Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1688/2024 26.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nə qarşı “əmrin ləğv edilməsi, işə barpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə, işinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, 1 il müddətinə əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma ilə əlaqədar işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi öhdəliyinin iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildə, Azərbaycan Tibb Universitetini bitirərək, təyinatla Şəki rayon Doğum evinə (Şəki Perinatal mərkəz) anestezioloq-reanimotoloq vəzifəsinə təyin edilmiş, işlədiyi bu uzun müddət ərzində (35 il), kollektiv arasında dərin hörmət qazanmış, həmişə şərəflə işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almadan bu vəzifədə, xx.xx.2024-cü il tarixinə qədər, Hippokrat andına sadiq, vicdanla çalışmışdır. xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə işinə xitam vermiş və o, iş üzrə cavabdehin bu addımını, aşağıda qeyd edilənlərlə əsassız hesab edir. Ölkənin bütün mətbuat orqanlarında, yəni rəsmi və ya qeyri rəsmi, bütün kütləvi informasiya vasitələrində TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-da həkim çatışmazlığı ilə bağlı rəsmi məlumatlar verilir və həqiqətən də, vakansiya üzrə Şəki RMX PHŞ-da, hazırda da, ən azından 35-40 həkim yeri boşdur. Əlavə, Şəki RMX PHŞ-da hal-hazırda yaşı 65-dən yuxarı işləyən həkimlərin sayı 10-dan (Fövqiyyə Əlişanova, Arif Səmədov, Emin Mustafayev, Məhəbbət Əliyeva, Təranə Əhmədova, Məlahət Hüseynova, Kübra Rəsulova və s.), yaşı 70-dən yuxarı həkimlərinsə sayı 15-dən (Nemət Musayev, Hikmət Əliyev, Vidadi Süleymanov, Gülnar Cəfərova, Təranə Vahidova, Ziyafət Hacıyeva, Əlyəsər Məmmədov, Əyyub Əsgərov, Cuma Əlişanov və s.) çoxdur. Bütün qeyd edilənlərlə aydın olur ki, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ ona qarşı, düzgün olmayan mövqe sərgiləyir. Belə ki, qanunvericilik birmənalı şəkildə yaşı 70-dən yuxarı şəxslərin əmək fəaliyyətinə xitam verilməli olduğunu tələb etməsinə baxmayaraq Şəki RMX PHŞ, yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyin bu tələbini pozmaqla, onları işdə saxlayır. Şəki RMX PHŞ-da həkim çatışmazlığı mövcuddur və o, həkimlərin əmək fəaliyyəti ilə məşğul olmalarının əleyhinə deyil. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Şəki rayon Doğum evinə anestezioloq-reanimotoloq vəzifəsində işlədiyi uzun müddət ərzində işində nöqsana yol verməmişdir. O, xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə işinə xitam verilmişdir. Həmçinin onu da qeyd edir ki, TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-da həkim çatışmazlığı ilə bağlı rəsmi məlumatlar verilir və həqiqətən də vakansiya üzrə Şəki RMX PHŞ-da, hazırda da, ən azından 35-40 həkim yeri boşdur. Bundan əlavə olaraq Şəki RMX PHŞ-da hal-hazırda yaşı 65-dən yuxarı işləyən həkimlərin sayı 10-dan, yaşı 70-dən yuxarı həkimlərinsə sayı 15-dən çoxdur. O, həmçinin ailə başçısıdır. Ailənin dolanışığı ilə bağlı xərclərini qarşılayır. Bütün bu qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nın nümayəndəsi X6 izahat verərək bildirdi ki, tərəflərindən xx.xx.2024-cü il tarixində İddiaçı yaşı 65-ə çatdığını rəhbər tutaraq, TƏBİB PHŞ-nin Şəki RMX PHŞ Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə, işinə xitam verilmişdir. Verilmiş əmrin qanuna uyğun olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. İşin halları İş materiallarına əlavə edilməkləməhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00974 nömrəli ilkin X1 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 10:00 - 11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin X1 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nin etibarnamə üzrə nümayəndəsi ilkin X1 etməmişlər. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X7 Şəxs Şəki rayon X4 Hüquqi Şəxsinin İddiaçı göndərdiyi xx.xx.2024-cü il tarixli 18-1-71/2-R-121-xx-xx/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə 65 yaşının bitdiyi üçün əmək müqaviləsinə xitam veriləcəkdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X7 Şəxs Şəki rayon X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-71/3-1-722/2024 nömrəli Əmrindən görünür ki, Rəhimova X2 Mərkəzin İntensiv terapiya şöbəsində həkim-anestezioloq-reanimatoloq xx.xx.2024-cü il tarixdən çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2024-cü il tarixli xxxxxxx0001X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən bir çox vəzifələr üzrə vakansiya elan edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 10-1.1-ci maddəsin əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.4-cü maddəsinə əsasən bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “e” bəndinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunundan bəhs edilir.
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iş üzrə İddiaçı 1988-ci ildə, Azərbaycan Tibb Universitetini bitirərək, təyinatla Şəki rayon Doğum evinə (Şəki Perinatal mərkəz) anestezioloqreanimotoloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatdıqda” əsası ilə işinə xitam vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iddiaçı onun işdən çıxarılmasını qanunsuz hesab etsə də, qanunvericiliyin normasından da göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 olmaqla, işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən 5 ildən artıq olmayan müddətə ildə bir dəfə 1 ildən artıq olmayan müddətə uzadıldığından cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ rəhbəri iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubla 65 yaşının tamam olması ilə əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı məlumat vermiş və xx.xx.2024-cü il tarixli əmri ilə də, yaşı altmış beşə çatdığından əmək müqaviləsinə xitam vermişdir. Hazırki tələblə bağlı iddiaçının əmək müqaviləsinə xitam verilməsi işçinin dövlət müəsisəsində çalışmanın son yaş həddinə çatması ilə bağlı olması və bu işəgötürənin səlahiyyətinə aid olduğundan, hazırda dövlət orqanının rəhbərinin üzərinə dövlət müəssisəsində çalışmanın son yaş həddinə çatmış və pensiya təminatı yaranmış şəxsin işə bərpa edilməsi ilə bağlı öhdəliyin qoyulması qanuni hesab edilə bilməz. Lakin iddiaçı iddianı müdafiə edir. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, TƏBİB PHŞ-nin Şəki RMX PHŞ rəhbəri tərəfindən İddiaçı dövlət orqanında çalışmanın son yaş həddinə çatması səbəbindən əmək müqaviləsinə haqlı olaraq xitam verilib. Məhkəmə əmək məcəlləsinin 84-cü maddəsinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə X7 Şəxs Şəki rayon X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-71/3-1-722/2024 nömrəli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 70-ci maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nə qarşı xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə, işinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, 1 il müddətinə əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma ilə əlaqədar işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi öhdəliyinin iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi :
İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞnə qarşı xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə, işinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, 1 il müddətinə əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma ilə əlaqədar işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi öhdəliyinin iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elşən Vəliyev