Məhkəmə qərarları › İş №e-2(075)-162/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-162/2025

01.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-162/2025 01.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı “miras əmlakın qəbul faktının təsdiq edilməsi və həmin miras əmlaka payın tanınması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 oktyabr 2014-ci il tarixdə vəfat etmiş X4ndan qalmış və faktiki olaraq qəbul etdiyi miras əmlak olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,4357 hektar torpaq sahəsindən, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,2463 hektar torpaq sahəsindən, **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,0258 hektar torpaq sahəsindən, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,0057 hektar torpaq sahəsindən, **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,0008 hektar torpaq sahəsindən, **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,3853 hektar torpaq sahəsindən, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,2414 hektar torpaq sahəsindən, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və və birgə mülkiyyətdə olan 0,5085 hektar torpaq sahəsindən, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,139 hektar torpaq sahəsindən X6 payına düşən hissədən ibarət miras əmlakı qəbul etməyi hüquqi faktının təsdiq edilməsi və həmin miras əmlaka onun tam payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,4357 hektar torpaq sahəsi, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,2463 hektar torpaq sahəsi, **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0258 hektar torpaq sahəsi, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0057 hektar torpaq sahəsi, **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0008 hektar torpaq sahəsi, **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,3853 hektar torpaq sahəsi, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,2414 hektar torpaq sahəsi, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,5085 hektar torpaq sahəsi, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,139 hektar torpaq sahəsi onun, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin torpaq sahələrinin, torpaq sahələrinə daxil olmaq üçün ayrılmış yolun cizgiləri, yəni koordinantları və xəritəsi işlənilmişdir. Həmin birgə mülkiyyətçilərdən X8 onun bibisi oğlu, X11 onun həyat yoldaşı, X18 və X19 isə onun uşaqlarıdır. Birgə mülkiyyətçi olan bibisi oğlu X8 22 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. Mərhum X2 ailə qurmamışdır. Həmçinin, X6 bacı və qardaşı olmamış, onun valideynləri daha əvvəldən vəfat etmişlər. X7 o və onun atası baxmış, onun yas mərasimini özü yola salmışdır. Buna görə də torpaq islahatları zamanı X8 da onun ailə üzvü kimi qəbul edilərək ona düşən pay torpaq sahəsini də onun ailə üzvlərinə verilməli olan pay torpaq sahəsi ilə birlikdə ayırmışlar. O sağlığında X6 qulluğunda durmuş, ona baxmış və onun vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmiş, ümumiyyətlə X6 yas mərasimini yola verilməsində yaxından iştirak etmişdir. Beləliklə də, o, bibisi oğlu X5 qalmış miras əmlakı faktiki olaraq qəbul etməyini nümayiş etdirmişdir. Onu da qeyd edir ki, mərhum bibisi oğlu X5 miras qalmış və birgə mülkiyyətində olan torpaq sahəsindən X1 və ölümündən bu günədək özü istifadə edir. Həmin torpaq sahələrinə digər şəxslərin hər hansı bir iddiası yoxdur. X3 birinci, ikinci və üçüncü növbəli vərəsələri yoxdur. O, X6 dördüncü növbəli vərəsəsidir. X6 ondan başqa da dördüncü növbəli vərəsələri qalsalar da, həmin vərəsələr X5 qalmış miras əmlakı faktiki olaraq qəbul etməmişlər, həmin miras əmlakdan istifadə etməmişlər, həmin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. O, X5 qalmış miras torpaq sahəsindən payının müəyyən edilməsi üçün notariat kontoruna müraciət etsə də, notarius tərəfindən tələbinin icrasından imtina edilmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdeh Şəki Regional Cavabdehndə Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,4357 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,2463 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0258 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0057 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0008 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,3853 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,2414 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,5085 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,139 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X12 və X13 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - 03 noyabr 2014-cü il tarixli, AZ-İ 713759 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2014-cü ildə vəfat etmişdir. - Şəki şəhər İHB-nin Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 561 nömrəli arayışdan görünür ki, Baş Göynük kənd sakini olmuş X3 vərəsələrindən heç kim hal-hazırda yaşamır. - Şəki şəhər İHB-nin Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli, 810 nömrəli arayışdan görünür ki, Baş Göynük kənd sakini olmuş X3 vərəsələri-İddiaçı, X23, X20, X25, X14, X24, X15 və X21r. - Şəki şəhər İHB-nin Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 155 nömrəli arayışdan görünür ki, Baş Göynük kənd sakini olmuş X3 vərəsələri-İddiaçıdur (dayısı oğlu) - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional Cavabdeh Notariat ofisinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakdan özünə düşəsi miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin İddiaçı miras qoyan şəxslə qohumluq əlaqələrini müəyyən edən sənədləri təqdim edə bilməmişdir. Belə olan halda, miras qoyanla qohumluq əlaqəsini müəyyən etmək mümkün deyildir. Hazırda qohumluq əlaqələrini müəyyən etmək mümkün olmadığı üçün qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 90 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçının tələbinin əsasını Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş və yuxarıda sadalanan çıxarışlara əsasən X6 payına düşən hissədən ibarət miras əmlakı qəbul etməyi hüquqi faktının təsdiq edilməsi və həmin miras əmlaka onun tam payının tanınması təşkil edir. X8 22 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı bildirir ki, X4 onun bibisi oğludur və sağlığında ailə qurmamışdır. Həmçinin, X6 bacı və qardaşı olmamış, onun valideynləri daha əvvəldən vəfat etmişlər. X3 birinci, ikinci və üçüncü növbəli vərəsələri yoxdur. O, X6 dördüncü növbəli vərəsəsidir. X6 ondan başqa da dördüncü növbəli vərəsələri qalsalar da, həmin vərəsələr X5 qalmış miras əmlakı faktiki olaraq qəbul etməmişlər, həmin miras əmlakdan istifadə etməmişlər, həmin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. X28 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin qərarın 10.2-ci bəndində göstərilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 102-ci bəndinin 3-cü hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Göründüyü kimi İddiaçı miras qoyan şəxslə qohumluq əlaqələrini müəyyən edən sənədləri təqdim etməmişdir. Həmçinin digər vərəsələrin kimlərdən ibarət olmasını, onların mirası qəbul edib-etməməsi faktını və X8 ilə İddiaçı arasında hansı qohumluq əlaqəsinin olmasını məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında verilmiş sualara cavab olaraq İddiaçı X6 onun bibisi oğlu olduğunu bildirsə də bibisinin kim olmasını, atasının qardaş və bacıları barədə məlumatları məhkəməyə verə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı “miras əmlakın qəbul faktının təsdiq edilməsi və həmin miras əmlaka payın tanınması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş 90 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı “miras əmlakın qəbul faktının təsdiq edilməsi və həmin miras əmlaka payın tanınması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar