Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1682/2024 18.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X18 və Cavabdeh Maliyyə sektorunun müdiri X8 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” və İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1- 190K/2024 nömrəli İddiaçı şiddətli töhmət verilməsi ilə bağlı əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin iyun ayından 4 saylı ƏMHMnin (Ərazi Maliyyə Hesablaşma Mərkəzi) Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığında mühasib kimi çalışmağa başlamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdən Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunda məsləhətçi, xx.xx.2023-cü il tarixdən isə həmin idarədə, yəni Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində nizam-intizamlı, işini peşəkar yerinə yetirən işçi olmuşdur. O, xx.xx.2024-cü il tarixdə dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçərək BB2 kateqoriyası üzrə sertifikat almışdır. Şəxsi işinə tikilməklə verilmiş şiddətli töhmət onun gələcək kariyerasına ləkədir. xx.xx.2024-cü il tarixdə Qəbələ rayon, Solquca kənd ümumi orta məktəbinin direktoru X27 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Qəbələ rayonu Təhsil sektorunun müdiri Arifə Bayramovaya ərizə verərək 23- 30 oktyabr 2023-cü il tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunduğunu bildirmişdir. Həmçinin ərizəsində guya ona dəfələrlə müraciət etdiyini, o, ezamiyyənin yarısının ona verilməsi müqabilində ödəniş edəcəyini, vermədiyi təqdirdə ezam pulunu hesablamayacağını qeyd etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində Qəbələ rayon, Savalan kənd ümumi orta məktəbinin direktoru X19 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektoruna ərizə verərək 13-18 noyabr 2023-cü tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunduğunu və 5 aydan çoxdur ezam pulunun hesablanmadığını bildirmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, guya ona dəfələrlə müraciət etmiş, lakin o, ezam pulunu hesablamamışdır. Qeyd olunan hallarla bağlı bildirir ki, X27 23-30 oktyabr 2023-cü il tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunmuş və onun ezamiyyə əmri və ezamiyyə vərəqi ona xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Həmçinin 13-18 noyabrda ezamda olmuş X5 da əmri və ezamiyyə vərəqəsi noyabr ayının sonu ona təqdim edilmişdir. Əlindəki ezam sənədlərinə əsasən büdcədə cəmi 200 manat pul qaldığı üçün dekabr ayının pul sifarişində hər iki şəxsin ezamını vura bilmək üçün 4.2.2 paraqrafından cəmi 1000 manat pul sifariş vermişdir. Ancaq 4.2.2 paraqrafında smeta olmadığı üçün pul açılmamış və bu səbəbdən də o, sənədləri icra edə bilməmişdir. Daha sonra fevral ayında pul sifariş vermiş və xx.xx.2024-cü ildə ezamiyyə sənədini vurmağına baxmayaraq maliyyə tərəfindən keçirilməmişdir. Bununla bağlı maliyyə-iqtisadiyyat sektorunun əməkdaşlarına xəbər verdikdə onlar qeyd etmişlər ki, bu hal təkcə onlarda deyil. Bununla bağlı 19 saylı Regional Xəzinədarlıq İdarəsinə məktub yazılacağı ona kimi sənədləri vurmamaqları bildirilmişdir. Bununla bağlı araşdırma aparıla bilər. Həmçinin maliyyədən də həqiqətəndə dekabrda smetada pulun olmadığı araşdırıla bilər. Daha sonra X27 xx.xx.2024-cü il tarixdə ərizə verərək onun haqqında yazdığı ərizəni geri götürdüyünü bildirmişdir. Bu isə həmin şəxsin qərəzli və kimlərsə tərəfindən öyrədildiyini göstərir. Öncə ərizə verərək ezamiyyə pulunun ödənmədiyini və onun ezamiyyənin yarısını istədiyini bildirir, daha sonra isə başqa bir ərizə verib əsəbi olduğu üçün bu ərizəni yazdığını bildirir. Elşən müəllimin yalandan ona şər atmaq məqsədilə öyrədilmiş şəkildə verdiyi ərizəyə əsasən Şəki Zaqatala RTİ-nin müdriyyəti tərəfindən xx.xx.2024-cü ildə Şəkidə 6 rayonun əməkdaşlarının iştirakı ilə keçirilən iclasda Qəbələdə ezamiyyəyə pulu alınıb deyə elan edib onun nüfuzuna ləkə vuruldu. O, bu məsələylə bağlı Günay Mahmudovayla görüşmək istəməyinə baxmayaraq 2-ci dəfə Günay xanım yenə onunla görüşməmiş və onu Bəhruz müəllimə yönləndirdilər. Bəhruz müəllimlə söhbətlərində o bildirdi ki, bu ərizələr araşdırılmışdırmı ki, onun nüfuzunu belə ləkələyirsiz? O, həmçinin bildirdi ki, Elşən müəllimlə üzləşmə tələb edir, o isə prokurorluq orqanı olmadıqlarını və araşdırma etmədiklərini bildirdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə onun izahatı alındı və o, izahatında da həmin xüsusatları qeyd eləmişdir. Buna baxmayaraq heç bir qanuni araşdırma aparmadan həmin idarə ona qarşı qərəzli mövqe sərgiləyərək xx.xx.2024-cü il tarixdə şiddətli töhmət vermişdir. Həmin əmrdə qeyd edir ki, guya ona sonuncu xəbərdarlıqdan sonra şiddətli töhmət verilmişdir. Ancaq daha öncə ona heç bir xəbərdarlıq edilməmişdir. Göründüyü kimi ona qarşı qərəzli münasibət göstərərək ona şiddətli töhmət verilməsi barədə əmrlər vermişdir. Cavabdeh orqan onu işdən çıxarmağı öncədən planlaşdırmış, yuxarıda adlarını qeyd etdiyi şəxslərə təziq edərək bir neçə ərizə yazaraq guya onlara verilməli olan ezamiyyə pulları onun təqsiri ucbatından verilməmiş, üstəlik də ona böhtan atmışlar ki, guya o, həmin adamlardan ezamiyyənin yarısını istəmişdir. Halbuki, qeyd edilən ezamiyyə pulları isə onun təqsirindən deyil, smetada pul olmadığına görə ödənilməmişdir. İşə götürən əmrində qeyd etmişdir ki, guya o, əmək funksiyalarını yerinə yetirməmiş, vəzifə səlahəyyətlərindən irəli gələn imkanlardan sui-istifadə etmişdir. Lakin bu qeyd olunan sui-istifadə halları hansı hallardır qeyd olunmamışdır. Göründüyü kimi əmr düzgün tərtib edilməmiş, əmək qanunvericiliyinin tələbləri baxımından əsaslandırılmamışdır. Cavabdeh əmri əsaslandırmamışdır. Sadəcə bir neçə cümlə qeyd edərək həmin əmri imzalamışdır. Göründüyü kimi töhmət verilərkən iddiaçının şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və törətdiyi xətanın xarakteri müqayisəli şəkildə nəzərə alınmamışdır. Bununla da, Əmək Məcəlləsinin 12 və 186-cı maddələrinin pozulması halı baş vermişdir. Beləliklə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1- 190K/2024 nömrəli əmri qanunsuz və əsassız olmuşdur. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 2(075)-1682/2024 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh maliyyəiqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 saylı əmrinin ona aid hissədə, onun vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 saylı əmrinin və Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 31 may 2024-cu il tarixli qərarının ləğv edilməsinə, onun Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsinə bərpa edilməsinə və məcburi iş buraxma dövrü üçün ona əmək haqqı ödənilməsi, həmçinin vəkilə xidmət haqqı üçün ödədiyi 1000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin iyun ayından 4 saylı ƏMHMnin (Ərazi Maliyyə Hesablaşma Mərkəzi) Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığında mühasib kimi çalışmağa başlamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdən Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunda məsləhətçi, xx.xx.2023-cü il tarixdən isə həmin idarədə, yəni Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində nizam-intizamlı, işini peşəkar yerinə yetirən işçi olmuşdur. O, xx.xx.2024-cü il tarixdə dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçərək BB2 kateqoriyası üzrə sertifikat almışdır. Şəxsi işinə tikilməklə verilmiş şiddətli töhmət onun gələcək kariyerasına ləkədir. xx.xx.2024-cü il tarixdə Qəbələ rayon, Solquca kənd ümumi orta məktəbinin drektoru X27 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Qəbələ rayonu Təhsil sektorunun müdiri Arifə Bayramovaya ərizə verərək 23- 30 oktyabr 2023-cü il tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunduğunu bildirmişdir. Həmçinin ərizəsində guya ona dəfələrlə müraciət etdiyini, o, ezamiyyənin yarısının ona verilməsi müqabilində ödəniş edəcəyini, vermədiyi təqdirdə ezam pulunu hesablamayacağını qeyd etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində Qəbələ rayon, Savalan kənd ümumi orta məktəbinin direktoru X19 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektoruna ərizə verərək 13-18 noyabr 2023-cü tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunduğunu və 5 aydan çoxdur ezam pulunun hesablanmadığını bildirmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, guya ona dəfələrlə müraciət etmiş, lakin o, ezam pulunu hesablamamışdır. Qeyd olunan hallarla bağlı bildirir ki, X27 23-30 oktyabr 2023-cü il tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunmuş və onun ezamiyyə əmri və ezamiyyə vərəqi ona xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Həmçinin 13-18 noyabrda ezamda olmuş X5 da əmri və ezamiyyə vərəqəsi noyabr ayının sonu ona təqdim edilmişdir. Əlindəki ezam sənədlərinə əsasən büdcədə cəmi 200 manat pul qaldığı üçün dekabr ayının pul sifarişində hər iki şəxsin ezamını vura bilmək üçün 4.2.2 paraqrafından cəmi 1000 manat pul sifariş vermişdir. Ancaq 4.2.2 paraqrafında smeta olmadığı üçün pul açılmamış və bu səbəbdən də o, sənədləri icra edə bilməmişdir. Daha sonra fevral ayında pul sifariş vermiş və xx.xx.2024-cü ildə ezamiyyə sənədini vurmağına baxmayaraq maliyyə tərəfindən keçirilməmişdir. Bununla bağlı maliyyə-iqtisadiyyat sektorunun əməkdaşlarına xəbər verdikdə onlar qeyd etmişlər ki, bu hal təkcə onlarda deyil. Bununla bağlı 19 saylı Regional Xəzinədarlıq İdarəsinə məktub yazılacağını ona kimi sənədləri vurmayacaqlarını bildirmişlər. Maliyyədən də həqiqətən də dekabrda smetada pulun olmadığı araşdırıla bilər. Daha sonra X27 xx.xx.2024-cü il tarixdə ərizə verərək onun haqqında yazdığı ərizəni geri götürdüyünü bildirmişdir. Bu isə həmin şəxsin qərəzli və kimlərsə tərəfindən öyrədildiyini göstərir. Öncə ərizə verərək ezamiyyə pulunun ödənmədiyini və onun ezmiyyənin yarısını istədiyini bildirir, daha sonra isə başqa bir ərizə verib əsəbi olduğu üçün bu ərizəni yazdığını bildirir. Elşən müəllimin yalandan ona şər atmaq məqsədilə öyrədilmiş şəkildə verdiyi ərizəyə əsasən Şəki Zaqatala RTİ-nin müdriyyəti tərəfindən xx.xx.2024-cü ildə Şəkidə 6 rayonun əməkdaşlarının iştirakı ilə keçirilən iclasda Qəbəldə ezamiyyəyə pul alınıb deyə elan edib onun nüfuzuna ləkə vuruldu. O, bu məsələylə bağlı Günay Mahmudovayla görüşmək istəməsinə baxmayaraq 2-ci dəfə Günay xanım yenə onunla görüşmədi və onu Bəhruz müəllimə yönləndirdilər. Bəhruz müəllimlə söhbətlərində bildirdi ki, bu ərizələr araşdırılmışdırmı ki, onun nüfuzunu belə ləkələyirsiz? O, həmçinin bildirdi ki, Elşən müəllimlə üzləşmə tələb edir, o isə onların prokurorluq orqanı olmadıqlarını və araşdırma da etmədiklərini bildirdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə onun izahatı alındı və o, izahatında da həmin xüsusatları qeyd etmişdir. Buna baxmayaraq heç bir qanuni araşdırma aparmadan həmin idarə ona qarşı qərəzli mövqe sərgiləyərək xx.xx.2024-cü il tarixdə şiddətli töhmət verimişdir. Həmin əmrdə qeyd edir ki, guya ona sonuncu xəbərdarlıqdan sonra şiddətli töhmət verilmişdir. Ancaq daha öncə ona heç bir xəbərdarlıq edilməmişdir. Göründüyü kimi ona qarşı qərəzli münasibət göstərərək ona şiddətli töhmət verilməsi barədə əmrlər vermişdir. Daha sonra həmin şiddətli töhmətin verilməsinə dair əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Daha sonra onlar onu 31 may 2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinin iclasına çağırdılar. Həmin iclasda o, hər şeyi olduğu kimi bildirdi, lakin iclasın iştirakçıları ona töhmət verən və onun işgüzar nüfuzunu ləkələyən şəxslər idi. Yəni iclas formal xarakterli iclas idi. Məqsədləri onu işdən azad etmək idi. Elə həmin iclasda onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verildi. Daha sonra xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07 iyun 2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verildi. İşəgötürən onun əmək müqaviləsinə xitam verilməsinə dair əmrində qeyd etmişdir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq vəzifələrin icrası zamanı pozuntulara yol verdiyinə, yəni vəzifə səlahiyyətləri həddində ona verilmiş tapşırıqlara etinasız münasibət göstərərək həmin tapşırıqları yerinə yetirmədiyinə və yerinə yetirilməsindən imtina etdiyinə görə haqqında işdən azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07 iyun 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Həmin əmr ümumiyyətlə əsaslandırılmamış, yəni əmrdə göstərilən pozuntular nədən ibarətdir və o, hansı əmr və yaxud göstərişləri yerinə yetirməmiş qeyd olunmamışdır. Cavabdeh orqan onu işdən çıxarmağı öncədən planlaşdırmış, yuxarıda adlarını qeyd etdiyi şəxslərə təziq edərək bir neçə ərizə yazaraq guya onlara verilməli olan ezamiyyə pulları onun təqsiri ucbatından verilməmiş, üstəlikdə ona böhtan atmışlar ki, guya o, onlardan ezamiyyənin yarısını istəmişdir. X4 xx.xx.2024-cü il tarixdə ərizə verərək onun haqqında yazdığı ərizəni geri götürdüyünü bildirmişdir. Onda həmin şəxslərin səs yazıları vardır. Həmçinin cavabdeh tərəf hələ də yuxarıda adları qeyd olunan şəxslərin ezamiyyə xərclərini verməmişdir. Hansı ki, onu ezamiyyə xərclərini verməməyi ilə ittiham edirdi. Əgər həmin məsələlərdə günah onda idisə, niyə indi özləri ödəmirlər. Göründüyü kimi əmr düzgün tərtib edilməmiş, əmək qanunvericiliyinin tələbləri baxımından əsaslandırılmamışdır və əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin işəgötürən tərəfindən ona təziqlər olunmuşdur. Bu hal da onu göstərir ki, cavabdeh verdiyi əmrin qanunsuz olduğunu bilir. Daha sonra onu işdən azad edəcəklərini öncədən planlaşdırdıqları üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X31 Təhsil İdarəsinin maliyyəiqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 saylı əmr verərək onun razılığı olmadan və ona heç bir şey demədən ona əhatə dairələrindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyatı üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının (X10) yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu (evdə təhsilə cəlb olunan xəstə uşaqlar) şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması vəzifəsi həvalə edilmişdir. İlk öncə şiddətli töhmət verərək daha sonra başqa rayonda ona vəzifə həvalə edildi. Onun azyaşlı övladı var və onun hər gün başqa bir rayona işə gedib gəlməyi mümkün deyildir. Daha sonra da bunu bəhanə gətirib işdən azad edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 saylı əmri və Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 31 may 2024-cu il tarixli qərarı qanunsuz və əsassız olmuşdur. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 2(075)-1972/2024 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-1972/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-1972/2024 saylı mülki iş İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-1682/2024 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizələrinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizələrini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, onun işdən çıxarlanmasının səbəbi Cavabdeh onunla qərəzli mövqedə olmasıdır. Cavabdeh Qəbələ Şöbəsinin və Qızıl Aypara Cəmiyyətinin rəhbərlərinin onunla ədavəti vardır. Hazırki hadisələr bu səbəbdən baş vermişdir. Qızıl Aypara Cəmiyyətinə çoxsaylı müəllimlərin adından ərizələr təqdim edilərək ondan cəmiyyətin xeyrinə pul ödənilməsi tələb edilmişdir. O isə ərizələrin hər birinin eyni şəxs tərəfindən yazıldığını görərək bu tələbdən imtina etmişdir. Bu səbəbdən onun iş yeri və vəzifəsi onun razılığı olmadan, qanunsuz olaraq rəhbərlik tərəfindən dəyişdirilmişdir. Elşən adlı şəxsə onun barəsində şər böhtan xarakterli ərizə yazdırılmışdır. Buna sübut olaraq onun xeyrinə Elşən müəllimin ikinci ərizəsi vardır. Hansı ki, o, yazdıqlarını inkar etmişdir. Cavabdehin nümayəndələrinin istinad etdikləri paraqraf ilə bağlı texniki səhv etdiyini etiraf edir. Lakin ona töhmət aprel ayında verilmişdir. Yoxlama isə may ayında aparılmışdır. Göstərilən paraqrafla bağlı hansı ki, bir nəfər şəxs şikayət edib, 200 manat pul vəsaiti var idi. O, sifarişi dekabr ayının əvvəlində vurmuş, yəni öz öhdəsinə düşən işi etmişdir. Arifə Babayevanın onunla ədavəti vardır. Cavabdeh Maliyyə sektorunun müdiri X22 ilə məsləhət edib sonra işləri yerinə yetirmişdir. Onunla yanaşı Araz Babayev də məsuliyyət daşıyır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı barəsində şikayət edən Elşən adlı şəxs aprelin 5-i ərizə yazıb ki, əsəbi olub, sonradan yenidən ərizə yazıb ki, ona təzyiq olunmuşdur. Həmin şəxslə bağlı prokurorluq orqanına şikayət ərizəsi ilə müraciət olunub. Hər hansı bir şəxsə vəzifə həvalə edilərsə, həmin şəxsin razılıq ərizəsi lazımdır. İşçi işdən azad olunduğu halda əmr əsaslandırılmalıdır. İddiaçının işdən azad olunma əmri əsaslandırılmamışdır. İddiaçı dövlət qulluğu imtahanını BB2 sertifikat imtahanından keçib, savadlı kadrdır. Hesab edir ki, işçi texniki səhvə yol verdiyi üçün ona qarşı çox sərt qərar qəbul olunub. Buradan da bəlli olur ki, Cavabdeh iddiaçı ilə qərəzli mövqeyi vardır. Cavabdeh iddiaçının şiddətli töhmətlə işdən azad olunmasına dair əmri gələcək karyerasına mənfi təsir edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X28 izahat verərək bildirdi ki, Cavabdehndə iddiaçının işdən azad olunması məsələsi tam olaraq araşdırılmışdır. İddiaçının barəsində yazılmış şikayət ərizələri şablon şəkildə olsa da, ərizələrdəki imzalar ayrı-ayrı şəxslərə məxsusdur. Hesab edir ki, iddia tələbi əsassızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Maliyyə sektorunun müdiri X22 izahat verərək bildirdi ki, iddiaçının işi yoxlanılmış, nöqsanlar aşkar olunmuş, buna görə də ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdən azad olunmasına gəldikdə isə, iddiaçı işlədiyi zaman Qəbələ rayonunda qalaraq başqa işdə işləməsi təklif olunmuş, lakin iddiaçı onlarla razılaşmamış, əvvəlki vəzifəsində ixtisaslaşdığını bildirmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 08 iyun 2024-cü il tarixli, MŞŞ/MT035-2024-360 nömrəli X11 iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. Cavabdeh nümayəndəsi X11 iştirak etməmişdir. - Qəbələ rayonu, Savalan kənd ümumi orta məktəbin direktoru X19 tərəfindən Cavabdeh Maliyyə-İqtisadiyyat sektorunun müdiri Araz Babayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, 13 - 18 noyabr 2023-cü il tarixdə Qəbələ rayon İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunmuşdur. Lakin 5 aydır ki, ona ezamiyyə pulu hesablanmayıb. Dəfələrlə Qəbələ Təhsil Sektorunun mühasibi İddiaçı müraciət etsə də, heç bir faydası olmamışdır. Ona ayrılmış ezamiyyə pulunun hesablanmasına köməklik göstərilməsini xahiş etmişdir. - Qəbələ rayonu, Solquca kənd ümumi orta məktəbin direktoru X23 tərəfindən Cavabdeh Maliyyə-İqtisadiyyat sektorunun müdiri Araz Babayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, 23 - 30 oktyabr 2023-cü il tarixdə Qəbələ rayon İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunmuşdur. Lakin 5 aydır ki, ona ezamiyyə pulu hesablanmayıb. Dəfələrlə Qəbələ Təhsil Sektorunun mühasibi İddiaçı müraciət etsə də, heç bir faydası olmamışdır. Ona ayrılmış ezamiyyə pulunun hesablanmasına köməklik göstərilməsini xahiş etmişdir. - Qəbələ rayonu, Solquca kənd ümumi orta məktəbin direktoru X23 tərəfindən Cavabdeh Maliyyə-İqtisadiyyat sektorunun müdiri Araz Babayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Şəki-Zaqatal Regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun aparıcı-məsləhətçisi İddiaçı haqqında xx.xx.2024-cü il tarixdə yazdığı şikayəti ərizəsini geri götürür. Qeyd edir ki, ərizəni yazan zaman əsəbi olmuş və ərizədə yazdığı iddiaları geri götürür. - Cavabdeh müdir müavini Günay Mahmudovanın xx.xx.2024-cü il tarixli, 3-29-42/3- 1-190 nömrəli intizam tənbehi barədə əmrindən görünür ki, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan sui istifadə etdiyinə görə məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin Cavabdeh Maliyyəiqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. - X31 Təhsil İdarəsi Qəbələ rayonu üzrə 2023-cü ilin dekabr ayına vəsait ayrılması barədə cədvəldən görünür ki, ölkədaxili ezamiyyə üçün 1000 manat məbləğdə vəsait ayrılmışdır. - xx.xx.2023-cü il tarixli, 3-29-42/3-1-495E/2023 saylı əmrlə verilmiş ezamiyyə vərəqəsindən görünür ki, X6 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi ilə "xxxx" MMC dərslik sistemi ilə işləyən şəxslər üçün təlim məqsədi ilə Bakı şəhəri 271 saylı orta məktəbə 4 gün müddətində ezam edilmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli Qəbələ rayon Təchizatının ezamiyyə xərcləri siyahısından görünür ki, X6 üçün 288 manat məbləğdə ezamiyyə xərci ayrılmışdır. - Qəbələ rayonu Solquca kənd ümumi orta məktəbin direktoru X23 tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhərində Mülki Müdafiə kurslarına ezam olunmuşdur. Ezamiyyə pulunu ala bilmədiyi üçün o zaman Maliyyə Sektorunun məsləhətçisi işləyən İddiaçı ilə bağlı şikayət ərizəsi ilə Cavabdeh rəhbərliyinə müraciət etmişdir. Müraciəti heç kimin təzyiqi altında yazmamışdır. İddiaçı o və övladı ilə şantaj edərək ərizəni geri götürməsini tələb etmişdir. Ezamiyyə pulunu bu günə qədər də almamışdır, şikayət ərizəsinin aidiyyəti üzrə nəzərə alınmasını xahiş edir. - Qəbələ rayonu üzrə təhsil metodisti Məlahət Hüseynova tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, o, dərslik sisteminin yaradılması ilə əlaqədar "xxxx" MMC tərəfindən keçirilmiş təlimdə iştirak etmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi Bakı şəhərinə ezam edilmişdir. Ezamiyyə xərcini ala bilmədiyi üçün dəfələrlə Qəbələ rayonu üzrə Maliyyə Sektorunun keçmiş məsləhətçisi İddiaçı xanıma dəfələrlə müraciət etməyinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Daha sonra Cavabdeh Maliyyə Sektorunun müdiri Araz Babayevə və Cavabdeh müdiri xanım Günay Mahmudovaya ərizə ilə müraciət etmişdir. Müraciəti heç kimin təzyiqi altında yazmamış və yazdığı müraciətdən imtina etmir. - Qəbələ rayon Savalan kənd ümumi orta məktəbinin direktoru X19 tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhərində Mülki Müdafiə kurslarına ezam olunmuşdur. O, Ezamiyyə üçün ayrılan pulu ala bilmədiyi üçün dəfələrlə maliyyə sektorunun məsləhətçisi İddiaçı müraciət etməsinə baxmayaraq həmin pulu ala bilməmişdir. Ona görə də İddiaçı ilə bağlı şikayət ərizəsi ilə Cavabdeh maliyyə sektorunun müdiri Araz Babayev cənablarına müraciət etmişdir. Həmin şikayətini heç kimi təzyiqi altında yazmamış və yazdığı müraciətdən imtina etmir. Hələ bu günədək ezamiyyə xərcini ala bilməmişdir. - Cavabdeh müdiri X9 vəzifəyə təyin edilmə barədə əmrindən görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən İddiaçı 3 ay sınaq müddəti gözlənilməklə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Cavabdehndə Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlıqda mühasib vəzifəsinə təyin edilməsi əmr edilmişdir. - Cavabdeh müdiri X9 başqa işə keçirilmə barədə əmrindən görünür ki, Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun məsləhətçisi X7 xx.xx.2022-ci il tarixdən həmin sektorun aparıcı məsləhətçisi vəzifəsinə, Cavabdeh Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığının mühasibi İddiaçı xx.xx.2022-ci il tarixindən maliyyə-iqtisadiyyat sektorunun məsləhətçisi vəzifəsinə keçirilməsi, maliyyə-iqtisadiyyat sektorunun müdiri (Araz Babayev) bu əmrdən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etməsi əmr edilmişdir. - Cavabdeh müdiri X9 başqa işə keçirilmə barədə əmrindən görünür ki, Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun məsləhətçisi İddiaçı maliyyə-iqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsinə, Şəki rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın böyük mühasibi X13 Oğuz rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlıqda mühasib vəzifəsinə, maliyyə-iqtisadiyyat sektoru (Araz Babayev) və İnzibati təşkilat sektoru (Alqış Həsrətov) bu əmrdən irəli gələn məsələləi həll etməsi əmr edilmişdir. - Cavabdeh müdiri səlahiyyətlərini icra edən müdir müavini Günay Mahmudovanın maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə əmrdən görünür ki, əhatə dairələrindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyatı üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı həvalə edilməsi əmr edilmişdir. - Qəbələ rayonu üzrə təhsil sektorunun metodisti Məlahət Hüseynova tərəfindən Cavabdeh müdir əvəzi vəzifəsini müvəqqəti icra edən Günay Mahmudovaya ünvanlanmış ərizədə qeyd edilmişdir ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-29-42/3-1-495E/2023 nömrəli əmrinə əsasən dərslik sisteminin yaradılması ilə əlaqədar "xxxx" MMC tərəfindən keçirilmiş təlimdə iştirak etmək üçün xx.xx.2023-cü il tarixində 4 gün olmaqla Bakı şəhərinə ezam edilmişdir. Lakin bu günə qədər ona ayrılmış ezamiyyə xərcini ala bilməmişdir. Bu haqda dəfələrlə Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun məsləhətçisi İddiaçı müraciət etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək guya ezamiyyə xərclərinin ödənilməsi üçün müraciət etmiş, lakin müraciət büdcədə pul vəsaitinin olmadığı üçün sifariş geri qaytarılmışdır. Bu barədə Araz Babayevə mürtaciət etmişdir. O da metodkabinetlərin vəsaitində ezamiyyə xərcinin olmadığını bildirmişdir. Lakin onunla birgə ezamiyyədə olan digər regionun metodkabinet əməkdaşlarının ezamiyyə xərcləri ödənilmişdir. Əgər Cavabdeh regionlar üzrə metodkabinet əməkdaşlarının ezamiyyə xərclərini ödəmək üçün balansda vəsait yoxdursa, onda digər 5 region əməkdaşlarının ezamiyyə xərclərini necə alıblar? Onlardan yalnız biri Zaqatala üzrə kursda iştirak edən mühasibdir. Digər əməkdaşlar isə metodkabinetlərin regionlar üzrə metodistləridir. Bu məsələnin həll edilməsində ona köməklik göstərilməsini xahiş edir. - Qəbələ rayonu Solquca kənd ümumi orta məktəbin direktoru X23 tərəfindən Cavabdeh Qəbələ rayonu üzrə Təhsil Sektorunun müdiri xanım Arifə Bayramovaya ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, 23 - xx.xx.2023-cü il tarixində Bakı şəhərinə mülki müdafiə təlimlərində iştirak etmişdir. Rəsmi sənədlərinin və dəfələrlə müraciətinin olmasına baxmayaraq ezamiyyə xərcləri ödənilməmişdir. Bununla bağlı sektorun aparıcı-məsləhətçisi İddiaçı məlumat versə də, nəticəsi olmamışdır. İddiaçı ezamiyyə xərclərinin ona yarısının verilməsi müqabilində ödəniş edəcəyini bildirmişdir. Buna etiraz etdiyi üçün bu günə qədər ezamiyyə xərclərini ala bilməmişdir. Məsələ ilə bağlı tədbir görülməsini xahiş edir. - Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi German Xancanov tərəfindən Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun müdiri Araz Babayevə ünvanlanmış təqdimatda qeyd edilmişdir ki, Qəbələ rayonu üzrə təhsil sektorunun tabeliyində olan Nohurqışlaq kənd uşaq bağçasında müdir vəzifəsi vakant olduğundan həmin vəzifənin icrası yeni kadr təyin olunanadək Cavabdeh xx.xx.2022-ci il tarixli, K-290 nömrəli əmri ilə həmin bağçada 1 (bir) ştat vahidi tərbiyəçi vəzifəsində çalışan X14 həvalə edilmişdir. Bağçanın mühasibi X3 xx.xx.2024-cü il tarixində 1C proqramında təsdiqedici sənəd (əmr, əmək müqaviləsi bildirişi) olmadan X15 işdən azad etmiş, xx.xx.2024-cü il tarixindən isə bağçaya müdir vəzifəsinə işə qəbul etmişdir. Qeyd etmək istərdim ki, Qəbələ rayonu üzrə maliyyə məsələlərinə cavabdeh maddi məsul şəxs İddiaçıdır. - Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun müdiri Araz Babayev tərəfindən Cavabdeh müdir səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudovaya ünvanlanmış təqdimatda qeyd edilmişdir ki, Regional Təhsil İdarəsinin 2023-cü il üçün xərclər smetasında 4.9.3 paraqrafı üzrə 222510 (ölkədaxili ezamiyyələr) xərc maddəsində 2182.20 manat vəsait nəzərdə tutulmuşdur. 2182.20 manat maliyyələşmə açılmış, ilin sonuna kassada qalan 642.80 manat dövlət büdcəsinə geri qaytarılmışdır. 4.2.2 paraqrafı üzrə 222510 (ölkədaxili ezamiyyələr) xərc maddəsində 1500 manat vəsait nəzərdə tutulmuşdur. 1500 manat maliyyələşmə açılmış ilin sonunda 298.60 manat dövlət büdcəsinə geri qaytarılmışdır. Həmin xərc maddəsindən digər rayonlar ezamiyyə xərcləri ödəmişlər. Qəbələ rayonu üzrə aparıcı məsləhətçi Günel Abdullayevə ezamiyyə ödənişini həyata keçirməmişdir və bu səbəbdən də metodiki kabinetin metodisti Məlahət Mustafayeva və Solquca kənd ümumi orta məktəbin direktoru Elşən Balalıyev ezamiyyə pullarını ala bilməmişlər. Bu da son nəticədə həmin şəxslərin haqlı narazılıqlarına səbəb olmuşdur. Odur ki, mövcud nöqsanlarla bağlı maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi Günel Abdullayevə barədə qanunamüvafiq qaydada tədbir görülməsi xahiş edilir. - Cavabdeh müdiri səlahiyyətlərini icra edən, müdir müavini X12 İttifaqı Komitəsinə ünvanladığı təqdimatın müzakirəsi ilə əlaqədar Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının protokolundan xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh müdiri Günay Mahmudovanın vəzifədən azad edilmə barədə əmrindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq vəzifələrin icrası zamanı pozuntulara yol verildiyinə, yəni vəzifə səlahiyyətləri həddində ona verilmiş tapşırıqlara etizasız münasibət göstərərək həmin tapşırıqları yerinə yetirmədiyinə və yerinə yetirilməsindən imtina etdiyinə görə haqqında işdən azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. - xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən işə başlamış, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. - Qəbələ rayonu İcra Hakimiyyəti Başçısı X1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 5- 515-4/2-983/2023 saylı göndəriş vərəqəsindən görünür ki, Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 193 nömrəli qərarına və Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 240 nömrəli sərəncamı ilə təsdiq olunmuş Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin Mülki Müdafiə kurslarının 2023-cü tədris ilində müdavimlərlə kompleksləşdirilməsinin təqvim planına uyğun olaraq 23-27 oktyabr 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə kurslarında orta məktəb direktorları üçün keçiriləcək məşğələlərdə iştirak üçün göndərilir. Məşğələ xx.xx.2023-cü ildə, saat 09:00-da başlanır. - xx.xx.2023-cü il tarixli ezamiyyə vərəqəsindən görünür ki, Qəbələ rayon Solquca kənd ümumi orta məktəbin direktoru X2 Hallar Nazirliyinin Bakı Regional Mərkəzinə mülkimüdafiə kursunda iştirak etmək üçün 6 gün müddətinə ezam olunmuşdur. Tətbiq edilən hüquq: Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a, b və e bəndlərinə əsasən tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;[133] c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 186-cı maddəsinin 4-cü hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 187-ci maddəsinin 4-cü hissəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 190-cı maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 190-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. 190-cı maddəsinin 3-cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 190-cı maddəsinin 4-cü hissəsinə əsasən intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməli, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən töhmət verilmişdir (işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda). M.Ə.Sadıqovanın əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozması təsdiq olunmamışdır. İddiaçı məhkəmə iclası zamanı ödəniş paraqrafı ilə bağlı texniki səhv etdiyini qeyd etmişdir. İş materiallarından göründüyü kimi 18-21 may 2024-cü il tarixdə Cavabdeh tabeliyində olan Qəbələ rayonu üzrə məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində tarifləşmə cədvəlləri, aylar üzrə təhsil müəssisələrində çalışan işçilərin əmək haqqı hesablanıb ödənilməsi cədvəlləri seçmə üsulu ilə yoxlanılan zaman iddiaçının bəzi nöqsanlara yol verildiyi aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının texniki səhv etməsi ona şiddətli töhmət verilməsi üçün əsas deyildir. Eyni zamanda iddiaçıya xx.xx.2024-cü il tarixli intizam tənbehi barədə əmrə əsasən sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. Lakin əvvəllər iddiaçının işlədiyi müddətdə ona xəbərdarlıq elan edilməsi iş materiallarında öz əksini tapmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” tələbinə dair iddiası əsaslıdır. Məhkəmə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdehndə Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlıqda mühasib vəzifəsində işə başlamış, xx.xx.2022-ci il tarixli əmrə əsasən həmin tarixdən maliyyə-iqtisadiyyat sektorunun məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli əmrə əsasən maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. İddiaçıya Qəbələ rayonunda qalıb işləməklə əhatə dairələrindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyatı üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması təklif edilmiş, lakin iddiaçı razılaşmamışdır. Cavabdeh müdiri səlahiyyətlərini icra edən müdir müavini Günay Mahmudovanın maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə əmrə əsasən əhatə dairələrindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyatı üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı həvalə edilməsi əmr edilmişdir. Lakin iddiaçı ona həvalə edilmiş vəzifəni qəbul etməmiş, əsas kimi əvvəlki vəzifəsində işləyib ixtisaslaşdığını göstərmişdir. Yeni vəzifə bölgüsünə əsasən maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı əhatə dairəsindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyəti üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının (X10) yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu (evdə təhsilə cəlb olunan xəstə uşaqlar) şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması həvalə olunması bildirilmiş, lakin İddiaçı idarə rəhbərinin verdiyi əmrin tələbinə tabe olmayacağını göstərərək vəzifə bölgüsünə əsasən əmrin müvafiq bəndi ilə ona həvalə edilmiş funksional vəzifə öhdəliklərini icra etməyəcəyini bildirmişdir. İddiaçı Cavabdeh işçisi olduğu üçün ona sonrakı əmək fəaliyyətini Regional İdarənin aparatında davam etdirməsi təklif olunmuş, lakin o, bununla da razılaşmayaraq ümumiyyətlə yeni bölgü üzrə vəzifə öhdəliklərini icra etməyəcəyini göstərmişdir. İddiaçı yeni bölgü üzrə vəzifə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi üçün 22 may 2024-cü il tarixdə Cavabdeh tabeliyində fəaliyyət göstərən Qəbələ rayonu üzrə mərkəzi mühasibatlığında bu barədə akt tərtib olunmuş, İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Buna görə də Cavabdeh müdiri səlahiyyətlərini icra edən, müdir müavini X12 İttifaqı Komitəsinə ünvanladığı təqdimatın müzakirəsi ilə əlaqədar Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağında Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. Vəzifədən azad edilmə barədə əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq vəzifələrin icrası zamanı pozuntulara yol verildiyinə, yəni vəzifə səlahiyyətləri həddində ona verilmiş tapşırıqlara etizasız münasibət göstərərək həmin tapşırıqları yerinə yetirmədiyinə və yerinə yetirilməsindən imtina etdiyinə görə haqqında işdən azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi iddiaçı vəzifə bölgüsünə əsasən üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən imtina etmiş, bu səbəbdən cavabdeh, yəni işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilmişdir. Beləliklə, göstərilənlərə, qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-190K/2024 nömrəli İddiaçı şiddətli töhmət verilməsi ilə bağlı əmrinin ləğv edilməli və İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-190K/2024 nömrəli İddiaçı şiddətli töhmət verilməsi ilə bağlı əmrinin ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1682/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1682/2024
18.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver