Məhkəmə qərarları › İş №e-2(075)-1745/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1745/2024

24.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1745/2024 24.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrum edilməsi və ləyaqətsiz vərəsə elan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq iclasda baxaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun vərəsəsi olması hüququndan məhrum edilməsi və ləyaqətsiz vərəsə elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmumuna uyğun izahat verərək bildrmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətində olmuşdur. Cavabdeh onun oğlu və vərəsəsi olmaqla onu bir böyük kimi, ata kimi saymamış, ona qarşı münasibəti qeyrisəmimi olmuş, onu incitmiş, daima təhqir etmiş, barəsində şər və böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, xx.xx.2023-cü ildə keçmiş arvadı X2 ona qarşı “birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaklara ½ hissə pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsini, onunla rəsmi nikahda olduğu müddətdə əldə edilmiş, adına olan, ünvan 2 ünvanda yerləşən mənzilin və ünvan 3 torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin cavabdeh aralarında bərabər bölünməsi və həmin əmlaklara ½ hissə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin vaxtdan oğlu Cavabdeh anasının tərəfini tutaraq onun ünvanına nalayiq ifadələr səsləndirmiş, məhkəmə iclaslarına anasi ilə birlikdə gələrək anasının yanında əyləşmiş, məhkəmə iclası yekunlaşdıqdan sonra hər dəfə sonun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə hücum edərək qapısını dağıtmış, onu təhqir etmiş, onun ünvanına şər və böhtan xarakterli məlumatlar səsləndirmişdir. Hətta cavabdehin anası Kəmalə Qasımova məhkəmə iclaslarının birində oğlunun onu öldürmək istədiyini bildirmişdir. Buna görə də o, iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ona qarşı şər və böhtan xarakterli məlumatlar yaymış, onu təhqir etmiş, guya onun vahabi təriqətinə qulluq etməyi, onlara qarşı zorakılıq etməyi barədə şər və böhtan xarakterli məlumatlar yaymışdır. Buna görə də cavabdeh gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüquqlarından məhrum edilməlidir. O, qeyd etdiklərinin nəzərə alınaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı atası İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç bir həqiqəti əks etdirməmiş, atasının söylədiklərinin heç bir əsası və sübutu olmamışdır. Onun anası və atası-İddiaçı ilə həmişə normal ailə münasibətləri olmuşdur. Hətta anası məhkəmə qaydasında atası ilə nikahlarını pozduqdan sonra da atası ilə münasibətləri heç vaxt dəyişməmişdir. İddiaçı anasından ayrılmasının səbəbi atasının başqa qadınla ailə münasibətlərinin olması olmuşdur. Buna baxmayaraq o, atasına hörmətlə yanaşmış və bu gün də hörmətlə yanaşmaqdır. O, atası İddiaçı qarşı heç bir hörmətsizlik etməmiş, onu təhqir etməmiş və ölümlə hədələməmişdir. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirməmişdir. Tam əksinə İddiaçı ailə-məişət münasibətləri zəminində vuraraq anasına xəsarət yetirmiş və Şəki Şəhər-Rayon polis Şöbəsi tərəfindən barəsində araşdırma aparılmışdır. Bununla bağlı ekspertiza rəyi də olmuşdur. O, normal həyat tərzi sürən vətəndaş olmaqla heç kimlə mübahisəsi olmamış, atasının ona qarşı iddia qaldırmasının başlıca səbəbi ətrafındakı insanlar olmuşdur. Ətrafıdakı insanlar atasını ailəsindən uzaq salmağa çalışmışlar. Atasının onun vərəsəlik hüququndan məhrum edilməsinə səbəb olan heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməməsini nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadə verərək bildirmişdir ki, İddiaçı onun sabiq həyat yoldaşı olmuş, bir müddət səmimi, mehriban yaşasalar da, sonradan iddiaçının başqa qadınla münasibətlərinin olması səbəbindən məhkəmə qaydasında ayrılmışlar. Nikahları pozulduqları ilk gündən iddiaçı onu və uşaqlarını dinc yaşamağa qoymamış, onları təhqir etmiş, ona hücum çəkmişdir. Bununla bağlı o, polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və polis şöbəsində müvafiq araşdırma aparılmışdır. İddiaçının dedikləri heç bir sübuta söykənməmişdir. Başqa məhkəmə iclasında izahat verərək o, İddiaçı oğlu Cavabdeh çox narahat etdiyini, ondan şər, böhtan xarakterli şikayətlər etdiyini, oğlu Rəşidin atasına nəsə etməsindən ehtiyat etdiyini bildirmiş və bunu İddiaçı hərəkətlərni dayandırması üçün demişdir. Oğlu Cavabdeh həmişə atasının hörmətini saxlamış və atasına qarşı heç bir pis hərəkətə yol verməmişdir. Sadəcə o, məhkəmə iclasında həmin sözü öz ifadəsi kimi işlətmiş, İddiaçı etdiyi haqsız hərəkətlərin dayandırmaq istədiyi üçün işlətmişdir. İş materiallqarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş.; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2024-cü ildə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda (yeni qaydalarla: ünvan 5ən fərdi yaşayış evi İddiaçı tam xüsusi mülkiyyətindədir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin 3-13-109/2-24938/2024 saylı məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 həyat yoldaşı İddiaçı onun yaşadığı ünvana gələrək tez-tez mübahisə yaratması, işığını, qazını xəbərsiz kəsdirməsi və onu həmin evdən çıxartmaq istməsi, icazəsi olmadan evi kirayə verməsi və evə buraxılmaması barədə müxtəlif vaxtlarda Şəki Şəhər-Rayon Polis Şöbəsinə şikayət ərizələri vermişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxaraq, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh atasıdır. İddiaçı, oğlunun ona bir ata kimi hörmət qoymadığı, qayğısına qalmadığı, heç bir ehtiyacını qarşılamadığı, əksinə onu təhqir etdiyini, ölümlə hədələdiyini əsas gətirərək onun ölümündən sonra qalacaq bütün miras əmlakdan payına münasibətdə mirasdan məhrum etmək, ləyaqətsiz vərəsə hesab edilməsini istəmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Hazırkı işdə İddiaçı Cavabdeh onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsinə, onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi barədə təqsirinin məhkəmə tərəfindən təsdiq olunmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Bundan başqa Mülki Məcəllənin 1143-cü maddəsinə görə şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi şəxsin ləyaqətsiz vərəsə hesab olunması barədə iddia miras açıldıqdan sonra ləyaqətsiz vərəsə hesab olunacaq şəxs mirasa yiyələndikdən sonra maraqlı şəxslər tərəfindən qaldırıla bilər. Qanunvericilik miras qoyacaq şəxsin sаğlığındа belə iddia ilə məhkəməyə müraciət etməsini müəyyən etməmişdir. Eyni zаmаndа Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.2-ci maddəsinə əsasən miras qoyan şəxs sağlığında məhkəməyə müraciət etmək yolu ilə vərəsəsini məcburi paydan məhrum edə bilər. Həmin Məcəllənin 1193-cü maddəsinin məzmunundan isə aydın olur ki, məcburi pay o zaman yaranır ki, miras əmlak vəsiyyət edilir. İddiaçı əmlakını hər hansı şəxsə vəsiyyət etməsi barədə sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh onun vərəsəsi olması hüququndan məhrum edilməsi və ləqayətsiz vərəsə elan edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı onun vərəsəsi olması hüququndan məhrum edilməsi və ləqayətsiz vərəsə elan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar