Məhkəmə qərarları › İş №e-2(075)-1805/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1805/2022

04.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1805/2022 04.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şəki şəhəri İnteqrasiya X2rşı “işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehsının onun işdən azad olmağı barədə verdiyi xx.xx.2022-ci il tarixli 66 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 09 avqust 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, 09 sentyabr 2022-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 04 oktyabr 2022-ci il tarixə saat 09:15-ə təyin edilmişdir. 04 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclas zamanı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırki mülki işə məhkəmədə baxılan zaman cavabdeh iddia tələbi üzrə ona irəli sürülən tələbi təmin etmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 106 saylı əmrlə işə bərpa edilmişdir. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki şəhəri X5 Tipli Gimnaziya isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyərək işə mahiyyəti üzrə baxılmasını tələb etmirməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə təqdim etmiş, cavabdeh Şəki şəhəri X5 Tipli Gimnaziyanın nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Şəki şəhəri İnteqrasiya X2rşı “işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar