Məhkəmə qərarları › İş №e-2(075)-1702/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1702/2022

03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1702/2022 03.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi Nümayəndə, həmçinin Ərizəçi1 vəkili Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə X3 qohum olmaları (qardaş olmaları) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X5 ilə X6 qohum olmaları (qardaş olmaları) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizənin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA ******* nömrəli çıxarışa əsasən ünvan 3nında yerləşən xüsusi mülkiyyət növü üzrə 0.0468 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi 1/3 hissə Nümayəndə, 1/3 hissə Ərizəçi1 və 1/3 hissəsi isə X14 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə dair reyestr nömrəsi **********87-10301 olan daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Hazırda Ərizəçi1 ünvan 3nında yerləşən xüsusi mülkiyyət növü üzrə 0.0468 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin özünə düşən 1/3 hissəsini ona bağışlamaq istəyir. Bununla bağlı o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna müraciət edərək, Ərizəçi1 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət növü üzrə 0.0468 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin özünə düşən 1/3 hissəsini əmisi nəvəsi olan Ərizəçi2, yəni ona bağışlamağını nəzərə alıb bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 09 iyun 2022-ci il tarixli qərarına əsasən onun atasının və əmisinin qohumluğunu təsdiq edən doğum haqqında şəhadətnamələrin əslinin mövcud olmadığından və eyni zamanda elektron informasiya sistemində bu məlumatın aşkar edilmədiyindən bağışlanma müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, onun ərizəsi əsasında bağışlanma müqaviləsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Bundan əlavə, eyni ərizə ilə ünvan 2 ünvanında qeydiyyatda olan əmisi nəvəsi Ərizəçi1 da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna müraciət etmiş, lakin Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 21 may 2022-ci il tarixli 1930 nömrəli məktubu ilə ona bildirilmişdir ki, hər iki tərəfin (hədiyyə verən, hədiyyə alan) iştirakı olmadan bağışlanma müqaviləsinin rəsmiləşdirilməsi qeyri-mümkündür. Göstərmişdir ki, Çələbixan məhəllə nümayəndəsinin 223 nömrəli xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, atası X5 1933-cü ildə anadan olmuş, 1987-ci il tarixdə ölmüşdür. X1 1926-cı ildə anadan olmuş, 1941-ci ildə isə ölmüşdür. Həqiqətən də həmin şəxslər qardaş olmuşlar. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14 aprel 2022ci il tarixli TA-00219-2022 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış Azərbaycanda sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri fondunun sənədlərində Şəki şəhəri üzrə 1925-1927-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X8 doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X23 Filialının 05 aprel 2022-ci il tarixli 281 nömrəli məktubunda qeyd edilmişdir ki, Nuxa şəhər VVAQ şöbəsinin 1933-cü ilin doğulanların qeydiyyat kitablarına əsasən X2 doğumu barədə qeydiyyat tapılmamışdır. Maraqlı şəxs 26 aprel 2022-ci il tarixli 05/Q-460/70 nömrəli arayışında qeyd edilmişdir ki, X2 barəsində Maraqlı şəxs arxivində həmçinin Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları doğum haqqında bərpa akt qeydi kitabları üzrə 1946- 2022-ci illər Maraqlı şəxs üzrə yoxlanılmışdır. Bildirmişdir ki, o, xx xxxx 1964-cü il tarixdə mübahisələndirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuşdur. Digər Ərizəçi1 onun əmisi Nütfəlinin nəvəsidir. Göstərmişdir ki, atası Nurəddin, əmiləri Nütvəli, Musa və Abduləli olmuşdur. Onlar özü, Ziyafət və Məlahət olmaqla ailədə 3 uşaq olmuşlar. Əmisi Nütvəlinin də Adil, Nazim və Ruziyyə adında 3 uşağı olmuşdur. Təranənin nümayəndəsi Adilə əmisi oğlu Adilin həyat yoldaşıdır. Onlar hamısı qeyd edilən ünvanda olan evdə doğulmuş və böyümüşlər. ünvan 3nında yerləşən fərdi yaşayış evi sənədləşdirilərkən 1/3 hissə Nümayəndə, 1/3 hissə Ərizəçi1 və 1/3 hissəsi isə X14 adına sənədləşdirilmişdir. O hazırda anası, ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Bildirmişdir ki, onlara məxsus ev tiraltıdır və evləri faktiki olaraq ayrılmışdır. Hazırda Təranə özünə məxsus 1/3 hissəni ona bağışlamaq istəyir, lakin atası Nurəddinlə əmisi Nütvəlinin doğum şəhadətnamələri olmadığından qohumluqlarını müəyyən etmək olmur. Göstərdikləri ilə bağlı hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək göstərmişdir ki, Ərizəçi1 onun qızıdır. Ərizəçi2 onun həyat yoldaşı Adilin əmisi oğludur. Bildirmişdir ki, həyat yoldaşı Adilgil iki qardaş, bir bacı olublar. Adilin qardaşı Nazim, bacısı isə Ruziyədir. Onun qayınatası X12 ilə X5 qardaş olublar. Musayev Nütfəlinin övladları Adil, Nazim və Ruziyədir. Mustafayev Nurəddinin uşaqları isə Niymət, Ziyafət və Məlahətdir. Göstərmişdir ki, Ərizəçi2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuşdur. Hal-hazırda Niymət həmin fərdi yaşayış evində anası, həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayır. Həmin ev tiraltı evdir. Bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət növü üzrə 0.0468 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi 1/3 hissə onun, 1/3 hissə qızı Ərizəçi1 və 1/3 hissəsi isə oğlu X14 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda qızı Ərizəçi1 həmin evdən özünə düşən 1/3 payı Ərizəçi2 bağışlamaq istəyir. Bununla bağlı Ərizəçi2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna müraciət edərək, Ərizəçi1 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət növü üzrə 0.0468 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin özünə düşən 1/3 hissəsini Ərizəçi2 bağışlamağını nəzərə alıb bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilməsini xahiş etmişdir. Lakin Nurəddinin və Nütfəlinin qohumluğunu təsdiq edən doğum haqqında şəhadətnamələrin əslinin mövcud olmadığından və eyni zamanda elektron informasiya sistemində bu məlumatın aşkar edilmədiyindən bağışlanma müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Bundan başqa qızı Ərizəçi1 da eyni məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna müraciət etmiş, lakin mövcud problemin həlli mümkün olmamışdır. Bu səbəbdən X5 ilə X6 qohum olmaları faktının təsdiq edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi1 vəkili Vəkil da ərizəçilər Ərizəçi2 və Ərizəçi1 izahatına oxşar məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ərizəçi2 onun əmisi oğlu, Ərizəçi1 isə əmisi nəvəsidir. Nurəddin, Nütfəli və Musa onun əmiləridir. Onun atası Abduləlidir. Niymət onun əmisi Nurəddinin oğlu, Ərizəçi1 isə onun əmisi Nütfəlinin nəvəsidir. Ərizəçi1 anası Nümayəndədır. Bildirmişdir ki, onun atası Abduləlinin Nurəddingillə ataları eyni adam olmuş, lakin anaları fərqli olmuş, yəni ögeylik vardır. Hal-hazırda Ərizəçi2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Onların evi tir altıdır. Qeyd olunan evdə Adiləgildə yaşayırlar. Onun evi isə həmin fərdi yaşayış evinin arxasındakı məhlədə yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, X5 onun həyat yoldaşı, X12 isə Mustafayev Nurəddinin qardaşı olmaqla, onun qaynıdır. Nurəddin, Nütfəli və Musa doğma qardaşdılar. X6 Nazim, Adil və Ruziyyə adlı üç övladı vardır. Bildirmişdir ki, onlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin fərdi yaşayış evi tiraltıdır. Bir-biriləri ilə tiraltı qonşudurlar. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X23 Filialının 05 aprel 2022-ci il tarixli, 281 saylı məktubundan görünür ki, Nuxa şəhər VVAQ şöbəsinin 1933-cü ilin “Doğulanların qeydiyyat” kitablarına əsasən X2 doğumu barədə qeydiyyat tapılmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 14 aprel 2022-ci il tarixli, TA-00219-2022 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Şəki şəhəri üzrə 1925-1927-ci illərə dair doğum aktlarının qeydiyyatı kitablarında X8 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 iyun 2022-ci il tarixli, 223 saylı arayışdan görünür ki, Ərizəçi2 ünvan 4 ünvanında 241 saylı evdə yaşayır. Onun atası X5 1933-cü ildə anadan olmuş, 1987-ci ildə vəfat etmişdir. X4 1926-cı ildə anadan olmuş, 1991-ci ildə vəfat etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 09 mart 2012-ci il tarixli MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında 0.0468 ha torpaq sahəsində yerləşən 2 mərtəbədən, 3 otaqdan, 53.92 kv.metr yaşayış, 70.04 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin 1/3 hissəsi Nümayəndə, 1/3 hissəsi Ərizəçi1 və 1/3 hissəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 may 1991-ci il tarixli, İV-ЖГ 279568 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 17 aprel 1991-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 176 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 aprel 2022-ci il tarixli, AZ-İİ 260719 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 10 dekabr 1987-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 382 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 aprel 2022-ci il tarixli, 05/Q-460/70 saylı arayışdan görünür ki, X2 barəsində Maraqlı şəxs arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 avqust 1971-ci il tarixli, İ-ЖГ 255540 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1964-cü il təvəllüdlü Ərizəçi2 atası X5, anası X9r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 ilə X12 doğma qardaşdılar. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 10 dekabr 1987ci il tarixdə vəfat etmiş X2 17 aprel 1991-ci il tarixdə vəfat etmiş X6 qardaşı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 10 dekabr 1987-ci il tarixdə vəfat etmiş X2 17 aprel 1991-ci il tarixdə vəfat etmiş X6 qardaş olmaları faktı müəyyən edilsin. Ərizəçilərin dövlət büdcəsinə ödədikləri 100 (bir yüz) manat rüsum onların özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar