Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1915/2025 07.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İddiaçı: İddiaçı,iddiaçının nümayəndəsi vəkili Vəkil, Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə barpa və iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun 05 iyun 2025-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04 fevral 2025-ci il tarixli əmək mqaviləsiə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsinsdə işləmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 05 iyun 2025-ci il tarixli əmri ilə qanunsuz və əsassız olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam vermişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 05 iyun 2025-ci il tarixli əmri qanunsuz və əsassızdır. Belə ki, o, 30 aprel 2025-ci il tarixdən 01 iyun 2025-ci il tarixindək xəstəliyi ilə əlaqədar olaraq ambulator müalicədə olmuşdur. 02 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinin direktoru Fizuli Məmmədov ona işə çıxdığı 02 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun yanında olmaq lazımdır və bu məqsədlə də Bakı şəhəri gəlməli olduğunu bildirmişdir. 02 iyun 2025-ci il tarixdə istifadəsində olan avtomobil ilə, dərhal Mərkəzin direktoru Fizuli Məmmədovun göstərişinə uyğun olaraq Bakı şəhərinə - Meşələrin İnkişafı Xidmətinə getmişdir. Orada Xidmətin rəisi Ramik Əşrəfovla, Mərkəzin direktoru Fizuli Məmmədov, Xidmətin Kadrlar şöbəsinin işçisi Gülnaz adlı şəxsin iştirakı ilə görüşmüşdür. Sonuncu, Mərkəzin direktoru Fizuli Məmmədov, Xidmətin Kadrlar şöbəsinin işçisi Gülnaz adlı şəxsin yanında ondan ərizə yazaraq işdən çıxmağını tələb etmiş, əks təqdirdə isə onu öz istəyinə uyğun olaraq işdən çıxaracağını bildirmişdir. O isə, Xidmətin rəisi Ramik Əşrəfova heç bir pozuntuya yol vermədiyini və bu səbəbdən də onun istəyi doğrultusunda ərizə yazaraq işdən çıxmayacağını bildirmişdir. Bundan sonra, Xidmətin rəisi Ramik Əşrəfovun otağını tərk edərək iş vaxtından xeyli müddət keçdiyi üçün yaşadığı Qax rayonuna qayıtmışdır. 03 iyun 2025-ci il tarixdə vəzifəsinii icra etmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinin inzibati binasına daxil olaraq, işçilərin giriş və çıxışının qeydiyyatı aparılan kitabdan imza etmişdir. Həmin gün işdə olmuşdur. 04 iyun 2025-ci il tarixdə yenə də vəzifəsini icra etmək üçün işdə olduğu zaman ona əmək intizamını pozduğu üçün gün ərzində Həmkarlar İttifaqı Komitəsində onun işdən azad olunmağı məsələsinə baxılacağı bildirilmişdir. O isə hansı əsasla əmək intizamını pozduğu qənaətinə gəlindiyini soruşduqda, ona bildirildi ki, 02 iyun 2025-ci il tarixdə işdə olmamışdır. Halbu ki, o, Mərkəzin direktoru Fizuli Məmmədovun göstərişinə uyğun olaraq Bakı şəhərinə - Meşələrin İnkişafı Xidmətinə getmiş və orada Xidmətinin rəisi Ramik Əşrəfovla görüşmüş və bu səbəbdən işdə olmamışdır. 05 iyun 2025-ci il tarixdə yenə də vəzifəsinii icra etmək üçün işə getdiyi zaman ona bildirildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə aralarında bağlanmış əmək müqaviləsinə Xidmətin rəisi Ramik Əşrəfovun əmrinə əsasən xitam verilmişdir. Əmrin surəti həmin gün də ona təqdim olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 05 iyun 2025-ci il tarixli əmrindən də göründüyü kimi onun əmək müqaviləsinə hansı əsasla Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsini müəyyən etmək mümkün deyildir. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birini törətməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, onun niyyəti xəstəlik vərəqəsini (bülleten) xəstəxanadan götürərək iş yerinə təqdim etmək olmuş, bu məqsədlə xəstəxanaya getmişdir. Həmin sənədi xəstəxanadan götürdükdən sonra ona Füzuli Məmmədov zəng edərək Bakı şəhərinə getdiyini demiş, ona da iş də qalmaq məsələsini həll etmək üçün Bakıya getməyi təklif etmişdir. O da göstərişə uyğun olaraq Bakı şəhərinə yollanmışdır.Bakı şəhərindən iş yerinə qayıtdıqdan sonra məlum olmuşdur ki, onu işdən azad etmişlər. Sonda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya işə götürən tərəfindən əmək münasibətlərinin davam etdirilməsi niyyətində olmaması ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi, iddiaçı bundan sonra xəstə olması səbəbi ilə işə gəlməyəcəyini bildirmişdir.İddiaçı X5 iş günü ərzində üzürlü səbəb göstərmədən işdə olmadığına görə onun əmək müqaviləsinə xitam verilmişdir.Sonda məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmı iclasında iştirak edən Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12 iddiaya etiraz edrək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin İnkişafı Xidmətinin 05 iyun 2025-ci il tarixli, 216/ü nömrəli əmrindən görünür ki, Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə 7 saylı RMTM-nin Şəki rayonu üzrə müşə mühafizə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən ləğv edilmişdir. İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 iyun 2025-ci il tarixli MŞB/9/2025-00732 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat onun tərəfindən ödənilmişdir 04 iyun 2025-ci il tarixli aktdan görünür ki, 7 saylı X10 Mərkəzinin Şəki rayonu üzrə meşə mühafizə mühəndisi İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək xəstəliyi ilə əlaqədar olaraq ambulator müalicədə olmuş və bununla bağlı Mərkəzə xx.xx.2025-ci il tarixində xəstəlik vərəqəsi təqdim etmişdir. Rinad Hüseynovun ambulator müalicəsi xx.xx.2025-ci il tarixində bitdiyi üçün o, xx.xx.2025-ci il tarixindən işə çıxmalı olduğu halda heç bir üzrlü səbəb olmadan həmin tarixdə bütün iş günü işə çıxmamışdır. Aktın doğruluğunu 7 saylı X10 Mərkəzinin baş meşəbəyi direktor müavini X2, məşlərin mühafizəsi üzrə baş mühəndisi X6 və kadr işləri üzrə baş mütəxəssisi X7 öz imzaları ilə təsdiq etmişlər. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş NV**********8 nömrəli, xx.xx.2025-ci il tarixdə xəstəlik vərəqəsindən görünür ki, X4 “İ10 – Arterial Hipertoniya” və “İ20.8 – Stabil gərginlik stenokardiyası” diaqnozları qoyulmuş, həmin şəxs xx.xx.2025–xx.xx.2025 tarixləri aralığında ambulator rejimdə əmək funksiyalarının icrasından azad edilmiş, bu dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi tibbi qurumun kardioloqu X14 tərəfindən mərhələli şəkildə təsdiq olunmuş və əmək qabiliyyətinin bərpası tarixi kimi xx.xx.2025-ci il qeyd edilmişdir. 7 saylı X10 X1 Komitəsinin İclasının 04 iyun 2025-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, Meşələrin İnkişafı Xidmətinin rəisi cənab Ramik Əşrəfovun xx.xx.2025-ci il tarixli 3-14/27/2-158/2025 nömrəli təqdimatına baxılmış, Mərkəzinin Şəki fayonu üzrə meşə mühafizə mühəndisi İddiaçı xx.xx.2025-ci il tarixində bütün iş günü işə gəlməməsi üzrsüz hesab edilmiş və Mərkəzinin Şəki rayonu üzrə meşə mühafizə mühəndisi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsinə 7 saylı X10 X1 Komitəsi tərəfindən razılıq verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin İnkişafı Xidməti tərəfindən verilmiş 5 iyun 2025-ci il tarixli əmrdən görünür ki, 7 saylı RMTM-nin Şəki rayonu üzrə meşə mühafizə mühəndisi X8 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respubli9kasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləvğ edilmişdir. 07 noyabr 2025-ci il tarixindəki keçirilən məhkəmə iclasında şahid qismində iştirak edən X9 qeyd etmişdir ki, iddiaçını Bakı şəhərinə o dəvət emişdir. O, iddiaçının xəstəliyə görə işdə olmadığından xəbərdar olmuş lakin 2 iyun 2025-ci il tarixdə işə çıxamalı olduğunan məlumatı olmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o , Bakı şəhərində keçirilən iclasda iştirak etmiş, iddiaçıyada bakı şəhərinə gəlməyini təklif edərək işdə qalmaq üçün rəhbər şəxslə görüşməyi tövsiyyə etmişdir. İddiaçıya gələn 02 iyun 2025-ci il tarixli zənglərdən görünür ki, ona Füzuli müəllim adlı şəxsdən saat 11:56 və 12:12 de zənglər gəlmişdir. Eyni zamanda həmin şəx ona İdarədəki Gülnaz adlı şəxsin yanına yaxınlaşmağı, daha sonra isə Namiq adlı şəxsin qəbuluna yaxınlaşmağı təklif edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65-ci maddəsinin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi İşin halları ilə məhkəmə müəyyən edir ki, iddiaçı 02 iyun 2025-ci il tarixdə işdə olmalı olsa da, işdə olmamışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləyə işgötürən tərəfindən obyektivlik, ədalətlilik prinspinlərinə əməl etmədən xitam verilmişdir. Belə ki, işçinin niyyəti əmək münasibətlərinin davam etdirilməsi olmuş, bu məqsədlə Bakı şəhərinə gedərək işəgötürən idarənin rəhbəri ilə görüşmək istəmişdir, üstəlik ona rəhbər şəxslə görüşməyə çalışdığı idarənin vəzifəli şəxsi Füzuli Məmmədov da ona danışıqlar aparmaq üçün Bakı şəhərinə getməyi təklif etmişdir. Əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə maddi cəhətdən çətinliklə üzləşəcəyi üçün işçinin bu addımı atması normal qarşılanır, bu hal onun əmək intizamını kobud şəkildə pozduğu anlamına gəlmir. Həmçinin həmin maddə ilə əmək münadibətlərinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətində olmuş olsa da, işəgötürən məhz əmək münasibətlərinə xitam vermək qərarına gəlmişdir, baxmayaraq ki, o, iddiaçı barəsində digər intizam tənbeh tədbiridə tətbiq edə bilərdi. İddiaçını rəhbər şəxslə görüşməyinə təşəbbüs göstərmiş şəxs Füzuli Məmmədovun onun barəsində keçirilmiş iclasda bu barədə mövqe göstərməməsi, məlumat verməməsi iddiaçıya qarşı laqeyd münasibət göstərildiyini bəyan edir. Bir yandan iddiaçının Bakı şəhərinə getməsinə təşəbbüs göstərilmiş, digər tərəfdən isə həmin gün onunla əmək münasibətlərinə xitam verilmişdir. Şahidin özünün bəyan etdiyi izahatından da görünür ki, iddiaçı məhz onun çağırışı ilə iş günü işə getmədən birbaşa Bakı şəhərinə yola düşmüşdür. İddiaçının özünün də verdiyi izahatından da görünür ki, onun niyyəti xəstəlik vərəqəsini (bülleten) xəstəxanadan götürərək iş yerinə təqdim etmək olmuş, bu məqsədlə xəstəxanaya getmişdir. Həmin sənədi xəstəxanadan götürdükdən sonra ona Füzuli Məmmədov zəng edərək Bakı şəhərinə getdiyini demiş, ona da iş də qalmaq məsələsini həll etmək üçün Bakıya getməyi təklif etmişdir. O da göstərişə uyğun olaraq Bakı şəhərinə yollanmışdır. Beləliklədə iddiaçının iş günü ərzində işdə olmaması onun təqsiri nəticəsində baş verməmişdir.Bu əsaslara görə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin İnkişafı Xidmətinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 05 iyun 2025-ci il tarixli, 216/ü nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsinə işə bərpa edilməli, işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin İnkişafı Xidmətinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 05 iyun 2025-ci il tarixli, 216/ü nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzində meşə mühafizə mühəndisi vəzifəsinə işə bərpa edilsin. 05 iyun 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-1915/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1915/2025
07.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver