Məhkəmə qərarları › İş №e-2(075)-1628/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1628/2025

16.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1628/2025 16.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Nemət qızının iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1933-cü il təvəllüdlü X6 atasının X16, anasının X17, eyni zamanda X6 Quliyeva (hazırda Qurbanova) Sümayə Cuma qızının doğma qardaşı olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1949-cü ildə Azərbaycan Respublikası Xakdan rayonun Cəyirli kəndində anadan olmuşdur. X4, anası X17 olmuşdur. O, xx.xx.1971-ci ildə X21 ilə nikaha girməklə Qurbanova soyadını qəbul etmişdir. Valideynlərinin ondan başqa 1930-cu il təvəllüdlü Əlibala, 1933-cü il təvəllüdlü Şamil, 1938-ci il təvəllüdlü Hamil, 1939-cu il təvəllüdlü Sürayə adlı övladları olmuşdur. X25 15 dekabr 2018-ci ildə vəfat etmişdir. Vəfat etdikdən sonra onun övladları olan Elmira Atamova və Yelena Məhərrəmova ondan miras qalmış əmlaklar üzrə vərəsəlik qaydasında həmin əmlakları qəbul etmişlər. Hazırda qardaşı qızları atalarından onlara miras qalmış həmin əmlakları ona bağışlamaq istəyirlər və buna dair etibarnamə də göndərmişlər. Bu notariat hərəkətinin aparılması üçün Notariat Ofisinə müraciət edərkən ərizəçidən Şamil Məhərrəmovun doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Qeydiyyat Şöbəsi isə xx.xx.2025-ci il tarixli məktubu ilə 1947-ci il tarixədək doğum haqqında akt qeydiyyat kitabları Şəki rayon Qeydiyyat Şöbəsində saxlanılmadığını bildirmişdir. Həmin sənədi o başqa cür əldə edə bilmir. X20, onun X4, anası X17 olmuşdur. Belə ki, ona məxsus doğum haqqında şəhadətnamədə ata və ana qrafasında qeyd olunan adlar X34 fililalında saxlanılan X7 1943-1944-cü illərin təsərrüfatbaşına kitabdan olan çıxarışda öz təsdiqini tapmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Nemət qızı ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi qardaşından miras qalmış əmlakın öz adına rəsmiləşdirilməsini istəyir, lakin qardaşı ilə qohumluq faktı müəyyən edilmədiyi üçün bu mümkün olmamışdır. Vəkil məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edərək ərizəni müdafiə edərək bildirmişdir ki, ailədə 4 uşaq olmuşlar, onlardan ən kiçiyi onun özüdür. X1 doğumu haqqında sənədi əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qardaşının arvadıdır. Sümayənin Şamil adında qardaşı olmuşdur. Onların atası Cuma, anaları Xanım olmuşdur. Şamil Mingəçevir şəhərində yaşamışdır, 6-7 il əvvəl vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin əridir, Şamillə onun arvadı Sümayə bacı-qardaş olmuşlar. Onların atası Cuma, anaları Xanım olmuşdur. Şamil Mingəçevir şəhərində yaşamış, sürücü işləmiş, 2018-ci ildə vəfat etmişdir. İşin halları; xx.xx.1965-ci il təvəllüdlü doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1949-cu il təvəllüdlü Ərizəçi X4, anası X11r. Mingəçevir Regional “Asan Xidmət” X14 tərəfindən verilmiş 15 may 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 15 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X22 arasında 21 oktyabr 1971-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06 mart 1957-ci il təvəllüdlü X2 atası X18, anası X15. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 oktyabr 1962-ci il təvəllüdlü X3 atası X18, anası X15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 noyabr 2022-ci il tarixli, ********** qeyiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 44.1 kv.m olan fərdi yaşayış evi X23, X12 və X3 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.70 kv.m olan mənzilin 2 otağın 4/6 hissəsi və 1 otağın 1/6 hissəsi X13, 2 otağın 1/6 hissəsi və 1 otağın 4/6 hissəsi X5 və 2 otağın 1/6 hissəsi və 1 otağın 1/6 hissəsi X3 mülkiyyətindədir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X9 arasında 11 oktyabr 1982-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X34 filialının 21 aprel 2025-ci il tarixli, 3-48-DA-12F/2-8/117/2025 saylı məktubundan görünür ki, Nuxa rayonu, Cəyirli kənd ZDS İcraiyyə Komitəsinin 1943-1944-cü ilərin təsərrüfatbaşına kitabına əsasən X7 təsərrüfatında ailə başçısı olduğu və Cuma Məhərrəm oğlu, Xanım Murtuz qızı, Əlibala Cuma oğlu, Şamil, Hamil və Surayə adlı ailə üzvləri olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin 14 may 2025-ci il tarixli, 888 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 13-cü bəndinə əsasən "Elektron notariat" informasiya sistemi vasitəsilə tərtib edilən notariat sənədlərində barəsində notariat hərəkəti aparılan şəxslər, müqavilənin predmeti, daşınmaz əmlakın növündən asılı olaraq müqavilə şərtləri müəyyən edilməli, özgəninkiləşdirilən daşınmaz əmlak və ya onun hissələri barədə məlumat, bağışlama müqaviləsi qohumlar arasında bağlandıqda gohumluq əlaqəsi göstərilməlidir. Belə olduğu halda X6 X19 ilə qohum olmaları, yəni bacı-qardaş olmaları barədə müvafiq sənədlər, hər ikisinin doğum haqqında şəhadətnamələrini notariusa təqdim edilməsi zəruridir. Ona görə də ərizədə qeyd olunan notariat əməliyyatın aparılması mümükün deyildir. Azərbaycan Respublikasının Şəki Regional "ASAN Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qediyyat Şöbəsinin 06 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydinin əldə edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının X34 rayon filialına və Şəki rayon qeydiyyat şöbəsinə sorğu göndərilmişdir. X34 rayon filialının xx.xx.2023-cü il tarixli, 3-48- DA-12/F/2-6/356/2023 nömrəli cavab məktubunda Şəki rayon qeydiyyat şöbəsinin 1932-ci ilin Cəyirli kəndi üzrə "Doğulanların qeydiyyat" kitabları X34 filialına təhvil verilmədiyi üçün doğum haqqında arxiv arayışını təqdim edə bilmədiyi bildirilmişdir. Həmçinin Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11-2760/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ş.C.Məhərrəmovun doğum haqqında akt qeydi Şəki rayon qeydiyyat şöbəsinin arxivində aşkarlanmamışdır. Eyni zamanda Şəki rayon qeydiyyat şöbəsinin cavab məktubuna əsasən bildiririk ki, 1947-ci ilədək doğum haqqında akt qeydi kitabları Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılmır və doğum haqqında bərpa akt qeydi kitabları da yoxlanılmışdır. Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.6-cl bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2- 1-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır. Qeyd edilənlərə əsasən, doğum faktının müəyyən edilməsi tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi miras qalmış evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməsidir. Ərizəçi tərəfindən mirasın qəbulu ilə bağlı müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona qohumluq əlaqələrinin müəyyən edilməməsi səbəbindən mirasın qəbulunun mümkün olmadığı bildirilmişdir. Ərizəçi qohumluq faktının müəyyən edilməsi, onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, ona qalmış mirası rəsmiləşdirə bilməmişdir. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran qohumluq faktının müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Buna görə də qeyd olunanlara əsasən 1933-cü il təvəllüdlü X6 atasının X16, anasının X10 olması, həmçinin 1933-cü il tarixdə anadan olmuş X6 Ərizəçi qardaşı olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. 1933-cü il təvəllüdlü X6 atasının X16, anasının X10 olması faktı müəyyən edilsin. 1933-cü il tarixdə anadan olmuş X6 Ərizəçi qardaşı olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar