Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1693/2022 05.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəyə müraciət edərək, 15 yanvar 2022-ci il tarixdə təvəlüdlü oglu X18 oglunun 15 yanvar 2022-ci il tarixdə Şəki rayonu Bideyiz kəndində anadan olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbini müdafiə edərək göstərmişdir ki, o, Sumqayıt şəhərində anadan olmuşdur. 19 oktyabr 2006-cı il tarixdə rəsmi nikahlarını Şəki Rayon Baş Küngüt Kənd İcra Nümayəndəliyində qeyd etdirməklə X6 ilə ailə qurmuş, Şəki rayonu Bideyiz kəndinə gəlin köçmüşdür. Onlar birgə nikahda olduqları dövrdə 2021-ci ilədək uşaqları olmamışdır. Qohumları isə onlara səbrli olmaqlarını bildirmişdir. O, yoldaşına müalicəyə getmələrini bildirsə də, yoldaşı onunla razılaşmamışdır. Lakin 15 il sonra 6 aylığında hamilə olduğunu hiss etmişdir. 15 yanvar 2022-ci il tarixdə gecə saat 12:00 radələrdə yaşadıqları, Şəki rayonu Bideyz kəndində yerləşən evlərində bir oğlan övladları anadan olmuşdur. Ağrıları qəfil baş verdiyindən həkimə gedə bilməmişlər. Həmin uşaqlarının adını həyat yoldaşı Ələkbərin adına uyğun olaraq X12 qoymuşlar. Bildirmişdir ki, uşaqlarının dünyaya gəlməsi barədə heç bir dövlət orqanında qeydiyyat işləri aparılmamış, bu barədə heç bir rəsmi sənəd tərtib edilməmişdir. X14 birgə nikahlarından Əkbər adlı uşaqlarının dünyaya gəlməsinə eltisi X13, bacısı X3, qaynı X10 və baldızı Məhluqə şahid olmuşlar. Göstərmişdir ki, uşaq dünyaya gəldikdən sonra ilk vaxtlar uşağa doğum şəhadətnaməsinin lazım olduğunu fikirləşməmişlər. Belə ki, onların qanunlardan xəbərləri olmamışdır. Bundan sonra birgə nikahlarından olan uşaqlarına doğum şəhadətnaməsinin verilməsi ilə bağlı Şəki Rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Lakin Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən onlara doğumun qeydə alınması ücün qanunvericilikdə göstərilmiş müvafiq sənədləri təqdim etmədiklərinə görə doğum qeydiyyatının aparılmasının mümkün olmadığını bildirmişlər. X7 doğum şəhadətnaməsinin alınması ilə bağlı Şəki Rayon Mərkəzi xəstəxanasına müraciət etmişlər. Lakin Şəki Rayon Mərkəzi xəstəxanası tərəfindən onlara bu uşağın doğumu ilə bağlı hər hansı qeydiyyat aparılmadığı bildirilmişdir. Birgə nikahlarından olan uşaqları tibb müəssisəsindən kənarda, onların yaşadıqları evlərində dünyaya gəldiyi üçün uşağı doğumu ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Bildirmişdir ki, onunla yoldaşı arasında uşaqla bağlı hər hansı bir mübahisə yoxdur. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə da Ərizəçi ilə oxşar məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Ərizəçi ilə 19 oktyabr 2006-cı il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə ailə qurmuşdur. Onlar birgə nikahda olduqları dövrdə 2021-ci ilədək uşaqları olmamışdır. Bir müddət sonra 2021-ci ildə həyat yoldaşı Ərizəçi hamilə olması bəlli olmuşdur. Göstərmişdir ki, 15 yanvar 2022-ci il tarixdə gecə saat 12:00 radələrində onun bir oğlan övladı anadan olmuşdur. Uşaq anadan olan zaman xəstəxanaya getmək gec olduğu üçün həyat yoldaşı Ərizəçi xəstəxanaya apara bilməmişlər. Bu səbəbdən uşağın anadan olması barədə akt tərtib edilməmiş, uşaq qeydiyyata düşməmişdir. Həmin uşağın adını öz adına uyğun olaraq X12 qoymuşlar. X12 anadan olan zaman o, yoldaşının yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma bacısıdır. Göstərmişdir ki, Ərizəçi 2006-cı ildə X6 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. 2021-ci ilə kimi onların birgə nikahlarından uşaqları olmamışdır. Sonradan 2021-ci ildə bacısı Ərizəçi hamilə olması bəlli olmuşdur. Onlar bacısının hamiləliyini gec bilmişlər. Bildirmişdir ki, bacısının uşağı X12 anadan olmamışdan iki həftə qabaq o, bacısına kömək etmək üçün onun yanına gəlmişdir. Uşaq 15 yanvar 2022-ci il tarixdə gecə saatlarında dünyaya gəlmişdir. Uşaq anadan olan zaman həm gec olduğu üçün, həm də bacısının ağrıları çox olduğu, bacısı da xəstəxanaya getməyə razı olmadığı üçün onu xəstəxanaya apara bilməmişlər. Uşaq bacısıgilin yaşadıqları evdə anadan olmuşdur. Bu səbəbdən uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Uşaq anadan olan zaman onların yanında bacısının əri Ələkbər, bacısının eltisi Elnarə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Ərizəçi onun eltisi, qaynı X1 həyat yoldaşıdır. Onlar Qızılgülgillə eyni həyətdə, başqabaşqa evlərdə yaşayırlar. Ələkbərlə Qızılgül 2006-cı ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 2021-ci ilə kimi uşaqları olmamışdır. Sonradan 2021-ci ildə Qızılgülün hamilə olması bəlli olmuşdur. Onlar Qızılgülün hamiləliyini altıncı aylığında bilmişlər. Bildirmişdir ki, uşaq Qızılgülgilin yaşadıqları evdə dünyaya gəlmişdir. Onlar heç bir həkimə getməmişlər. Uşaq 15 yanvar 2022-ci il tarixdə gecə saatlarında dünyaya gəlmişdir. Qızılgülün sancıları tutanda artıq gec olduğu üçün xəstəxanaya aparmamışlar. Uşaq oğlan uşağıdır, adını atasının adına uyğun olaraq Əkbər qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı Ələkbərin həyat yoldaşıdır. Onlar Qızılgülgillə eyni həyətdə, başqabaşqa evlərdə yaşayırlar. Ələkbərlə Qızılgül 2006-cı ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 2021-ci ilə kimi uşaqları olmamışdır. Bir müddət sonra 2021-ci ildə Qızılgülün hamilə olmasını bilmişlər. Bildirmişdir ki, onların uşağı Qızılgülgilin yaşadıqları evdə anadan olmuşdur. Gec olduğu üçün Qızılgülü xəstəxanay apara bilməmişlər. Uşaq anadan olan zaman Qızılgülün yanında o, arvadı Elnarə, qardaşı Ələkbər və Qızılgülün bacısı Yeganə olmuşlar. Uşağın adını atasının adına uyğun olaraq Əkbər qoymuşlar. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş AZ-İİ 207483 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X2 arasında 19 oktyabr 2006-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Seyidova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” X9 01 iyul 2007-ci il tarixli, 05/Q-1293/15 saylı məktubundan görünür ki, Şəki regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nairliyinin Qeydiyyat Şöbəsində Ərizəçi xx.xx.2022-ci il tarixdə ev şəraitində doğulmuş oğlan övladının doğumunun qeydə alınması ilə bağlı müraciətinə baxılmış, lakin doğumun qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədlər təqdim edilmədiyi üçün doğum qeydiyyatının aparılması mümkün olmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baş Küngüt kənd İƏD üzrə nümayəndəliyinin 15 iyul 2022-ci il tarixli, 38 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Bideyiz kənd sakini X1 ailəsində özü, həyat yoldaşı Ərizəçi və azyaşlı körpə oğlan uşağı vardır. Həmin uşağa doğum şəhadətnaməsi alınmamışdır. Ərizəçi dediyinə görə həmin uşağın doğum tarixi xx.xx.2022-ci il, soyadı, adı, atasının adı X8r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin şəki Perinatal Mərkəz tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli, 322 nömrəli arayışdan görünür ki, Ərizəçi azyaşlı övladının doğum qeydiyyatı ilə bağlı müraciəti araşdırılmış, Şəki Doğum evində hər hansı bir qeydiyyat aparılmadığı məlum olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi və X1 övladları X4 15 yanvar 2022-ci il tarixdə Şəki rayonu Bideyiz kəndində doğulması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Azyaşlı uşaq X4 atasının X6 anasının isə Ərizəçi olmaqla 15 yanvar 2022-ci il tarixdə Şəki rayonu Bideyiz kəndində doğulması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1693/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1693/2022
05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver