Məhkəmə qərarları › İş №e-2(075)-1646/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1646/2022

23.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1646/2022 23.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş reyestr nömrəsi **********84-10301 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reystrində 1/3 payın paylı mülkiyyətçisi kimi qeyd olunan X1 onun ulu babası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 13 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclasları 12 avqust 2022-ci il və 30 avqust 2022-ci il tarixlərdə keçirilmiş, mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 23 sentyabr 2022-ci il tarixə saat 10:15-ə təyin edilmişdir. Lakin 23 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil da izahat verərək ərizənin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ərizəçi ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Ərizəçi iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 100 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi ərizəsi ilə bağlı ödəmiş olduğu 100 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın. Ərizəçi yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar