Məhkəmə qərarları › İş №e-2(075)-1676/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1676/2022

27.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1676/2022 27.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rаyоn Məhkəməsinin hаkimi Mehdiyev Elçin Məhəmməd оğlunun sədrliyi, X9 оğlunun kаtibliyi, İddiaçılar İddiaçı1, Musayeva (Əlimzadə) Nərmin Rafiq qızının və İddiaçı2 iştirаkları ilə İddiaçılar İddiaçı1, Musayeva (Əlimzadə) Nərmin Rafiq qızının və İddiaçı2 Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiа ərizələri üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Musayeva (Əlimzadə) Nərmin Rafiq qızı və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açılmış vərəsəlik işinin başa çatdırılması, həmçinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının Şəki rayonu Orta Zəyzid kəndində yerləşən mərhum X6, iddiaçılar İddiaçı1 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızına məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, habelə cavabdehə bu cür hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 1998-ci ildə X7 ilə qeyri rəsmi ailə qurmuş, onların birgə evliliklərindən xx xxxxxx 1998ci il tarixdə X8, xx xxxxx 2001-ci il tarixdə isə İddiaçı2 adlı uşaqları anadan olmuşdur. O, X7 ilə ailə qurub, sonuncuya məxsus Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən ona, digər iddiaçılara və onun keçmiş əri mərhum X6 fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə Şəki rayonu Orta Zəyzid kəndinin ərazisindən 1900 kv/m torpaq sahəsi ayrılmışdır. Həyətyanı torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə onların birgə mülkiyyətinə verilməsinə baxmayaraq, həmin həyətyanı torpaq sahəsi əvvəldən də mərhum X4 istifadəsində olmuş və qeyd edilən torpaq sahəsində mərhum Rafiq Musayevə məxsus, hələ 1982-ci ildə inşa edilmiş fərdi yaşayış evi mövcud olmuşdur. O, X7 ilə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş və 2004-cü ilin əvvəllərindən faktiki olaraq ayrılmışlar. Sonradan o, mərhum X6 qarşı evdən istifadə hüquqlarının bərpası, azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə tələbinə dair iddia qaldırmışdır. Şəki Rayon Məhkəməsinin 08 noyabr 2004cü il tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilmiş, onun Şəki rayonu Orta Zəyzid kəndində yerləşən X6 məxsus olan yaşayış evindən istifadə hüququ bərpa edilmiş, onun azyaşlı uşaqları Nərmin və Nazəninlə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. X7 04 iyul 2017-ci il tarixdə vəfat etmişdir. X4 vəfatından sonra Rafiqə məxsus və miras qalmış evin vərəsələrinin adına rəsmiləşdirilməsi, həmçinin evin yerləşdiyi, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən təsərrüfat rəhbəri kimi X4 adına verilmiş, lakin adlı siyahı üzrə onun, X4 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızının ümumi birgə mülkiyyətlərində olan 204135 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1900 kv/m torpaq sahəsinin X6 məxsus evlə birlikdə reyestrdə qeydə alınma məcburiyyəti yaranmışdır. X1 məxsus evin və evin yerləşdiyi, birgə mülkiyyətdə olan 1900 kv/m torpaq sahəsinin adlarına qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi məqsədi ilə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, X4 qardaşı olan Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərini aparmalarına imkan verməmiş, buna görə də həmin ünvana gəlmiş mütəxəssislər tərəfindən ölçü işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh öz hərəkətləri ilə onun və digər iddiaçıların mülkiyyət hüquqlarını pozur və mübahisə predmeti olan əmlakdan istifadə etmələrinə maneəçiliklər yaradır, mütəxəssislərin həmin həyətdə və evdə ölçü işləri aparmasına maneəçilik törədir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçılar Musayeva (Əlimzadə) Nərmin Rafiq qızı və İddiaçı2 məhkəmə iclasında İddiaçı1 verdiyi izahatla eyni məzmunlu izahatlar verərərək onun göstərdiklərini təsdiq və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin) nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan X10 kitabında A 204135 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən X6 Şəki rayonu Orta Zəyzid kəndinin ərazisindən fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə 1900 kv/m torpaq sahəsi ayrılmışdır. İşdə olan Şəki şəhər İHB-nın Orta Zəyzid kəndindəki nümayəndəsi tərəfindən 18 dekabr 2021-ci il tarixdə verilmiş 797 saylı arayışdan görünür ki, Orta Zəyzid kəndində qeydiyyatda olmuş və 04 iyul 2017-ci il tarixdə vəfat etmiş X4 adına Orta Zəyzid kəndində qərara əsasən 1200,0 kv/m, əslində isə 1494,0 kv/m həyətyanı sahə vardır. Həmin həyətyanı torpaq sahəsində 1982-ci ildə tikilmiş iki otaqlı, kürsülü həyət evi vardır. X2 məxsusdur. İşdə olan Şəki şəhər İHB-nın Orta Zəyzid kəndindəki nümayəndəsi tərəfindən 26 fevral 1999-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1998-ci il təvəllüdlü X5 atası X7, anası isə İddiaçı1dır. İşdə olan Şəki şəhər VVAQ Şöbəsi tərəfindən 20 iyun 2001-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 2001-ci il təvəllüdlü İddiaçı2 atası X7, anası isə İddiaçı1dır. İşdə olan Şəki Rayon Məhkəməsinin 8 noyabr 2004-cü il tarixli, 2-399/2004 saylı qətnaməsindən görünür ki, İddiaçı1 iddiası təmin edilmiş, onun Şəki rayonu Orta Zəyzid kəndində yerləşən və X6 məxsus olan yaşayış evindən istifadə hüququ bərpa edilmiş və onun Nərmin və Nazənin adlı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İşdə olan Şəki şəhər İHB-nın Orta Zəyzid kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 24 iyul 2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 04 iyul 2017-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən ərizəçi İddiaçı1 ünvanlanmış 17 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, mərhum X6 məxsus Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 24 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Ərazi idarəsinin mütəxəssisi tərəfindən müayinə-ölçü işlərinin aparılmasına maneçilik törədilməklə mübahisə olduğu müəyyən edildiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən ərizəçi İddiaçı1 ünvanlanmış 16 fevral 2022-ci il tarixli məktubda göstərilmişdir ki, mərhum X6 məxsus Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 24 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Ərazi idarəsinin mütəxəssisi tərəfindən müayinə-ölçü işlərinin aparılmasına maneçilik törədilməklə mübahisə olduğu müəyyən edildiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmış, lakin dayandırma müddətində səbəb aradan qaldırılmadığından ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cü maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. İşdə olan Şəki şəhər İHB-nın Orta Zəyzid kənd İƏD üzrə nümayəndəliyinin 25 avqust 2022-ci il tarixli, 45 saylı məktubundan görünür ki, Cavabdeh və X4 digər bacı və qardaşlarının mərhum X3 miras qalmış evlə bağlı mübahisələri vardır. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşlarının mübahisəli evdə ölçmə işlərini aparmasına təkcə Cavabdeh deyil, mərhum X4 digər bacı və qardaşları da öz etirazlarını bildirirlər. Məhkəmə аrаşdırmаsı zаmаnı аydın оldu ki, mərhum X6 məxsus Şəki rayonu Orta Zəyzid kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmayan, 1982-ci ildə inşa edilmiş iki otaqlı, kürsülü həyət evi vardır. Həmin evin yerləşdiyi torpaq sahəsinə münasibətdə Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən X6, adlı siyahıda isə İddiaçı1 və X5 da adları qeyd edilməklə fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə 1900 kv/m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçılar Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən verilmiş Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 1900 kv/m torpaq sahəsinin və onun üzərində yerləşən mərhum X6 məxsus fərdi yaşayış evinin vahid mülkiyyət sənədi altında qeydiyyata alınması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin Cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin mütəxəssislərinə yerində ölçmə işlərinin aparılmasına imkan verməmişdir. Buna görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh isə məhkəməyə göndərdiyi iddiaya etirazında iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbayan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən təsərrüfat başçısı olaraq X4 adına Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 1900 kv/m torpaq sahəsi ayrılmışdır. Həmçinin həmin torpaq sahəsi üzərində X6 məxsus, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, 1982-ci ildə inşa edilmiş iki otaqlı, kürsülü həyət evi yerləşir. X7 04 iyul 2017-ci il tarixdə vəfat etdiyindən, onun vərəsələri olan uşaqları Musayeva (Əlimzadə) Nərmin Rafiq qızı, İddiaçı2 həmçinin 1900 kv/m həyətyanı torpaq sahəsi üzrə adlı siyahıda adı qeyd edilmiş İddiaçı1 torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınmasının mümkün olmaması nəzərə alınaraq evin və torpaq sahəsinin birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh buna imkan vermədiyindən iddiaçıların qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur. Buna görə də iddiaçılar Şəki rayonu Orta Zəyzid kəndində yerləşən mərhum X6 məxsus fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdırlar. Lakin, iddiaçılar iddia tələblərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının Şəki rayonu Orta Zəyzid kəndində yerləşən mərhum X7 ilə yanaşı iddiaçılar İddiaçı1 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızına da məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmasını, habelə cavabdehə bu cür hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsələr də Şəki şəhər İHB-nın Orta Zəyzid kənd İƏD üzrə nümayəndəliyinin arayışları ilə həmin evin məhz X6 məxsus olması müəyyən edilmiş, fərdi yaşayış evinin İddiaçı1 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızına da məxsus olmasına dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa fərdi yaşayış evinə baxış keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması bu cür hərəkətlərin qadağan edilməsini də özündə ehtiva etdiyindən məhkəmə iddia tələbinin İddiaçı1 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızına məxsus fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, habelə cavabdehə bu cür hərəkətlərin qadağan edilməsinə dair hissələrini əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının Şəki rayonu Orta Zəyzid kəndində yerləşən mərhum X6 məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Tələb edilməməsi və iddianın qismən təmin edilməsi nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsаsən Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 216-220, 223 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə T E T D İ: İddiа qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının Şəki rayonu Orta Zəyzid kəndində yerləşən mərhum X6 məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnаmədən surəti rəsmi qаydаdа verildiyi gündən 1(bir) аy müddətinə Şəki Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-1676/2022 27 oktyabr 2022-ci il İddiaçılar: İddiaçı1, Musayeva (Əlimzadə) Nərmin Rafiq qızına, İddiaçı2 (Şəki rayonu, Orta Zəyzid kəndi) Cavabdeh: Cavabdeh (Şəki rayonu, Orta Zəyzid kəndi) Üçüncü şəxs: DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə) (Şəki şəhəri) Şəki Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2 (075)-1676/2022 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamə 03 vərəqə, 05 səhifə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar