Məhkəmə qərarları › İş №e-2(075)-1920/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1920/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1920/2024 31.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 noyabr 1963-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş və 23 aprel 2024-cü il tarixdə ölmüş X3 xx xxx 1996-cı il tarixdə doğulmuş Ərizəçi atası olması hüquqi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxx 1996-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. X1 24 may 1968-ci il tarixdə Şəki şəhərində anadan olmuş, mərhum atası X14 oğlu isə 23 noyabr 1963-cü il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. X1 mərhum atası X8 ilə 1995-ci ilin noyabr ayında qeyri rəsmi nikaha daxil olmuşdur. Onların qeyrirəsmi nikahından o anadan olmuşdur. Mərhum atası X14 oğlu 23 aprel 2024-cü il tarixdə ölmüşdür. Mərhum atası onlarla birlikdə yaşamış və həmişə onlarla maraqlanmışdır. Ərizə ilə Şəki rayon qeydiyyat şöbəsinə müraciət edərək atasının mərhum X14 oğlu olmasının müəyyən edilməsinin qeydə alınmasına köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Rrspublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat Şöbəsinin 23 iyul 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan 30 aprel 2024-cü il tarixli 259 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X8 23 aprel 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki qanunvericiliynə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideyinlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Ona görə də bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Şəki rayon qeydiyyat şöbəsinin 23 iyul 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X8 vəX5nın barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi mərhum atası X8 ölən günə kimi onlara birlikdə yaşamışdır. Ərizəçi məxsus olan SX0404295 nömrəli hərbi biletin surətindən göründüyü kimi Ərizəçi atasının adı Adil kimi qeyd edilmişdir. Ərizəçi məxsus olan AA100188 nömrəli X15 Kollecin diplomunun surətindən göründüyü kimi Ərizəçi atasının adı Adil kimi qeyd edilmişdir. Şəkişəhər İHB 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin Dəyirmanarxı üzrə məhəllə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli arayışında göründüyü kimi X14 oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş və onun arvadı – X5 və oğlu – Ərizəçi ailə üzvləri qalmışdır. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Adil ilə 1995-ci ildə faktiki olaraq evlənmişdir. Valideynləri olmadığından onun sənədləri olmamışdır. Oğlu Zaurun 15 yaşı olandan sonra da rəsmi nikaha ehtiyyac olmadığından da nikah bağlamamışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Şərafət onun bacısıdır. Adil 1995-ci ildə bacısını qaçırtmışdır. Mülki iş materiallarını araşdırıb, Ərizəçi və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli arayışdan görünür ki, xx xxx 1996-cı il təvəllüdlü Ərizəçi atası X4, anası isə X2r. İşdə olan Şəki şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin “Dəyirmanarxı” üzrə məhəllə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair 06 iyul 2024-cü il tarixli arayışdan görünür ki, X8 23 aprel 2024-cü il tarixdə vəfat etmiş və X5 (arvadı), Ərizəçi (oğlu) adlı ailə üzvləri qalmışdır. İşdə olan Şəki şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin “Dəyirmanarxı” üzrə məhəllə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair 06 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi X5 (ana) adlı ailə üzvü qalmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinin Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış 23 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinə atasının X3 olmasının müəyyən edilməsinin qeydə alınmasına köməklik göstərilməsi barədə xx.xx.2024-cü il tarixdə daxil olan müraciətinə baxılmışdır. Ərizəyə əlavə etdiyi ölüm haqqında şəhadətnamənin surətindən və Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan xx.xx.2024-cü il tarixli 259 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.2ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 6.2 -ci bəndinə əsasən ataliğın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Ona görə də atalıq faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 23 noyabr 1963-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş və 23 aprel 2024-cü il tarixdə ölmüş X3 xx xxx 1996-cı il tarixdə doğulmuş Ərizəçi atası olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. 23 noyabr 1963-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş və 23 aprel 2024-cü il tarixdə ölmüş X3 xx xxx 1996-cı il tarixdə doğulmuş Ərizəçi atası olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar