Məhkəmə qərarları › İş №e-2(075)-1848/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1848/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1848/2022 22.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **- PG-*** dövlət qeydiyyat nişanlı, “Nexia Ravaon R3 SX” markalı avtomobilə dəymiş zərər nəticəsində təmir xərclərinə ödənilmiş 869 (səkkiz yüz altmış doqquz) manat, 130 (yüz otuz) manat itirilmiş qazanc və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC-nin nümayəndəsi X5 xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək bildirmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi məhkəmənin xx.xx.2022-ci il tarixə təyin edilmiş baxış iclasında səhəti ilə bağlı iştirak edə bilmir, bu səbəbdən məhkəmə baxış iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Ekspertizanın rəyinə heç bir etirazları yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC-ilə X4 arasında 398-298- 256-229-92/İ nömrəli xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin” icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən bir ədəd “Nexia Ravon R3 SX” markalı **-PG- *** dövlət qeydiyyat nişanlı minik avtomobil VÖEN əsasında taksi fəaliyyəti göstərən X2 istifadəsinə verilmişdir. Sözügedən avtomobil sürücünün istifadəsinə xx.xx.2020-ci il tarixli AKT-a əsasən verilmişdir. Eyni zamanda həmin avtomobili xx.xx.2020-ci il tarixdə X6 Müqaviləsinə əsasən "xxxx" MMC-dən müqavilənin şərtlərinə uyğun lizinq yolu ilə İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Yəni, İddiaçı MMC şirkəti Digər Lizinq şirkətindən avtomobillər alaraq taksi fəaliyyəti göstərən şəxslərin istifadəsinə verir. xx.xx.2020-ci il tarixli, 398-298-256-229-92/İ saylı nəqliyyat vasitəsini icarə müqaviləsinə əsasən **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 icarəyə verilmişdir. Göstərmişdir ki, X4 06 mart 2021ci il tarixində saat 08:30 radələrində müqavilə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə ona təhvil verilən “Nexi Ravon R3 SX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu Azadlıq p/ti istiqamətində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi hüquqi sahibi X1 məxsus olan **-ND-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Avto qəza nəticəsində avtomobil sıradan çıxmış və təmir-bərpa işləri üçün 869 (səkkiz yüz altmış doqquz) manat məbləğində ziyan dəymişdir. Bildirmişdir ki, **- PG-*** dövlət qeydiyyat nişanlı, “Nexia Ravon R3 SX” markalı avtomobilin qəzadan sonra təmir-bərpa işləri üçün bunun nəticəsində İddiaçı MMC-yə 5 (beş) gün ərzində avtomobil taksi kimi fəyaliyyət göstərməməsi nəticəsində gündəlik 26 (iyirmi altı) manat olmaqla ümumilikdə 130 (yüz otuz) manat ziyan dəymişdir. Avtomobil digər şirkətə məxsus olması səbəbindən qeyri şərtsiz aylıq cədvəl üzrə ödənişləri həyata keçirilməlidir. Qazanc əldə etmədən həmin lizinq borcu İddiaçı MMC tərəfindən ödənilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, İddiaçı MMC ona qarşı Şəki rayon məhkəməsində iddia qaldıraraq göstərmişdir ki, cəmiyyətə məxsus icarə müqaviləsi əsasında etibarnamə üzrə X2 idarə etdiyi “Nexia Ravaon R3 SX" markalı **-PG-*** dövlət qevdiyyat nişanlı avtomaşının onun idarə etdiyi **-ND-*** dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomaşınla toqquşması nəticəsində cəmiyyətə məxsus avtomaşın sıradan çıxmış və həmin avtomobilin təmir bərpa işləri üçün 869 manat məbləğində ziyan dəymişdir. Bundan başqa 5 gün ərzində avtomobilin taksi kimi fəaliyyət göstərməməsi nəticəsində gündəlik 26 manat olmaqla 130 manat ziyan dəyməsini də göstərmiş və buna görə də, həmin məbləğlərin ondan tutularaq cəmiyyətin hesabına ödənilməsini xahiş etmişdir. O, iddia ərizəsini qismən qəbul edir. Belə ki, iddiaçı cəmiyyətə məxsus “Nexia Ravaon R3 SX” markalı **-PG-*** dövlət nömrə nişanlı avtomobilin sol yan tərəfi onun idarə etdiyi VAZ-2107 markalı avtomaşınla sürtülməsi nəticəsində iddiaçı cəmiyyətə məxsus avtomaşının sol qabaq təkəri cüzi zədə almaqla zərər görmüş, eləcə də həmin avtomaşının sol təkər üstü krilo və qapılarda cüzi sürtünmə izləri yaranaraq zədə almışdır. Həmin avtomaşının ümumi təmirinə 150-200 manat həcmində xərc tələb olunmuşdur. O, özü 150-200 manat xərci çəkərək, bir neçə saat ərzində həmin avtomobili təmir etdirə bilərdi. Amma orada gedən danışıqlardan belə razılığa gəlinmişdir ki, həmin avtomobili şirkət özü təmir etdirəcək və həmin təmir xərci sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Sonra məlum olmuşdur ki, onun idarə etdiyi avtomaşının sığortası gec ödənilmiş və bu səbəbdən də sığorta şirkəti ödəniş etməmişdir. Göstərmişdir ki, sığorta şirkəti sığorta olunma vaxtı barədə ona heç bir malumat verməmiş va telefonuna mesaj göndərməmişdir. İddiaçı cəmiyyətə məxsus avtomaşına dəymiş ziyan cüzi zədə olduğundan hadisədən sonra avtomaşının zədə almış ön sol təkəri ehtiyat təkəri ilə əvəz olunaraq hamin avtomaşın yoluna davam edərək getmişdir. Həmin avtomobilin onun avtomobili ilə sürtünməsi nəticəsində əmələ gələn zədələr tez bir vaxtda təmir edilib aradan qaldırıla bilən zədələr olmuşdur. Heç də həmin zədələrin aradan qaldırılması üçün 869 manat xərc pul vəsaiti tələb oluna bilməzdi. Eləcə də, iddia tələbində güya avtomaşın aldığı zədəyə görə 5 (beş) gün taksi kimi fəaliyyət göstərməmiş, bununla əlaqədar cəmiyyətə 130 manat ziyan dəyməsi göstərilmişdir. Hansı ki, həmin avtomaşına dəymiş zədələr yüngül sürtünmədən əmələ gəldiyi üçün həmin zədələr hamarlama üsulu ilə tez bir zamanda aradan qaldırıla bilərdi. Bunun üçün həmin avtomaşının 5 gün müddətinə təmirə dayandırmaqla taksi kimi fəaliyyət göstərməməsi inandırıcı deyildir. Bildirmişdir ki, ekspert rəyində avtomobilə dəyimiş ziyan məbləği 740 manat hesablanmışdır. Hesab edir ki, bu məbləğ yüksək hesablanmışdır. Avtomobilə dəymiş ziyanın məbləği ən çoxu 300 manat təşkil edə bilər. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan 06 mart 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Cavabdeh izahatının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 06 mart 2021-ci il tarixdə idarə etdiyi **-ND-*** Dövlət qevdiyyat nişanlı VAZ-2107 markalı minik avtomobili ilə yerləşmə edən zaman yol kənarında dayanan “Nexia Ravon R3 SX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vurduğunu etiraf etmişdir. İşdə olan İddiaçı MMC-nin 05 noyabr 2021-ci il tarixli aktından görünür ki, “Nexia Ravon R3 SX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq buferinin sol tərəfinin sıyrılması, sol qabaq işığının alt tərəfində 2 ədəd cırıq olması, qabaq sol qanadda əzik olması, qabaq sol qapıda 2 ədəd batıq olması, sol padnoskanın arxa tərəfində siyrilmə olması, sağ stopun sağ uc tərəfinin sınması, sağ arxa qanadda batıqcırıq olması, sağ arxa qapıda 3-4 ədəd uzununa cırıq olması müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, ƏEM/N 22- 757/22 nömrəli rəydən görünür ki, “Ravon Nexia R3 SX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri 60 manat ehtiyyat hissələri, 680 manat təmir xərci olmaqla, cəmi 740 manat təşkil edir. Xidmət haqqı 150 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, X4 06 mart 2021-ci il tarixində saat 08:30 radələrində müqavilə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə ona təhvil verilən İddiaçı MMC-nə məxsus olan “Nexia Ravon R3 SX” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu Azadlıq p/ti istiqamətində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi hüquqi sahibi X1 məxsus olan **-ND-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılaraq Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı MMC-nə 740 manat məbləğdə maddi ziyan vurulmuşdur. Lakin, İddiaçı MMC qəza nəticəsində ona vurulmuş ziyandan əlavə ona vurulmuş real zərər və əldən çıxmış fayda olmaqla, 130 manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, o, iddia tələbinin həmin hissəsinin, həmçinin, iddiasının Cavabdeh qarşı olan hissəsinin əsaslı olmasını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbinin qalan hissəsi və Cavabdeh qarşı olan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 740 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC oğluna ödənilməli, iddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ekspertiza xərci olan 150 manat Cavabdeh alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 223 və 227.1ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 740 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə ödənilsin. İş üzrə ekspertiza xərci olan 150 manat Cavabdeh alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar