Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1919/2024 22.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və N.Aslanov adına X7 Orta Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh və N.Aslanov adına X7 Orta Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh N.Aslanov adına Kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 49 №-li qanunsuz əmrinin ləğv edilməsi və həmin məktəbə işə bərpa olunması və məcburi işburaxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işə götürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iki ildən artıqdır ki, Zaqatala Rayon Təhsil Şöbəsi ilə müddətli əmək müqaviləsi bağlayaraq N.Aslanov adına tam orta məktəbdə musiqi müəllimi vəzifəsində çalışmışdır. Lakin birdən-birə, heç bir səbəb olmadan qanunsuz şəkildə onu işdən azad etmişlər. 5 saatlıq dərs saatı var idi. Üstəlik iki il işləməyinə baxmayaraq bu günədək həmin məktəb onunla yazılı şəkildə əmək müqaviləsi bağlamamışdır. Əgər yazılı şəkildə əmək müqaviləsi bağlanmamışdırsa, cavabdeh necə iddia edə bilər ki, aralarındakı əmək münasibətləri daimi deyil, müddətli xarakter daşıyır. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli, 107 №-li əmrdə qeyd olunmuşdur ki, “Aşağı tala 5 nömrəli tam orta məktəbinin musiqi müəllimi İddiaçı Hüseyin oğlu xx.xx.2023-cü il tarixdən Cavabdehndən razılıq gələnədək məktəbə vakantda olan 5 s musiqi dərsini tədris etmək üçün müəllim təyin edilsin”. Lakin iddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli, 49 №-li işdən çıxarma əmrində isə qeyd olunmuşdur ki, “N.Aslanov adına Yengiyan tam orta məktəbinin musiqi müəllimi İddiaçı Hüseyin oğlu ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitdiyi üçün həmin tarixdən işinə xitam verilsin. Son haqq-hesab ödənilsin” Daha sonra ardınca “ruçka” ilə qeyd olunub: “Əsas: Əmək Məcəlləsi Maddə 68 bənd 2 (b). Göründüyü kimi iki əmr bir-biri ilə ziddiyyət təşkil edir. Birinci əmrdə “Cavabdehndən razılıq gələnədək”, ikinci əmrdə isə “İddiaçı Hüseyin oğlu ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitdiyi üçün” yazılmışdır. Daha sonra iddia ərizəsinə e-sosialdan əlavə etdiyi çıxarışda görünür ki, əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2022-ci il tarixi göstərilmiş, əmək müqaviləsinin bitmə tarixi isə xx.xx.2023-cü il göstərilmişdir. Daha sonra isə əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2023-cü il göstərilmiş, bitmə tarixi isə xx.xx.2024-cü il tarixi göstərilmişdir. Bir əmək münasibətinə dair 2 əmr necə olur. Eyni zamanda həmin əmrlərə dair yazılı əmək müqavilələri yoxdur. Bu hal bir daha cavabdehlərin saxta əməllərini gün üzünə çıxarır. Buradan da görünür ki, işdən çıxma əmri tamamilə qanunsuz və əsassızdır. Əmək müqaviləsi yazılı formada bağlanılır. Lakin işəgötürən Əmək Məcəlləsinin şərtini pozaraq onunla yazılı əmək müqaviləsi bağlamamışdır. Həmin maddənin ikinci hissəsinə əsasən, tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. İşəgötürən tərəfindən bu şərtə də riayət olunmamışdır. İddia ərizəsinə əlavə etdiyi əmrdən görünür ki, tərəflər arasında hər hansı müddətlə bağlı razılıq əldə olunmamışdır. İşəgötürən birtərəfli qaydada özü müddət müəyyən edərək birtərəfli qaydada əmək müqaviləsinə xitam vermişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəf ona qarşı qərəzli mövqedədir. O, diaqnostik qiymətləndirmədən iyirmi səkkiz bal toplamışdır. Habil müəllim ona bildirmişdir ki, kurikulum balı hesablanmır. O, Təhsil Nazirliyi ilə dəqiqləşdirmiş, bu zaman ona bildirilmişdir ki, kurikulm balı hesablanır. Onunla əmək müqaviləsi yazılı bağlanmamışdır. Qanunvericiliyə əsasən əmək müqaviləsi müddətli və müddətsiz olur. Onların arasında müddətli yazılı müqavilə yoxdur. Əgər yazılı müqavilə yoxdursa o, hesab edir ki, müqavilə müddətsizdir. X7 Orta Məktəbində beş saat göstərilmişdir. Bir ildə iki əmr var. Hamısı birtərəfli qaydadadır. Məhkəmə qətnaməsi veriləndən sonra onunla Lahıc kənd tam orta məktəbi və Bazar kənd tam orta məktəbi müddətli müqavilə imzalamaq istəmişlər. O, razı olmamışdır. Ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən olunub. Lakin o, 110 manat məbləğdə aylıq əmək haqqı almışdır. Onun həyat yoldaşı təxminən 2023-cü ilin sonlarında elektron sistemdən baxaraq ona bildirmişdir ki, mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və daha sonra yenidən onunla müqavilə bağlanmasına dair məlumat daxil edilmişdir. Hər iki əmək müqavaviləsi bildirişində əmək müqaviləsinin bağlanması tarixi xx.xx.2023-cü il tarix göstərilmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əvvəlcə iddiaçı ilə sentyabrdan oktyabra kimi müqavilə bağlanmış, ikinci müqavilədə texniki səhf olaraq 14 sentyabr qalmışdır. İddiaçı ilə yazılı müqavilə olmamasına dair qanuni tədbirlər görülmüşdür. Lakin sistemə vaxtında vurulmuşdur. Bildirmişdir ki, iddiaçının X6 kənd məktəbində əsas iş yeri vardır. Digər işlədiyi məktəbdə isə qanun pozuntusu olduğu üçün işinə xitam verilmişdir. X7 Orta Məktəbində qanun pozuntusuna yol verilməmişdir. Hesab edir ki, iddia əsassızdır. İddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində həmin tarixdə işə başlamış, müqavilənin bitmə tarixli xx.xx.2023-cü il tarixi göstərilmişdir. - N.Aslanov adına X7 orta məktəbin direktoru Z.Aslanovanın xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmrindən görünür ki, Aşağı Tala 5 nömrəli tam orta məktəbinin musiqi müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdən Cavabdehndən razılıq gələnədək məktəbdə vakantda olan 5s musiqi dərsini tədris etmək üçün müəllim təyin edilməsi əmr edilmişdir. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində həmin tarixdə işə başlamış, müqavilənin bitmə tarixi xx.xx.2023-cü il göstərilmişdir. - N.Aslanov adına X7 orta məktəbin direktoru Z.Aslanovanın xx.xx.2023-cü il tarixli, 136(b) nömrəli əmrindən görünür ki, Aşağı Tala 5 nömrəli tam orta məktəbinin musiqi müəllimi İddiaçı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəki Zaqatala- Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 42(1)-1297 nömrəli məktubuna əsasən müddətli əmək müqaviləsi bağlanaraq məktəbə musiqi müəllimi təyin edilməsi əmr edilmişdir. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində həmin tarixdə işə başlamış, müqavilənin bitmə tarixli xx.xx.2024-cü il göstərilmişdir. - N.Aslanov adına X7 orta məktəbinin direktoru Z.Aslanovanın xx.xx.2024-cü il tarixli, 49 nömrəli əmrindən görünür ki, N.Aslanov adına X7 orta məktəbinin musiqi müəllimi İddiaçı ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin b bəndinə əsasən həmin tarixdə işinə xitam verilməsi və sonuncu haqq-hesabın ödənilməsi əmr edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-645/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmri ləğv edilsin, İddiaçı Bazar kənd tam orta məktəbinə işə bərpa edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, Cavabdeh Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmri ləğv edilsin, İddiaçı Lahıc Kənd tam orta məktəbinə işə bərpa edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli, MŞŞ/MT001/2024-01190 nömrəli nömrəli X1 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X1 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat, poçt və kargüzarlıq xərci olaraq 10 manat olmaqla, cəmi 60 manat İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a, b və e bəndlərinə əsasən tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh N.Aslanov adına X7 Orta Məktəbi arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində işə başlamış, müqavilə xx.xx.2023-cü il tarixə kimi bağlanmışdır. Bundan sonra yenidən xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanılaraq Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində işə başlamış, həmin müqavilə xx.xx.2023-cü il tarixə kimi bağlanmışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində işə başlamış, müqavilə xx.xx.2024-cü il tarixə kimi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə cavabdeh N.Aslanov adına X7 Orta Məktəbi arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi rəhbər tutulmaqla xitam verilmişdir. Cavabdeh nümayəndəsi bildirmişdir ki, İddiaçı işə qəbul edilərkən bilirdi ki, vakant vəzifəyə işə qəbul edilir. Eyni zamanda əmək müqaviləsinin müddətli olmasını da bilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının cavabdeh məktəblə heç bir yazılı əmək müqaviləsi mövcud deyil. Əmək müqaviləsi olmadığı halda işçi üçün əsas sənəd kimi əmək müqaviləsi bildirişi qəbul edilə bilər. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı müddətli əmək müqaviləsi əsasında xx.xx.2024-cü il tarixədək Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə kimi Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi rəhbər tutulmaqla N.Aslanov adına X7 orta məktəbin direktoru Z.Aslanovanın xx.xx.2024-cü il tarixli, 49 nömrəli əmri ilə xitam verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsas kimi göstərildiyindən, məhkəmə hesab edir ki, N.Aslanov adına X7 orta məktəbin direktoru Z.Aslanovanın xx.xx.2024-cü il tarixli, 49 nömrəli əmri qanuni və əsaslıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmasa da, əmək müqaviləsi bildirişlərinə əsasən iddiaçının əmək müqaviləsinin müddətli olmasından və ona xitam verilmsindən məlumatı olmuşdur. Beləliklə, göstərilənlərə, qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və N.Aslanov adına X7 Orta Məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və N.Aslanov adına X7 Orta Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1919/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1919/2024
22.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver