Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1685/2022 26.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X9rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2021-ci il tarixli, 2146 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, o, 24 dekabr 2010-cu il tarixdən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 mühasibatlıq bölməsinə bölmə müdiri vəzifəsində işləmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli 110 saylı əmrlə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 mühasibatlıq bölməsinə bölmə müdiri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixli, 1262 saylı əmrlə xx.xx.2021-ci il tarixdən 63 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış və məzuniyyət dövrü üçün ona ödənilməli olan ödənişlər tam şəkildə hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin tələblərinə uyğun olaraq razılıq ərizəsi əsasında əmək məzuniyyətindən geri çağırılmış və işə başladığı gündən etibarən əmək haqqısının hesablanmasını və istifadə etmədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz istirahət günləri verilməsini xahiş etmişdir. 65 yaşına çatmağına 53 gün qalmış müəssisə üzrə verilmiş 07 oktyabr 2021-ci il tarixli, 1819 saylı əmrlə ona 09 oktyabr 2021-ci il tarixdən istifadə etmədiyi 51 təqdim günü məzuniyyət günlərinə görə ödənişsiz istirahət verilmişdr. Lakin həmin əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 138-ci maddəsinin 1ci bəndinin tələbi pozularaq onun işə başlamalı olduğu gün göstərilməmişdir. Bildirmişdir ki, 2021-ci ilin 8-9 noyabr tarixləri bayram günlərinə düşdüyünə görə o, 30 noyabr 2021-ci il tarixdə istifadə etmədiyi əmək məzuniyyət günlərinə görə ödənişsiz istirahətdə olmuşdur. Lakin buna baxmayaraq əmək qanunvericiliyinin tələblərinə zidd olaraq işə götürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 2146 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 65 yaşının tamam olduğunu bilməklə işdən azad olunacağını bilmiş və buna görə də işə getməmişdir. Bildirmişdir ki, o, 18 yanvar 2022-ci il tarixdə tarixdə işə getmiş və bu zaman bilmişdir ki, yaş həddinə görə işdən çıxarılmışdır.. Göstərmişdir ki, bununla bağlı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nin yanında X7 Xidməti Şəki Regional İdarəsinə ərizə ilə müraciət edilmiş, idarə tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktorunun müavini – baş həkim X10 barəsində İXMnin 192.6-cı maddəsinin tələbinə uyğun olaraq 05 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, işdən qanunsuz çıxarlanmasını X7 Xidmətinin qərarı verildikdən sonra bilmişdir. Bildirmişdir ki, o, məhkəməyə müraciət etməmişdən əvvəl 19 aprel 2019-cu il tarixdə Mediasiya Şurasına müraciət etmiş, lakin 21 iyun 2022-ci il tarixdə keçirilmiş mediasiya prosesində aralarındakı mübahisənin həlli mümkün olmamışdır. Bununla bağlı ona 21 iyun 2022-ci il tarixli 2022-MŞİH18421 nömrəli arayış verilmişdir. Həmçinin o iddiasının cavabdehin iddia müddətinin bitməsinə dair ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 “Əvəzgünün verilməsi haqqında“ 07 oktyabr 2021-ci il tarixli, 1819 saylı əmrilə 09 oktyabr 2021-ci il tarixdən 51 təqvim günü müddətinə məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilmişdir. Adı çəkilən əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 138-ci maddəsinin tələbləri pozularaq onun işə başlamalı olduğu gün göstərilməmişdir. Həmin əmrə diqqətlə baxıldığında və riyazi hesablamalar aparıldığında aydın olar ki, o 29 noyabr 2021-ci il tarixdə işdə olmalı imiş. Lakin, sözügedən əmrdə işə başlamalı olduğu gün göstərilmədiyindən və bir gün sonra 30 noyabr 2021-ci il tarixdə işdə olmasının yaş həddi çatdığından həmin vaxtdan xx.xx.2022ci ilədək işə getməmişdir. xx.xx.2021-ci il tarixindən sonra ilk dəfə 18 yanvar 2022-ci il tarixdə xəstəxanaya getmiş və məlumat almışdır ki, 30 noyabr 2021-ci il tarixdə yaş həddinə görə işinə xitam verilmişdir. Ziyalı bir qadın olduğuna görə bunu da təbii və qanunauyğun hesab etmişdir. Həmin gün xəstəxananın İnsan Resursları şöbəsinin sabiq müdiri Zaur Qaffarova şifahi müraciət edərək onun əmrinin surətini və əmək kitabçasın ona vermək fikirlərinin olub-olmamasını soruşmuşdur. O da, ibarəli şəkildə “verək də“ deyərək, kompyüterin yaddaşında olan işinə xitam verilməsi haqqında olan 30 noyabr 2021-ci il tarixli, 2146 saylı əmri printerdən çıxararaq ona vermiş və demişdir ki, artıq əmək kitabçasına ehtiyac yoxdur. Ona qanunun tələblərini xatırladaraq demişdir ki, əmrin surəti rəhbər tərəfindən təsdiqlənmiş və möhürlənmiş, həmçinin əmək kitabçaı da son qeyd edilməklə imzalanmış, möhürlənmiş şəkildə verilməlidir. O da, öz növbəsində şəstlə ona verməyi nəzərdə tutduğu printerdən çıxardığı əmr olan vərəqdə “Əsli ilə düzdür” sözlərini, vəzifəsini, adını, soyadını, hətta imzaladığı tarixi (xx.xx.2022-ci il ?!) yazaraq onu başqa bir yığın sənədlə birgə möhürlətmək üçün rəhbər Sərxan Musayevin otağına keçmişdir. Xeyli gözləsə də otaqdan çıxmadığı üçün geri evə qayıtmışdır. 2022-ci ilin fevral ayında sənədlərini ala bilmədiyi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanlnda X7 Xidməti Şəki regional ərazi şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinin araşdırılmasının nəticələri barədə Şəki regional ərazi şöbəsi 30 mart 2022-ci il tarixdə ona **********9 saylı məktub göndərmişdir. Həmin araşdırma zamanı müəyyən etmişdir ki, 2021-ci ilin 8-9 noyabr tarixləri bayram günlərinə düşdüyünə görə o 30 noyabr 2021-ci il tarixdə, daha doğrusu, işinə xitam verildiyi gün ödənişsiz istirahətdə (əvəzgün) olmuşdur. Bu da Əmək Məcəlləsinin 79-cu maddəsinə zidd olduğu üçün “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 rəhbəri X10 barəsində 05 mart 2022-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmiş və o İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinin tələblərinə uyğun olaraq 2(iki) min manat cərimə eilmişdir. Yalnız bu araşdırmadan sonra hüquqlarımın pozulduğunu bilmiş, iddia müddətini gözləməklə Mediasiya haqqında qanunun tələblərinə uyğun olaraq 19 aprel 2022-ci il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanasına” əmək mübahisələri tələbinə dair Mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Buna gırə də bildirmişdir ki, iddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 nümayəndəsi Nümayəndə məhkəməyə təqdim edtiyi müddət tətbiqi barədə ərizəsini qəbul etmir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, X18 RMX-nın “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 maliyyə şöbəsinin mühasibatlıq bölməsinin bölmə müdiri vəzifəsində çalışmışdır. 12 iyul 2021-ci il tarixli, 1262 nömrəli əmrlə rəsmiləşdirməklə 01 avqust 2021-ci il tarixdən 63 təqvim gunü müddətinə əmək məzuniyyəti verilmiş və həmin günlərə düşən məzuniyyət pulu hesablanaraq ödənilmişdir. Həmin əmrdə işə başlama tarixi 03 oktyabr 2021-ci il göstərilmişdir. Bundan sonra müvafiq əmrlə rəsmiləşdirməklə Validə Mehdiyevə 13 avqust 2021-ci il tarixdən əmək məzuniyyətindən geri çağırılmış və həmin əmrdə istifadə edilməmiş məzuniyyət günlərinin əvəzgün ödənişsiz əlavə istirahət günləri verilməsi göstərilmişdir. İddiaçı 13 avqust 2021-ci il tarixdən 51 təqvim gününə təsadüf edən faktiki işlənmiş günlər üçün əmək haqqının (cari ayın 2 iş günündə düşən əmək haqqı istisna olmaqla) hesablanaraq verilmişdir. Bildirmişdir ki, İddiaçı iddia qaldırmaq üçün prosessual müddəti ötürmüşdür. Belə ki, iddiaçı özünün də məhkəmə iclasında qeyd etdiyi kimi xx.xx.2021-ci il tarixdə 65 yaşının tamam olduğunu, buna görə də işdən azad olunacağını bilmiş və buna görə də xx.xx.2022-ci il tarixindən etibarən işə glməmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında göstərmişdir ki, o, 18 yanvar 2022-ci il tarixdə tarixdə işə getmiş və bu zaman bilmişdir ki, o, işdən çıxarılmışdır. Qeyd etmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixində 65 yaşı tamam olmasına görə işdən azad edilməsini o mübahisəsiz bilmişdir. Belə ki, iddiaçının oğlu, həmçinin gəlini də “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 işləyir. Göstərmişdir ki, iddiaçı sonradan Azərbaycan Respublikası ƏƏSMN-nin yanında X7 Xidməti Şəki Regional İdarəsinə ərizə ilə müraciət edilmiş, idarə tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktorunun müavini – baş həkim X10 barəsində İXM-nin 192.6-cı maddəsinin tələbinə uyğun olaraq 05 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək cərimə edilmişdir. X4 araşdırmasına görə iddiaçının işdən çıxarılmasına 1 gün fərqi ilə hüquq pozuntusuna yol verilmişdir. Lakin hesab etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət etməklə xx.xx.2021-ci il tarixdən etibarən 4 ay 19 gün keçdikdən sonra mediasiyaya və sonradan xx.xx.2022-ci il tarixdən məhkəməyə müraciət etməklə 1 aylıq iddia müddətini ötürmüşdür. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu səbəbdən İddiaçı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutlara məcmuu halda hüquqi qiymət verərək hesab edir ki, iddia müddətinin keçməsi ilə əlaqədar iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 30 noyabr 2021-ci il tarixli, 1199/1 saylı bildirişin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 30 noyabr 2021-ci il tarixdə işdən azad edilmiş, ona məxsus olan əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə razılıq verməyi bildirilmişdir. İş materiallarında olan 22 noyabr 2021-ci il tarixli, 1454/1 saylı bildirişin təsdiq edilmiş surətindən görünür ki, 2021-ci ilin noyabrın 30-da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə (65 yaşa) çatması ilə əlaqədar İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi və 2021-ci ilin noyabrın 30-dan işdən azad edilməsi nəzərdə tutulmuşdur. Maddi məsul və digər vəzifəli şəxslər işdən çıxarıldıqda və ya başqa işə keçirildikdə, onlarda olan maddi qiymətlilər, işlər və sənədləri bu vəzifəyə yeni təyin edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxslərə akt üzrə təhvil verməsi bildirilmişdir. İş materiallarında olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru vəzifəsini müvəqqəti icra edən direktorun mavini-baş həkim X5 12 iyul 2021-ci il tarixli, 1262 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, maliyyə şöbəsinin mühasibatlıq bölməsinin müdiri, maliyyə şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən xx.xx.2019 - xx.xx.2020-ci iş ili üçün 27 təqvim günü, xx.xx.2020 – xx.xx.2021-ci ili üçün 36 təqvim günü (30 t/g əsas, 6 t/g iş stajına görə əlavə) 01 avqust 2021-ci il tarixdən 63 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılması, 03 oktyabr 2021-ci il tarixdən başlaması, bu müddətdə şöbə müdiri vəzifəsinin icrasının müvəqqəti olaraq mühasibatlıq bölməsinin mühasibi X1 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli, 180 saylı ödaniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, 2021-ci il iyul ayı üçün növbəti məzuniyyət pullarını müxtəlif plastik kart hesablarına 5084,66 manat köçürülmüşdür. İş materiallarında olan 2021-ci ilin iyul ayının mədaxil reyestrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı **********9410771266 saylı hesabına 3208,05 manat əmək haqqı köçürülmüşdür. İş materiallarında olan İddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru Elçin Əmirova ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 avqust 2021-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmışdır. 13 avqust 2021-ci il tarixdən məzuniyyətdən qayıtmağına razılıq vermişdir. Əmək Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq, işə başladığı gündən əmək haqqısının hesablanmasını və istifadə etmədiyi məzuniyyət günlərinin hesabına gələcəkdə ödənişsiz məzuniyyət verilməsini xahiş edir. İş materiallarında olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru X2 13 avqust 2021-ci il tarixli, 1459 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, maliyyə şöbəsinin mühasibatlıq bölməsinin müdiri, şöbə müdiri İddiaçı istehsalat zərurəti ilə əlaqədar 13 avqust 2021-ci il tarixdən əmək məzuniyyətindən geri çağırılması və istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günlərinin verilməsi qərara alınmışdır. İş materiallarında olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru vəzifəsini müvəqqəti icra edən direktorun mavini-baş həkim X5 07 oktyabr 2021-ci il tarixli, 1819 saylı əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, maliyyə şöbəsinin mühasibatlıq bölməsində bölmə müdiri İddiaçı Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən 09 oktyabr 2021-ci il tarixdən xx.xx.2020 – xx.xx.2021-ci iş ili üçün olan əmək məzuniyyətindən 13 avqust 2021-ci il tarixdən geri çağırıldığı üçün 51 təqvim günü müddətinə məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günlərinin verilməsi qərara alınmışdır. İş materiallarında olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru vəzifəsini müvəqqəti icra edən direktorun mavini-baş həkim X5 30 noyabr 2021-ci il tarixli, 2146 saylı əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, maliyyə şöbəsinin mühasibatlıq bölməsində bölmə müdiri İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işçi çalışmanın yaş həddinə çatdıqda 30 noyabr 2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 mart 2022-ci il tarixli, 386/1 saylı bildirişin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 30 noyabr 2021-ci il tarixdə işdən azad edilmiş, ona məxsus olan əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə razılıq verməyi bildirilmişdir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli xidməti məlumatın təsdiq edilmiş surətindən görünür ki, maliyyə şöbəsinin mühasibatlıq bölməsinin bölmə müdiri X3 xx.xx.2021-ci il tarixli, 1262 №-li əmrlə rəsmiləşdirilməklə xx.xx.2021-ci il tarixdən 63 təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş və həmin günlərə düşən məzuniyyət pulu hesablanıb ödənilmişdir. Həmin əmrdə işə başlama tarixi xx.xx.2021-ci il göstərilmişdir. Bundan sonra müvafiq əmrlə rəsmiləşdirilməklə o, xx.xx.2021-ci il tarixdən əmək məzuniyyətindən geri çağırılmışdır. Həmin əmrdə istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əzəzgün) verilməsi göstərilmişdir. Ona xx.xx.2021-ci il tarixdən 51 təqvim gününə təsadüf edən faktiki işlənmiş günlər üçün əmək haqqının (cari ayın 2 iş gününə düşən əmək haqqı istisna olmaqla) hesablanıb verilmişdir. Ona görə də, yuxanda qeyd olunanlar və onun xx.xx.2021-ci il tarixdə dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmanın yaş həddinə çalacağının nəzərə alınmasını xahiş edir və eyni dövr üçün ikiqat ödəmənin (məzunuyyət pulu və əmək haqqı) qarşısının əvvəlcədən alınması məqsədi ilə iş günü hesab edilməyən 2 bayram günlərsiz ona xx.xx.2021-ci il tarixdən 51 təqvim günü müddətinə əvəzgün verillməsini məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 3(075)- 269/2022 nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi (Şəki regional ərazi şöbəsi) tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı və 114.1.2-ci maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı inzibati xətalar haqqında xx.xx.2022-ci il tarixli MN ******* №-li protokolun və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli MN ******* №-li qərarın ləğv edilərək cərimənin üzərindən silinməsi barədə şikayəti təmin edilməmişdir. İş materiallarında olan İddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 direktoru vəzifəsini müvəqqəti icra edən direktorun mavini-baş həkim X6 ünvanladığı 09 aprel 2022ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əmək kitabçasını poçt vasitəsilə göndərilməsinə razılıq verməmişdir. İş materiallarında olan 19 aprel 2022-ci il tarixli mediasiya prosesinə tətbiqi barədə təklifdən görünür ki, İddiaçı tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X17 əmək mübahisələri tələbinə dair mübahisənin mediasiya vasitəsilə həll edilməsi və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi təklif edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş X7 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən ünvanlanmış 30 mart 2022-ci il tarixli, **********9 saylı məktubda qeyd edilmişdir ki, “Şəki rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı müəssisə üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 110 saylı əmrlə “Şəki rayon Mərkəzi Xəstəxanası” X19 mühasibatlıq bölməsinə bölmə müdiri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli, 1262 saylı əmrlə xx.xx.2021-ci il tarixdən 63 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış və məzuniyyət dövrü üçün ona ödənilməli olan ödənişlər tam şəkildə hesabına köçürülmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin tələblərinə uyğun olaraq razılıq ərizəsi əsasında əmək məzuniyyətindən geri çağrılmış və işə başladığı gündən etibarən əmək haqqının hesablanmasını və istifadə etmədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz istirahət günləri (əvəzgün) verilməsini xahiş etmişdir. 65 yaşına çatmağına 53 gün qalmış müəssisə üzrə verilmiş 07 oktyabr 2021-ci il tarixli, 1819 saylı əmrlə İddiaçı 09 oktyabr 2021-ci il tarixdən istifadə etmədiyi 51 təqvim günü məzuniyyət günlərinə görə ödənişsiz istirahət (əvəzgün) verilmişdir. Lakin həmin əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci bəndinin tələbi pozularaq İddiaçı işə başlamalı olduğu gün göstərilməmişdir. Həmçinin müəssisədən daxil olmuş 2021-cin noyabr ayının iş vaxtının uçotunun tabelindən göründüyü kimi 2021-ci ilin 8-9 noyabr tarixləri bayram günlərinə düşdüyünə görə İddiaçı 30 noyabr 2021-ci il tarixdə istifadə etmədiyi əmək məzuniyyət günlərinə görə ödənişsiz istirahətdə (əvəzgün) olmuşdur. Lakin buna baxmayaraq işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin (məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır) tələbi pozularaq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 2146 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əsasən xitam verilmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. Ona görə də “Şəki rayon Mərkəzi Xəstəxanası” X19 direktorunun müavini-baş həkim X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinin tələbinə uyğun olaraq (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) 05 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə işə cəlb edilməyi iddiası ilə bağlı müəssisədən daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı İddiaçı həmin tarixdə işə cəlb edilməsi halı aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq hal-hazıradək əmək kitabçası və işdən azad edilməsi ilə bağlı əmrin surətinin İddiaçı verilməməsi iddiası ilə bağlı aparılan araşdırma zamanı müəssisənin insan resursları şöbəsinin müdiri X12 xx.xx.2022-ci il tarixdə izahat verərək İddiaçı işdən azad olunduqdan sonra bir neçə dəfə əmək kitabçasını götürməyi təklif olunduğunu, lakin onun əmək kitabçasını götürməkdən imtina etdiyini bildirmişdir. Eyni zamanda “Şəki rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən İddiaçı yaşadığı ünvana xx.xx.2022-ci il tarixli 386/1 saylı məktub göndərilərək əmək kitabçası poçt vasitəsi ilə ünvanına göndərilməsinə razılıq verməsi xahiş edilmişdir. Qeyd edilənləri nəzərə alaraq əmək kitabçasını müəssisəyə müraciət edərək götürməyi və yaxud poçt vasitəsi ilə ünvanına göndərilməsinə razılıq verməyi İddiaçı tövsiyə olunmuşdur. Həmçinin şikayəti ilə bağlı başqa iddia və tələbi olarsa müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Şəki rayon Mərkəzi Xəstəxanası” X19 maaliyyə şöbəsinin bölmə müdiri vəzifəsində işləmiş İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyi pozularaq xitam verildiyi üçün X5 barəsində İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 iyun 2022-ci il tarixli, 2022-MŞİH-18421 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 nümayəndəsi Nümayəndə 23 may 2022-ci il və 21 iyun 2022-ci il tarixlərində müxtəlif saatlarda keçirilən ilkin mediasiya sessiyalarında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2020-ci il tarixli, 110 saylı əmrlə “Şəki rayon Mərkəzi Xəstəxanası” X19 mühasibatlıq bölməsinə bölmə müdiri vəzifəsinə işə qəbul edilmiş və onunla yazılı formada əmək müqaviləsi bağlanaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli, 1262 saylı əmrlə xx.xx.2021-ci il tarixdən 63 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış və məzuniyyət dövrü üçün ona ödənilməli olan ödənişlər tam şəkildə hesabına köçürülmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin tələblərinə uyğun olaraq razılıq ərizəsi əsasında əmək məzuniyyətindən geri çağrılmış və işə başladığı gündən etibarən əmək haqqının hesablanmasını və istifadə etmədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz istirahət günləri (əvəzgün) verilməsini xahiş etmişdir. 65 yaşına çatmağına 53 gün qalmış müəssisə üzrə verilmiş 07 oktyabr 2021-ci il tarixli, 1819 saylı əmrlə iddiaçıya 09 oktyabr 2021-ci il tarixdən istifadə etmədiyi 51 təqvim günü məzuniyyət günlərinə görə ödənişsiz istirahət (əvəzgün) verilmişdir. Lakin həmin əmrdə Əmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci bəndinin tələbi pozularaq İddiaçı işə başlamalı olduğu gün göstərilməmişdir. Həmçinin 2021-cin noyabr ayının iş vaxtının uçotunun tabelinə əsasən 2021-ci ilin 8-9 noyabr tarixləri bayram günlərinə düşdüyünə görə iddiaçı 30 noyabr 2021-ci il tarixdə istifadə etmədiyi əmək məzuniyyət günlərinə görə ödənişsiz istirahətdə (əvəzgün) olmuşdur. Lakin buna baxmayaraq işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin (məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır) tələbi pozularaq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 2146 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əsasən xitam verilmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. Buna görə də “Şəki rayon Mərkəzi Xəstəxanası” X19 direktorunun müavini-baş həkim X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinin tələbinə uyğun olaraq (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) 05 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib olunaraq cərimə edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək həmin ərizəsində iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquq qiymət verərək hesab edir ki, iddaia tələbi üzrə iddia müddəti ötdüyündən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən üququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaş məhdudiyyətinə görə işdən çıxarılmalı olsa da onun işdən çıxarılması zamanı əmək qanunvericiliyinin müddəları pozulmuşdur. Buna görə də cavabdeh iddiaçının iddia müddətinin ötürməsi baxımından iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmaqla məhkəmə iclasında özünün də qeyd etdiyi kimi xx.xx.2021-ci il tarixdə 65 yaşının tamam olması ilə işdə olmanın son müddəti olmasını bilmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında bilavasitə verdiyi izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizələrində göstərmişdir ki, 30 noyabr 2021-ci il tarixdə işdə olmasının son yaş həddi olmasını bilmiş, buna görə də həmin gün də daxil olmaqla ondan sonrakı təxminən 1 ay 18 gün müddətində işə çıxmamışdır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixindən sonra ilk dəfə 18 yanvar 2022-ci il tarixdə xəstəxanaya getmiş və həmin gün ona məlum olmuşdur ki, 30 noyabr 2021-ci il tarixdə son yaş həddinə görə müvafiq əmrlə onu işdən azad etmişlər. Göründüyü kimi iddiaçı işdən azad olunması ilə bağlı əmrin mövcudluğundan elə xx.xx.2022-ci il tarixdə xəbərdar olmuşdur. Belə ki, iddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19 mühasibatlıq bölməsinə bölmə müdiri kimi məsul bir vəzifədə işləmiş və onun xx.xx.2022-ci il tarixinədək əsassız olaraq işə çıxmaması anlaşılan deyil. Əgər bunu qəbul etsək belə iddiaçının onun xx.xx.2021-ci il tarixli işdən azad olunması barədə əmrdən xəbəri olmayıb, lakin özünün də dediyi kimi o işdən azad olunması barədə əmrdən xx.xx.2022-ci il tarixdə xəbərdar olmuşdur. Belə olan halda iddiaçı işdən azad olunması barədə xx.xx.2021-ci il tarixdən mediasiyaya təklif göndərdiyi xx.xx.2022-ci il tarixinədək 4 aylıq, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək isə 1 ay 10 günlük iddia müddətini ötürmüşdür. Yəni iddiaçı xx.xx.2021-ci və ya ən azından xx.xx.2022-ci il tarixlərində hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, hüquqlarının pozulmasını bilməsinə baxmayaraq öz hüquqlarının bərpa edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda o, məhkəməyə xx.xx.2021-ci il tarixədək müraciət etməli olduğu halda həmin 1 aylıq müddəti ötürməklə 7 ay, 20 gün sonra, yəni 20 iyul 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi cavabdeh məhkəməyə belə bir ərizə təqdim etmişdir. Həmçinin iddiaçı məhkəməyə ötürmüş olduğu iddia müddətinin bərpa edilməsi ilə bağlı ərizə verməklə işə bərpa olunması üçün iddia ərizəsi verməkdə prosessual müddəti ötürməsini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə olamayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı onun cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X9rşı Azərbaycan Respublikası Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Şəki Rayon Mərkəzi Xəstəxanası” X16 xx.xx.2021-ci il tarixli, 2146 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1685/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1685/2022
26.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver