Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-162/2024 17.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı1nın Cavabdeh iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması və maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Cəfərabad kəndində ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin Nüvə Geofiziki Tədqiqatlar Mərkəzi ilə bağlanan xx.xx.2021 ci il tarixli 01/U saylı torpaqların icarəyə verilməsi müqaviləsinə əsasındə onun mülkiyyətində olan 25 ha torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin yaradılması Cavabdeh Mərrəm oğluna qadağan edilsin və ondan 5000 manat maddi ziyan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək, Şəki rayonu, Cəfərabad kəndində ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin Nüvə Geofiziki Tədqiqatlar Mərkəzi ilə bağlanan xx.xx.2021 ci il tarixli 01/U saylı torpaqların icarəyə verilməsi müqaviləsinə əsasındə onun mülkiyyətində olan 05 ha torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin yaradılması Cavabdeh Mərrəm oğluna qadağan edilsin və ondan 5000 manat maddi ziyan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Cəfərabad kəndində ETSN X2 Xidmətinin Nüvə Geofiziki Tədqiqatlar Mərkızindən xx.xx.2021-ci il tarixli 01/U saylı torpaqların icarəyə verilməsi müqaviləsinə əsasən 25 ha torpaq sahəsi ilik 100 manat ödəmək şərtilə ona icarəyə verilmişdir. Həmin icrarə müqaviləsi əsasında Şəki rayonu, Cəfərabad kəndində yerləşən 25 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin hal-hazırda onda çıxarışı və lazımi digər sənadləri vardır. O həmin torpaq sahəsinin ətrafını çəpərləmişdir. 2022-ci il tarixdə həmin torpağa arpa əkmişdir. Həmin torpaq sahəsinin yaninda uzun illərdir ki, Cahid adlı şəxs ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilədək Cahid adlı şəxs həmin torpaq sahəsini 25 ildir ki, əkib becərir. 2022-ci il tarixdə onun razılığı ilə əldə edilən məhsul Cahid adlı şəxs tərəfindən onunla bölünmüşdür. 2023-cü il tarixdə Cahid adlı şəxs ona demişdir ki, arpanı özu əksin bunun əvəzində ona pul təklif etmişdir. O da Cahidlə razılaşmışdır. Həmçinin Cahid arpanı sonuncu il əkdiyini, növbəti il buradan köçəcəyini bildirmişdir. Buna görə 600 manat pul muqabilində həmin torpaq sahəsini ona icarəyə vermişdir. Lakin, Cahid adlı şəxs köçüb getməmiş və onu aldatmışdır. O, 2023-cu il tarixdən sonra arpanı özünü nəkmək istədiyini demişdir. Sonuncu dəfə həmin sahəyə təxminən 2 ay bundan əvvəl sahənin yolunu düzətmək üçün traktor göndərmişdir. Lakin Cavabdeh ailəsi ilə birlikdə tarktorun qabağına çıxaraq traktorun işləməsinə maneə olmuşlar. Cavabdeh ona mülkiyyətindən öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını heçə sayaraq özbaşına olaraq torpaq sahəsinə maneələr yaradır. Onun icarəsində olan torpaq sahəsindən istifadə etməyinə şərait yaratmır. Dəfələrlə ona bu hərəkətinin qanun pozuntusu olduğunu xatırlatsa da o buna məhəl qoymayaraq nümayişkaranə şəkildə qanunları heçə sayıb mülkiyyət hüquqlarını məhdudlaşdırır. Onun bu hərəkətlərindən ötrü o həmin ərazini əkib becərmiş və nəticədə ona mənəvi maddi ziyan yetirilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsindəkiləri göstərməklə izahatında əlavə olaraq bildirdi ki, Cəfərabad kəndində ETSN X2 Xidmətinin Nüvə Geofiziki Tədqiqatlar Mərkızindən icarəyə götürdüyü torpaq sahəsini cavabdehlə aralarında götürülən məhsulu yarı bölməklə razılaşaraq 2022-ci il tarixdə taxıl əkmişlər. Sahədən çıxmış 2 ton 800 kq taxılı yarı bölmüşlər. Növbəti il əkilmiş sahədən lazımi gəlir əldə edə bilmədiklərindən 2023-cü il üçün cavabdehlə torpaq sahəsindən illik 600 manat müqabilində istifadə etməsi üçün razılaşmış və həmin pulu ondan almışdır. Lakin sonradan torpaq sahəsini özü əkib becərmək istədiyindən cavabdehdən artıq torpaq sahəsini özü əkəcəyini bildirdikdə ona maneələr törətmişdir. İlin sonunda da sahəyə qarğıdalı əkəcəyindən əkə bilməmiş və maddi ziyan çəkmişdir. Odur ki, iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o mübahisələndirilən torpaq sahəsini 30 ildir məcburi köçkün kimi istifadə edir. 5 il boyunca hər il 600 manat məbləğində icarə haqqını iddiaçıya ödəmişdir. Məcburi köçkün olduğundan onun torpaq sahəsindən çıxmaq niyyəti yoxdur. Qarşı tərəfə heç bir maddi zərər vurmamışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Nüvə Geofiziki Tədqiqatlar Mərkəzi ilə İddiaçı1 arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, Şəki rayonu, Cəfərəbad kənd sakini İddiaçı1 gələcəkdə aqrotexniki tələblərə müvafiq bitkiləri əkmək, onlara xidməti təmin məqsədilə məşğul olması üçün 05 (beş) ha torpaq sahəsi 25 (iyirmi) il müddətinə icarəyə verilmişdir. İddiaçı1 100 (bir yüz) manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16 avqust 2023-cü il tarixli qərarından görünür ki, HK-1/1403 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Cəfərəbad kəndində yerləşən 5 hektar torpaq sahəsi 25 il müddətinə İddiaçı1 icarəsinə verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 720.3.4-cü maddəsinə əsasən icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. 111.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. 110-cu maddəsində göstərilir ki, torpaq sahələrinin özbaşına tutulmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məslələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Nüvə Geofiziki Tədqiqatlar Mərkəzi tərəfindən Şəki rayonu, Cəfərəbad kənd sakini İddiaçı1 gələcəkdə aqrotexniki tələblərə müvafiq bitkiləri əkmək, onlara xidməti təmin məqsədilə məşğul olması üçün 05 (beş) ha torpaq sahəsi 25 (iyirmi) il müddətinə icarəyə verilmişdir və bununla bağlı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış almışdır. İddiaçının qanuni icarəsində olan həmin 5 (beş) hektar torpaq sahəsindən Cavabdeh qanunsuz olaraq istifadə edir, həmin torpaq sahəsində təsərrüfatla məşğul olur. İddiaçı dəfələrlə müraciət edərək torpaq sahəsinin onun qanuni icarəsində olduğunu və həmin torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmasını xahiş etsə də, cavabdeh qanuni icarəsində olan həmin torpaq sahəsindən istifadə hüquqlarını pozmaqda, maneələr törətməkdə davam edir. Göründüyü kimi mübahisə predmetini təşkil edən torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının istifadəsindədir. Cavabdeh isə torpaq sahəsindən istifadə edilməsinin qanuni olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh qanunsuz olaraq zəbt etdiyi, istifadə etdiyi, icarə hüququ əsasında İddiaçı1 məxsus torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalı, həmin torpaq sahəsi üzərində icarə hüquqlarına cavabdeh tərəfindən edilən qəsdlərə son qoyulmalıdır. Bundan başqa iddiaçı ərizəsində Cavabdeh Mərrəm oğlundan 5000 (beş min) manat maddi ziyan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı və cavabdehin məhkəmə iclasında verdikləri izahatlarından məlum olur ki, tərəflər göstərilən torpaq sahəsini 2022-ci il üçün birlikdə əkib becərmiş və çıxarılan məhsulu razılaşdırdıqları kimi yarı bölmüşlər. Bundan başqa 2023-cü il üçün isə iddiaçı 600 manat pul müqabilində torpaq sahəsini cavabdehin istifadəsinə vermiş və həmin pulu cavabdehdən almışdır. Odur ki, iddiaçının maddi ziyan tələbi məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddia tələbi həmin hissədə əsaslı sayıla bilməz. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Şəki rayonu, Cəfərabad kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə bağlanan xx.xx.2021 ci il tarixli 01/U saylı torpaqların icarəyə verilməsi müqaviləsi əsasında İddiaçı1 mülkiyyətində olan 5 ha torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə Cavabdeh Məhərrrəm oğlu tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 155 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Şəki rayonu, Cəfərabad kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə bağlanan xx.xx.2021 ci il tarixli 01/U saylı torpaqların icarəyə verilməsi müqaviləsi əsasında İddiaçı1 mülkiyyətində olan 5 ha torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə Cavabdeh Məhərrrəm oğlu tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-162/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-162/2024
17.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver