Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1869/2022 11.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Şəki şəhəri X5 Tipli Gimnaziyanın nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Şəki şəhəri İnteqrasiya X2rşı “işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehsının onun işdən azad olmağı barədə verdiyi xx.xx.2022-ci il tarixli 69 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməklə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddia ərizəsi 15 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası 20 sentyabr 2022-ci il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 11 oktyabr 2022-ci il tarixə saat 09:00-a təyin edilmişdir. Lakin 11 oktyabr 2022-ci il tarixdə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə elektron ərizə göndərərək göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müdəti üçün əmək ödənilməsi tələbinə dair iş üzrə tərəflər arasında mübahisə öz həllini tapmışdır. Belə ki, mübahisəli əmr işəgötürən tərəfindən ləğv edilərək iddiaçı işə bərpa edilmişdir. Bu səbəbdən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Şəki şəhəri X5 Tipli Gimnaziyanın nümayəndəsi X7 isə məhkəmə iclasında izahat verərək işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Şəki şəhəri İnteqrasiya X2rşı “işdən çıxarılma barədə əmrin ləğvi və işə bərpa” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1869/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1869/2022
11.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver