Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1712/2022 06.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-621/202 saylı qətnaməsi ilə ölmüş elan edilmiş X1 ilə aralarında qohumluq faktının müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə 25 iyul 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, 26 avqust 2022-ci il və 21 sentyabr 2022-ci il tarixlərdə məhkəmə hazırlıq iclasları keçirilmiş, mülki işin məhkəmə baxışı iclası bu günə, yəni 06 oktyabr 2022-ci il tarixə saat 10:00-a təyin edilmişdir. 06 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclas zamanı Ərizəçi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırki mülki iş üzrə lazımi sənədlərin əldə edilməsi zərurəti yaranmışdır, bu səbəbdən ərizəsinin baxılmamış saxlanılması və geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Şəki regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərzə baxılmamış saxlanılmalıdır. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi Ərizəçi ərizənin baxılmamış saxlanılması barədə ərizə təqdim etmiş, maraqlı şəxs Ədliyyə Nazirliyi Şəki regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilməli və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1712/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1712/2022
06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver