Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1749/2023 12.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İddia tələbin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 avqust 2018-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində “Banuçiçək” adlı uşağının anadan olması (doğulması) hüquqi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X21 ilə 2017-ci ilin sonlarında rəsmi qaydada ailə qurmuşdur. Lakin, ailə qurarkən nikah yaşı bitmədiyinə görə rəsmi qaydada nikah bağlaya bilməmişlər. Onların birgə evlilikdən 01 avqust 2018-ci il tarixdə uşaqları anadan olmuşdur. Həmin uşağın adını Banuçiçək qoymuşlar. Bundan sonra onların birgə evlilikdən 29 mart 2020-ci il tarixdə Dərya adlı uşaqları anadan olmuşdur. Onlar 25 noyabr 2021-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Nikahlarını rəsmiləşdirdikdən sonra, yəni 10 fevral 2022-ci il tarixdə onların Nərgiz adlı uşaqları anadan olmuşdur. Onlar Dərya və Nərgiz adlı uşaqlarına doğum haqqında şəhadətnamə alsalar da, 01 avqust 2018-ci il təvəllüdlü uşaqları Banuçiçəyə doğum haqqında hadətnamə almamışlar. Belə ki, Banuçiçək ev şəraitində anadan olmuşdur. Bir müddət bundan əvvəl Banuçiçəyə doğum haqqında şəhadətnamə almaq üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, həmin şöbədə doğum qeydiyyatının aparılmasının mümkün olmadığı bildirilmiş və Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Eyni zamanda Banuçiçəyin anadan olması ilə bağlı tibbi şəhadətnamənin verilməsi ilə bağlı aidiyyəti üzrə tibb məntəqəsinə müraciət etsə də, tələbindən imtina edilmişdir. Ona görə də hazırki tələblə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, 2017-ci ilin sonlarında X17 ilə qeyri rəsmi qaydada ailə qurmuşdur. 01 avqust 2018-ci ildə ev şəraitində bir qız övladları anadan olmuşdur. Uşaq anadan olan zaman qayınanası yanında olmuşdur. X1 azyaşlı olduğunu bildirməmiş, nikahlarını rəsmiləşdirilməsi üçün Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etdiklərində onun azyaşlı olduğu məlum olmuşdur. Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, həmin şöbədə doğum qeydiyyatının aparılması mümkün olmamışdır. Bundan başqa hazırki ailə münasibətindən daha iki övladı dünyaya gəlmişdir. Nikah yaşına çatdığından X21 ilə rəsmi nikaha girərək bundan sonra dünyaya gəlmiş övladlarına sənəd ala bilmişlər. Ona görə də hazırki tələblə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun gəlinidir. Ərizəçi azyaşlı olduğu nikahlarını rəsmiləşdirilməsi üçün qeydiyyat şöbəsinə müraciət etdiklərində məlum olmuşdur. Birgə yaşayışlarından 2018-ci ildə nikahdan kənar və ev şəraitində bir qız övladları anadan olmuşdur. Daha sonra 2020-ci ildə Nərgiz, 2022-ci ildə isə Dərya adlı qız övladları anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. X22 ilə X21 qeyri rəsmi qaydada ailə qurmuşlar. Onların Banu, Dərya və Nərgiz adlı uşaqları anadan olmuşdur. İşin halları Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova (Abbasova) Aysun Mais qızı ilə X10 arasında 25 noyar 2021-ci il tarixdə Şəki Regional Maraqlı şəxsnə qeydiyyat şöbəsində bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 903 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 fevral 2022-ci il təvəllüdlü X5 atası X21, anası isə Ərizəçidır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 mart 2020-ci il təvəllüdlü X9 atası X21, anası isə Ərizəçidır. ünvan 2lmiş 07 aprel 2022-ci il tarixli, 221 nömrəli arayışdan görünür ki, X21 həqiqətən Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. ünvan 2lmiş 07 aprel 2022-ci il tarixli, 220 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Şəki rayon X7 Aysun Mais qızına ünvanlanmış 08 aprel 2022-ci il tarixli, 05/Q- 1420/15 saylı məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinə xx.xx.2018-ci il tarixdə ev şəraitində doğulmuş qız övladının doğumunun qeydə alınması barədə xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Doğumun qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədləri təqdim etmədiyinə görə doğum qeydiyyatının aparılması mümkün olmamışdır. Odur ki, xx.xx.2018-ci il tarixdə ev şəraitində doğulmuş qız övladının doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tibbi Ərazi Bölmələrini X25 Rayon Mərkəzi Xəstəxanası X32 X26 tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli, 384 nömrəli arayışdan görünür ki, Şəki şəhər, Böyük Dəhnə kəndində yaşayan Ərizəçi xx.xx.2018-ci il tarixdə (tarix ananın dediyinə əsaslanaraq) doğulan körpə haqqında heç bir məlumatları yoxdur. Hər hansısa yeni doğulmuş inkişaf tarixində, yaxudda xəstəxana kitabına qeydə alınmamışdır. ünvan 2lmiş 17 may 2022-ci il tarixli, 273 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yaşayan Ərizəçi xx.xx.2018-ci il tarixdə ev şəraitində övladı dünyaya gəlmişdir. ünvan 2lmiş 28 avqust 2023-cü il tarixli, 424 nömrəli arayışdan görünür ki, X21 həqiqətən Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatdadır, yaşayır və onun 2023-cü ilin kənd təsərrüfat başına kitabına əsasən Ərizəçi, X18, X13 və X11 adlı ailə üzvləri vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeydə alınması barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə göründüyü kimi ərizəçinin ev şəraitində bir uşağı doğulmuşdur. Həmin uşağın doğulmasını təsdiq edən hər hansı tibbi sənəd təqdim edilmədiyindən, uşağın doğumu qeydiyyata alınmadığından və müvafiq sənədlər olmadığı üçün Şəki rayon Qeydiyyat Şöbəsi doğumu qeydə almaqdan imtina etmişdir. Uşaq hal-hazırda sağlam olmaqla ailəsinin himayəsində yaşayır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X6 01 avqust 2018-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində doğulmuş, anası Ərizəçi, atası isə X14r. Ərizəçinin valideynləri barədə məlumatlar məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə, öz təsdiqini tapmışdır. Odur ki, ərizə təmin edilməli və uşağın doğum faktı müəyyən olunmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək X3 01 avqust 2018-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində doğulması, atasının X21, anasının isə Ərizəçi olması faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X2 01 avqust 2018-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində doğulması, atasının X21, anasının isə Ərizəçi olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1749/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1749/2023
12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver