Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1627/2024 07.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə olan 3801000CP6289913A64C saylı hesab üzrə onun tərəfindən ödənilmiş 8553.62 manat məbləğində tam borcun və 606 manat məbləğində icra məbləğinin, ümumilikdə 9159.62 manat məbləğində pulun cavabdeh X1 onun xeyrinə tutulması barədə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarına dair məlumat iddia ərizəsində dəqiq göstərilməlidir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin tələblərinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, elektron portaldan çıxarışdan göründüyü kimi cavabdeh Əlizadə X2 rayonu, Kəbirli kəndində kəndində qeydiyyatdadır. İddiaçı məhkəməyə borc tələbinə dair təqdim etdiyi iddia ərizəsi və ona əlavə olunmuş CP/62899/64/13 nömrəli, 17 iyul 2018-ci tarixli kredit sazişindən Cavabdeh Şəki şəhəri, N №li hərbi hissənin, hərbi şəhərçiyində faktiki yaşaması göstərilsə də, göründüyü kimi həmin müddətdən artıq 6 ilə yaxın bir müddət keçmişdir. Bu isə Cavabdeh hazırki vaxta Şəki şəhəri, N №li hərbi hissənin, hərbi şəhərçiyində qalaraq işləməsini şübhə altına alır. Bütün bu hallar cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsini, o cümlədən məhkəmə sənədlərinin rəsmi qaydada cavabdehə təqdim edilməsini çətinləşdirəcəkdir. Halbuki, MPM-nin 134 və 168.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin rəsmi qaydada verilməsi təmin olunmalıdır. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və İddiaçı cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1 və 152.1.3-cü maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №e-2(075)-1627/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1627/2024
07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver