Məhkəmə qərarları › İş №e-2(075)-1662/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1662/2024

11.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1662/2024 11.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh Şəki RMX PHŞ-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş, Şəki RMX PHŞ-nin “X2 İttifaqı Şurası”-nın xx.xx.2024-cü il tarixli iclas protokolunun, “X2 İttifaqı Şurası”-nın Nizamnaməsinin tələblərinin kobud surətdə pozulması ilə qəbul edilməsinə görə ləğv edilməsinə barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 12 iyun 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni 11 iyul 2024-cü il tarixə, saat 09:40-a təyin edilmişdir. Lakin 11 iyul 2024-cü il tarixdə İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki RMX PHŞ isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar