Məhkəmə qərarları › İş №e-2(075)-1921/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1921/2024

14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1921/2024 14.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi3 və onun nümayəndəsi və vəkili Nümayəndə , Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 maraqlı şəxs Şəki rayonu Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1958-ci il təvəllüdlü Ərizəçi3, xx xxxxx 1960-cı il təvəllüdlü Ərizəçi1 və xx xxxxxx 1962-ci il təvəllüdlü Ərizəçi2 atalarının - 20 iyun 2009-cu il tarixdə Şəki şəhərində vəfat etmiş X28 olması hüquqi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslandırılmışdır ki, Ərizəçi3 xx.xx.1958-ci il tarixdə, Ərizəçi1 xx.xx.1960-cı ildə, Ərizəçi2 isə xx.xx.1962-ci ildə Şəki rayonu Baş Göynük kəndində anadan olmuşlar. X6 ilə anaları X15 23 fevral 1962-ci ildə nikaha daxil olmuşlar. Onların nikahı Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyində qeydə alınmışdır. X6 20 iyun 2009-cu il tarixdə Şəki şəhərində ölmüşdür. X1 isə xx.xx.2023-cü il tarixdə ölmüşdür. Valideyinləri öləndən sonra onların altı vərəsəsi qalmışdır. Belə ki, Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 938 və 939 nömrəli arayışından da göründüyü kimi valideyinləri öləndən sonra aşağıda qeyd edilən vərəsələri qalmışdır. 1. Ərizəçi3, 2. Ərizəçi1, 3. Ərizəçi2, 4. Səmədova (Məhərrəmova) Məlahət Yaqub qızı, 5. X25 (vəfat edib) 6. X29. Göründüyü kimi Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məxsus olan doğum haqqında şəhadətnamələrdə ataları haqqında məlumat əks edilməmişdir. Ancaq digər bacı və qardaşlarına (Səmədova (Məhərrəmova) Məlahət Yaqub qızı, Səmədov Gündüz Yaqub oğlu və X21) məxsus olan doğum haqqında şəhadətnamələrdə isə ata qrafasında X28 qeyd edilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə ərizə ilə Şəki rayon qeydiyyat şöbəsinə müraciət edərək, atalarının X37 oğlunun olmasının müəyyən edilməsinin qeydə alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsinin xx.xx.20224-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Ona görə də bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi3 və ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki Rayon qeydiyyat şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - 17 avqust 2023-cü il tarixli, 938 saylı arayışdan görünür ki, X16 vərəsələri X12 (vəfat edib), X29, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2, X25 (vəfat edib) və Səmədova (Məhərrəmov) Məlakət Yaqub qızıdır. - 17 avqust 2023-cü il tarixli, 938 saylı arayışdan görünür ki, X7 vərəsələri X28 (vəfat edib), X29, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2, X25 (vəfat edib) və Səmədova (Məhərrəmov) Məlakət Yaqub qızıdır. - 13 iyul 2023-cü il tarixli, 3-16-5/8-M-69-707/2023 nömrəli arayışdan görünür ki, X28 20 iyun 2009-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. - xx.xx.2023-cü il tarixli, AZ-İİ 335654 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 18 mart 2023-cü il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 99 nömrə ilə qeyd edilmişdir. - Şəki Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli iddiaçılara ünvanlanmış məktubundan görünür ki, atalığın müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - 23 iyul 2024-cü il tarixli, 3-16-5/8-S-69-280/2024 nömrəli nikah haqqında arayışdan görünür ki, X28 ilə X15 arasında 23 fevral 1962-ci il tarixdə il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. Nikahdan bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. -23 iyul 2024-cü il tarixli, 3-16-5/8-S-69-279/2024 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, xx xxxxxx 1962-ci il təvəllüdlü Ərizəçi2 anası X12 göstərilmiş, ata qrafası boş saxlanılmışdır. - 18 iyun 1958-ci il tarixli, İ-ИЕ 335654 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 1958-ci il təvəllüdlü Ərizəçi3 anası X12 göstərilmiş, ata qrafası boş saxlanılmışdır. - 10 may 1960-cı il tarixli, İ-ИЕ 941370 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 1960-cı il təvəllüdlü Ərizəçi1 anası X12 göstərilmiş, ata qrafası isə boş saxlanılmışdır. - 16 oktyabr 2024-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərardan görünür ki, Ərizəçi3 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. - 30 oktyabr 1963-cü il tarixli, АЗ 561138 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 1 oktyabr 1963-cü il təvəllüdlü X9 anası X12, atası isə X22r. - 17 yanvar 1956-cü il tarixli, İ-ИЕ 007437 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 26 dekabr 1955-ci il təvəllüdlü X17 anası X12, atası isə X22r. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X16 adına, torpaq sahəsi isə X28, X12, X8, X10, X18, X25 və X13 adına paylı mülkiyyət kimi qeydə alınmışdır. - Məhkəmə iclasında ərizəçilərin vəsatəti ilə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, ərizəçilərin bacısıdır. X6 ilə anaları X15 23 fevral 1962-ci ildə nikaha daxil olmuşlar. Onların nikahı Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyində qeydə alınmışdır. X6 20 iyun 2009-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. X1 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onlar 6 uşaq olmuşlar. 4 oğlan və iki qız. İki qardaşı Rafiq və Natiqin, həmçinin bacısı Nazlıxanımın doğum haqqında ə ata qrafası yazılmamışdır. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, ərizəçilərin bacısı X4 həyat yoldaşıdır. Qaynatasının adı Yaqub olub. 2009-cü ildə vəfat etmişdir. Sonradan vərəsəlik işi ilə əlaqədar bilinmişdir ki, Rafiq və Natiqin, həmçinin Nazlıxanımın doğum haqqında şəhadətnamələrində ata qrafası boşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 45.1-ci madəsinin tələblərinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və uşağın atasının ərizəsi olmadıqda atalıq məhkəmə qaydasında müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsində uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktınyəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin qərarın 11.3-cü bəndində qeyd edilmişdir ki, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsinin izahatı, şahidlərin ifadəsi və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ərizəçilərin X6 ilə anaları X15 23 fevral 1962-ci ildə nikaha daxil olmuşlar. Onların nikahı Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyində qeydə alınmışdır. X6 20 iyun 2009-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 məxsus olan doğum haqqında şəhadətnamələrdə ataları haqqında məlumat əks edilməmişdir. Ərizəçilər atalarının X28 olması tələbi ilə bağlı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilərin atasının X28 olması iş materiallarında olan və ərizəçilərin və onların qardaşları və bacısının doğum haqqında şəhadətnamələrindən, şahid ifadələrindən kənd inzibati dairəsi üzrə nümayəndəliyin arayışlarından müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçilərin tələbi təmin edilməli, xx xxxxx 1958-ci il təvəllüdlü Ərizəçi3, xx xxxxx 1960-cı il təvəllüdlü Ərizəçi1 və xx xxxxxx 1962-ci il təvəllüdlü Ərizəçi2 atalarının - 20 iyun 2009-cu il tarixdə Şəki şəhərində vəfat etmiş X28 olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx xxxxx 1958-ci il təvəllüdlü Ərizəçi3, xx xxxxx 1960-cı il təvəllüdlü Ərizəçi1 və xx xxxxxx 1962-ci il təvəllüdlü Ərizəçi2 atalarının - 20 iyun 2009-cu il tarixdə Şəki şəhərində vəfat etmiş X28 olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar