxslər tərəfindən qaldırıla bilər. Qanunvericilik miras qoyacaq şəxsin sаğlığındа belə iddia ilə məhkəməyə müraciət etməsini müəyyən etməmişdir. Eyni zаmаndа Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.2-ci maddəsinə əsasən miras qoyan şəxs sağlığında məhkəməyə müraciət etmək yolu ilə vərəsəsini məcburi paydan məhrum edə bilər. Həmin Məcəllənin 1193-cü maddəsinin məzmunundan isə aydın olur ki, məcburi pay o zaman yaranır ki, miras əmlak vəsiyyət edilir. İddiaçı əmlakını hər hansı şəxsə vəsiyyət etməsi barədə sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Ağası oğlunun Cavabdeh qarşı onun ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Ağası oğlunun Cavabdeh qarşı onun ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-159/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-159/2023
22.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver