Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1709/2023 14.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı cavabdeh Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum babası X19 və onun anası X6 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0178 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun hal-hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən ev X9 və X10 adlarınadır. Həmin şəxslərdən X20 onun nənəsidir. Daha öncə X9 doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyi üçün Şəki Regional “Asan Xidmət” Mərkəzi tərəfindən ona məhkəməyə müraciət etməyi izah olunmuşdur. Belə ki, X1 Süleyman Cabbar oğlunun anasıdır. Həmin şəxslər vəfat etmişdirlər. Həmin evin digər mülkiyyətçisi X22 onun atasıdır. Bütün vərəsələrin həmin mülkiyyəti notarial qaydada imtina etməyini nəzərə alınsa, o həmin mülkiyyətçilərin sağ qalan yeganə vərəsəsidir. Ona görə də o daha öncə qohumları olan X11 X9 ana uşaq olmaqla onun yaxın qohumları olmaları faktının təsdiq edilməsi ilə bağlı daha öncə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, e-2(075)-774/2023 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən evin ümumi birgə mülkiyyətçiləri olan X11 X9 anası olması hüquqi faktı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən evin ümumi birgə mülkiyyətçiləri olan X19 09 oktyabr 1972-ci il tarixdə, X20 isə 30 iyul 1968-ci il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra X3 mirası qəbul etmiş, o isə öz növbəsində 20 oktyabr 2000-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X11 və X9 ümumi birgə mülkiyyətindədir və onların ölümündən sonra miras qalmışdır. Atası vəfat edəndən sonra miras qalmış əmlakı yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə faktiki olaraq mirası o qəbul etmişdir. Beləliklə atasının vəfatından sonra o miras qalmış həmin fərdi yaşyış evinə və torpaq sahəsinə sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin evdə ailəsi ilə birlikdə yaşayır. Beləliklə o babasından və onun anasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Ona görə də o 30 iyul 1968-ci il tarixdə vəfat etmiş babasınının anası X20 və 09 oktyabr 1972-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişdir. X46 “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli Notariat hərəkətinin aparılmasından imtina haqqında qərarı ilə bundan imtina edilmişdir. Ona görə də o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, X46 “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəm iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. Fuad həmin evin nəvəsidir. X37 babasıdır. Yay aylarında Fuad həmin evdə qalır. Hal-hazırda həmin evə Fuad sahiblik edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Fuad onun qonşusudur. ünvan 1 ünvanında yerləşən evdən Hüseynova Şəhrabanı və Süleymanov Süleyman istifadə etmişlər. Hal-hazırda həmin evi Fuad idarə edi. Yay aylarında Fuad ailəsi ilə həmin evdə qalırlar. İşin halları 05 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1986cı il tarixdə anadan olmuşdur. X3, anası isə X23r. Şəki Rayon Məhkəməsinin 2 (075)-774/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin ümumi-birgə mülkiyyətçiləri olan X11 X9 anası olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. 06 yanvar 1969-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X20 30 noyabr 1968-ci il tarixdə ölmüşdür. Şəki şəhər “Giləhli” məhəllə nümayəndəliyi təfəindən verilmiş 08 noyabr 2022-ci il tarixli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, “Giləhli” məhəlləsi, Həzi Aslanov küçəsi, 2/6 saylı evdə yaşamış X25 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir. X5 adlı varisi qalmışdır. Şəki şəhəri VVAQ şöbəsi tərəfindən 24 oktyabr 1972-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X19 09 oktyabr 1972-ci il tarixdə vəfat etmişdir. Şəki şəhər “Giləhli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 08 noyabr 2022-ci il tarixli, 97 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, “Giləhli” məhəlləsi, Həzi Aslanov küçəsi, 2/6 saylı evdə yaşamış X19 09 oktyabr 1972-ci il tarixdə vəfat etmiş və X28, X12, X13, X22, X29, X26 və İddiaçı Süleyman oğlu adlı vərəsələri qalmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 may 2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 06 aprel 2015-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Xətai rayonu VVAQ Şöbəsi tərəfindən 24 dekabr 1980-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X22 20 oktyabr 2000-ci il tarixdə vəfat etmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 36.60 kv.m olan fərdi yaşayış evi və 0.0178 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X19 və X11 mülkiyyətlərindədir və torpaq sahəsi üzərində hüquq xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. X16 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdiyi 01 may 2022-ci il tarixli ərizəsindən görünür ki, ərinin nənənsi X20 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus olan əmlak miras qalmışdır. X8 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ərinə düşən hissədən ona düşən payı ərizə ilə, nə də faktiki qəbul etməmiş, etmir. Öz hərəkətlərinin əhəmiyyətini dərk edərək, hərəkətlərinin idarə etmək imkanına malik olaraq, onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq, digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmadan, həqiqi iradəsinə əsasən ərizəsini təsdiq etmişdir. X24 Bakı şəhəri 40 saylı notariat kontoruna müraciət etdiyi 25 aprel 2018-ci il tarixli ərizəsindən görünür ki, X31 xx.xx.1968-ci il tarixdə vəfat etmiş X6 miras qalmış ona düşən payı etməmiş və qəbul etmək fikri yoxdur. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. X17 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoruna müraciət etdiyi 28 sentyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.1968-ci il tarixdə vəfat etmiş nənəsi X6 miras qalmış əmlakdan ona düşən payı qəbul etməmiş və qəbul etmək fikri yoxdur. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. X2 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoruna müraciət etdiyi 10 oktyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.1968-ci il tarixdə vəfat etmiş nənəsi X6 miras qalmış əmlakdan ona düşən payı qəbul etməmiş və qəbul etmək fikri yoxdur. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını, şahidin ifadəsini dinləyib, məhkəmə belə bir nəticəyə gəlir ki, iddia əsaslıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.60 kv.m olan fərdi yaşayış evi və 0.0178 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X19 və X11 mülkiyyətlərindədir. Mülkiyyətçilərdən X20 30 iyul 1968ci, X19 isə 09 oktyabr 1972-ci il tarixlərdə vəfat etmiş və ölümlərindən sonra X28, X12, X13, X22, X29, X26 və İddiaçı Süleyman oğlu vərəsələr olaraq qalmışlar. İddiaçı atasının vəfatından sonra həmin fərdi yaşayış evə və torpaq sahəsinə sahiblik etmiş və idarə etmişdir. Bununla da atasından qalmış miras əmlakı qəbul etmişdir. İddiaçı atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməsi nəzərə alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etdiyini, lakin hüquqi məlumatsızlığı səbəbindən vaxtında müraciət etməməsi nəzərə alınaraq müraciətindən imtina edildiyini göstərmiş, məhkəmədə qaldırdığı iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoymuş şəxslərdən X13 06 aprel 2015-ci il tarixdə, X22 20 oktyabr 2000-ci il tarixdə ölmüş, digər X28, X12, X29 və X26 adlı şəxslər isə miras əmlakdan onlara düşən payı qəbul etməkdən imtina etmişlər. Göründüyü kimi iddiaçı atasından qalmış miras əmlakda yaşamaqla mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, miras əmlakdan istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, hüquqi məlumatsızlığından notariat kontoruna vaxtında müraciət etməmişdir. Bununla da iddiaçı atasından qalmış mirası qəbul etmiş sayılsa da, o, həmin əmlakın adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə, tərəflərin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapır. Buna görə də məhkəmə iddiaçının atasından qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzürlü hal kimi qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı tərəfindən mərhum babası X19 və onun anası X6 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0178 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən mərhum babası X19 və onun anası X6 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0178 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1709/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1709/2023
14.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver