Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1696/2023 02.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs: Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi Mirzəliyeva Aynurə Nurməmməd qızının iştirakı ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan 24 fevral 1983-cü il təvəllüdlü Ərizəçi ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında qeydiyyatda olan 24 fevral 1983-cü il təvəllüdlü oğlu X4 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi iddia ərizəsində göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, oğlu X8 24 fevral 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. X15 2008-ci ilin sentyabr ayında Türkiyə Respublikasında işləmək adı ilə evdən getmişdir. Oğlu subay olmuşdur. O, oğlu ilə sonuncu dəfə 2008-ci ilin dekabr ayında əlaqə saxlamış, lakin oğlunun hansı ölkədən zəng edib əlaqə saxladığı barədə heç bir məlumatı yoxdur. Sadəcə oğlu ibadətə meyilli olması səbəbi ilə ehtimal var ki, yaxın şərq ölkələrinin birində dini birləşmələrin üzvlərinə qoşulmuşdur və ola bilsin ki, İraq dövlətindən zəng etmişdir. 2008-ci ilin dekabr ayından sonra oğlu Vüqar nə ona zəng etməmiş, onunla və yaxud ailə üzvləri ilə digər hər hansı bir şəkildə əlaqə saxlamamış və Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. Bir sözlə 2008-ci ilin dekabr ayından sonra oğlu Vüqardan heç bir məlumat olmamışdır. Ona görə də o ərizə ilə məhkəməyə müraciət edərək 24 fevral 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş oğlu X4 xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(075)-1568/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 24 fevral 1983-cü il tarixdə anadan olmuş oğlu X4 xəbərsiz itkin düşmüş elan edilməsi qət edilmişdir. Lakin hal-hazıradək oğlu X3 bir xəbər yoxdur. Oğlu Azərbaycan Respublikası ərazisini tərk etməmişdən əvvəl ona fərdi yaşayış evi tikmək üçün Şəki şəhəri H.Cavid küçəsi ünvanında torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi indiyədək oğlu X4 mülkiyyətindədir. Həmin əmlak oğlunun mülkiyyətində olduğundan o, mirası qəbul etmək istəyir. Lakin oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından bunu edə bilmir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi ilə əvvəllər qonşu olmuşlar, sonradan hazırki qeydiyyat ünvanına köçmüşdür. Ərizəçi X5 atasıdır. Vüqar İsmayılovu axırıncı dəfə 2008-ci ilin avqust-sentyabr aylarında görmüşdür. Qeyd edilən tarixdən sonra onu görməmişdir. Atasından Vüqarın harada olması ilə bağlı soruşduqda Ərizəçi oğlunun harada olduğunu bilmədiyini göstərmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi qonşumuzdur. Vüqar ismayılovu uşaq yaşlarından tanımış, aramızda 4 və 5 yaş fərqi olmuşdur. Axırıncı dəfə 2008-ci ilin avqust ayının əvvələrində görmüşdür. Eşitdiyinə görə Türkiyə Respublikasına, oradan Suriya Respublikasına getmişdir. Suriyada isə həlak olduğu bildirilir. İşin halları Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-1568/2020 saylı qətnaməsindən görünür ki, Ərizəçi 24 fevral 1983-cü il tarixdə anadan olmuş oğlu X4 xəbərsiz itkin düşmüş elan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hajkimiyyəti Calğalıbulaq İcra nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli, 341 nömrəli arayışda göstərilmişdir ki, ünvan 2 ünvanda yaşamış X8 2009-cu ilin oktyabr ayında həqiqətən evdən çıxaraq naməlum istiqamətdə getmiş və bu günə kimi ondan heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, 3-13-12/2-127712/23 nömrəli məktubda göstərilmişdir ki, 24 fevral 1983-cü il təvəllüdlü X4 cinayət təqibi və ya məhkumluğu barədə DİN-nin müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş 13 sentyabr 2023-cü il tarixli, 3-38-33/2-3436/23 nömrəli məktubundan görünür ki, X4 23 avqust 2008-ci il tarixdə dövlət sərhədindən İran İslam Respublikasına çıxışı barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. AR Dövlət Təhlükəsizlik Xidmətinin Şəki şəhər Şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli, 3342 nömrəli məktubdan görünür ki, məhkəmənin qətnaməsinə əsasən itkin düşmüş hesab edilən 24 fevral 1983 təvəllüdlü X8 ekstremist şəxs kimi məlum olmuşdur. V.İsmayılov Pakistana qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməluyyatlarında iştirak etmək məsədilə xx.xx.2008-ci il tarixdə ölkəni tərk edərək və bu günədək geri qayıtmamışdır. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən V.İsmayılov münaqişə bölgələrində öldürülmüşdür. Lakin onun Pakistanıbn nəzarətsiz bölgələrində olması səbəbindən ölüm faktının müəyyən edilməsinə dair əsdiqləyici sənədlər əldə etmək mümkün deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrinidinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, 24 fevral 1983-cü il tarixdə ünvan 3 ünvanında yaşamış X8 2008-ci ilin avqust ayının 23-də İran İslam Respublikası istiqamətində Azərbaycan Respubliaksı ərazisini tərk etməsi barədə məlumat qeydə alınmasına baxmayaraq, sonradan onun Azərbaycan Respubliaksına geri qayıtması hazırda onun sağ olması, həlak olması və ya itkin düşməsi barədə hər hansı bir rəsmi məlumat əldə edilməmişdir. Bu hal məhkəmə tərəfindən qiymətləndirilmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-1568/2020 saylı qətnaməsi ilə 24 fevral 1983-cü il tarixdə anadan olmuş X8 xəbərsiz itkin düşmüş elan edilmişdir. X1 AR Dövlət Təhlükəsizlik Xidmətinin Şəki şəhər Şöbəsi tərəfindən verilmiş məlumata əsasən V.İsmayılov Pakistana qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmək məsədilə xx.xx.2008-ci il tarixdə ölkəni tərk edərək və bu günədək geri qayıtmamışdır. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən V.İsmayılov münaqişə bölgələrində öldürülmüşdür. Uzun müddətdir ki, X4 harada olması, harada yaşaması barədə başqa məlumatın olmaması, ümumiyyətlə onun olduğu yerin məlum olmaması və beş il ərzində onun yaşayış yerində görünməməsi 24 fevral 1983-cü il təvəllüdlü X4 ölməsini güman etməyə əsas verir. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçi tələbində haqlıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi oğlu X8 ölmüş elan edilməlidir. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyinə görə 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan X8 ölmüş elan edilsin. X4 ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1696/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1696/2023
02.11.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver