Məhkəmə qərarları › İş №e-2(075)-1637/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1637/2024

11.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1637/2024 11.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı Cavabdeh qarşı “aldığı evin adına sənədləşdirilməsi, verilən etibarnamənin qüvvədə saxlanılması və mənzilin qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 2.000 ABŞ dolları müqavilində aldığı evin adına sənədləşdirilməsi, ona verilən etibarnamənin qüvvədə saxlanılması və mənzilin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələb birləşdirildiyindən, eləcə də iddia ərizəsinin qanunla müəyyən edilmiş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 2.000 ABŞ dolları müqavilində aldığı evin adına sənədləşdirilməsi, ona verilən etibarnamənin qüvvədə saxlanılması və mənzilin qaytarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, etibarnamənin verilməsi şəxsin iradəsindən asılı olan hall olduğundan eyni zamanda hansı mənzili hansı əsasla alınmasını və hansı mənzilin qaytarılmasına dair cavabdehə qarşı yönəlmiş həmin tələblərin bir-biri ilə əlaqəsi olmadığı, eyni zamanda məhkəmədə baxılmalı olmadığından onlar bir icraatda birləşdirilərək baxıla bilməz, mənzilin qaytarılmasına dair tələbi ayrıca icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.1.3-ci maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin xitamı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia tələbinin dəqiq ifadə olunmaması mülki mühakimə icraatının dispozitivliyi prinsipi ilə ziddiyyət təşkil etməklə ilk növbədə cavabdehin irəli sürülmüş iddia ilə bağlı öz müdafiəsini qurmasına, ikinci növbədə isə məhkəmənin iddia tələbinin həcmini müəyyən edib həmin tələblərlə bağlı qalması barədə mülki-prosessual qanunvericiliyin imperativ tələbinə riayət etməsinə maneə yaradır. Məhkəmə iddiaçıya izah edir ki, tələblərini və onun əsaslarını hər bir tələb üçün ayrıayrılıqda konkretləşdirməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aldığı evin adına sənədləşdirilməsi, verilən etibarnamənin qüvvədə saxlanılması və mənzilin qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar