Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1626/2025 23.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X19 oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi (3-cü şəxslər Nümayəndə, X13) olmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi mərhum atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 Elçin Rasim oğlunun atasıdır. X9 26 oktyabr 2019-cu ildə vəfat etmişdir. X2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası mövcuddur. X9 vəfat etdikdən sonra ondan miras qalmış həmin qeyriyaşayış binasına Ərizəçi sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin qeyri-yaşayış binası Ərizəçi istifadəsindədir və həmin qeyri-yaşayış binasına Ərizəçi sahiblik edir. Beləliklə Ərizəçi mərhum X3 miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Buna görə də, Ərizəçi mərhum atasından miras qalmış həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. X25 “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X24 xx.xx.2025-ci il tarixli X-1429 saylı Notariat hərəkətlərinin aparılmasının imtina haqqında qərarı ilə Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Ərizəçi mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür yəni buraxılmışdır. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırda mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən Nümayəndə, X13 və X12 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, iddia tələbinin təmin edilməsi ilə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - 25 noyabr 2019-cu il tarixli AZ-İİ 047329 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. - 23 dekabr 1987-ci il tarixli, Xİİ-ЖГ 437730 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi atası X9, anası isə Nümayəndədır. - Şəki şəhər İHB-nin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 20 sentyabr 2025-ci il tarixli, 152 saylı vərəsəliyə dair arayışından görünür ki, ünvan 2 ünvanında yaşamış X9 göstərilən ünvanda yaşamış, 26 oktyabr 2019-cu il tarixdə vəfat etmiş və onun Nümayəndə (arvadı), Məmmədova (Ələkbərova) Xuraman Rasim qızı (qızı), Ərizəçi (oğlu), X13 (qızı) adlı vərəsələri vardır. - 04 yanvar 1984-cü il tarixli, İX-ЖГ 424019 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X5 atası X9, anası isə Nümayəndədır. - Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən **********29- 06301 reyestr nömrəli arayışa əsasən, Şəki şəhəri, X23 prospekti, 143 (yeni qaydalarla: AZ 5503, Şəki şəhəri, X23 prospekti, giriş 248) ünvanında yerləşən ümumi sahəsi 127.71 kv.m., 0.0418 ha olan fərdi yaşayış evinin 35.53 kv.m əsas sahə X14, 9.74 kv.m əsas sahə və 15.25 köməkçi sahə X6, 51.94 kv.m əsas sahə və 15.25 köməkçi sahə X4 paylı mülkiyyətindədir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Qərarda qeyd edilmişdir ki, Ərizəçi mirasın açıldığı andan nə ərizə, nə də ki, faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - 23 oktyabr 1997-ci il tarixli, XXİ-ЖГ 258388 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X10 atası X9, anası isə Nümayəndədır. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 oktyabr 1982-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X11 arasında 16 oktyabr 1982-ci il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 455 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Ələkbərov”, arvada “Ələkbərova” soyadı verilmişdir. - Nümayəndə tərəfindən yazılmış ərizədən görünür ki, o, iddia tələbinə heç bir etirazının olmadığını bildirmişdir. - X13 tərəfindən yazılmış ərizədən görünür ki, o, iddia tələbinə heç bir etirazının olmadığını bildirmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan SSRİ Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəni araşdıraraq, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, X23 prospekti, 143 (yeni qaydalarla: AZ 5503, Şəki şəhəri, X23 prospekti, giriş 248) ünvanında yerləşən qeyri-yaşayış sahəsi ərizəçinin mərhum atası X7 məxsus olmuşdur. Atası vəfat etdikdən sonra ondan miras qalmış həmin qeyri-yaşayış sahəsinə sahiblik və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin qeyri-yaşayış sahəsi onun istifadəsindədir və həmin qeyri-yaşayış sahəsinə o, sahiblik edir. İş materiallarında göründüyü kimi qeyd olunan əmlaka heç kim sahiblənməmiş, əmlaka dair hər hansı vərəsəlik işi olmamışdır. Şəki şəhəri, X23 prospekti, 143 (yeni qaydalarla: AZ 5503, Şəki şəhəri, X23 prospekti, giriş 248) ünvanında yerləşən qeyriyaşayış sahəsinə ərizəçi sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin əmlak onun istifadəsindədir və həmin əmlaka o, sahiblik edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Ərizəçi mərhum atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilmə faktı müəyyən edilməlidir. Ödənilmiş rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Ərizəçi mərhum atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilmə faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1626/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1626/2025
23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver